Milli təhlükəsizlik olmadan regional və qlobal təhlükəsizlik mümkün deyil
20 avqust 2020 | 11:00
Regional və qlobal təhlükəsizlik ölkə səviyyəsində məzmun kəsb edən milli təhlükəsizlik olmadan mümkün deyildir. Cənubi Qafqaz regionu üçün ən böyük təhdid isə şübhəsiz ki, Ermənistanın təcavüzkar siyasəti, erməni terroru və Dağlıq Qarabağda silahlı qrupların fəaliyyətini davam etdirməsidir. Bu regionun təhlükəsizliyi üçün əsas təhdidlərdən birinə çevrilməklə yanaşı, həm də mühüm geostrateji mövqedə yerləşən Cənubi Qafqazın inkişafı üçün də aşkar təhdiddir.
Məlumdur ki, silah ticarəti məsələsi həmişə ölkələr üçün gündəmdə olan məsələdir. Bütün dünyada xüsusilə qaynar nöqtələrin ətrafında bu problem ətraflı şəkildə izlənilir və vaxtaşırı yeni-yeni təfərüatlar və şok vəziyyəti doğuracaq məlumatlar üzə çıxır. Azərbaycan üçün də bu məsələ yeni deyil. Azərbaycan və Ermənistan arasında vaxtaşırı qızışan münaqişələr ölkəmizi daim ayıq-sayıq olmağa və düşmənin silahlanması ilə bağlı informasiyalara həssaslıqla yanaşmağa sövq edir. İki ölkə arasında son münaqişə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən toqquşma oldu. Burada da düşmənin silah təminatı ilə bağlı maraqlı və gözlənilməyən faktlar müşahidə olundu. İlk olaraq indiyə qədər müttəfiq olaraq qəbul etdiyimiz Serbiyanın Ermənistana külli miqdarda silah satması cəmiyyətimizdə narazılıqla qarşılandı. Ən azından ona görə ki, Azərbaycan Serbiyaya həmişə dəstək olan ölkələrdən biri olub. Cəmi bir neçə ay öncə koronavirus pandemiyasının bütün dünyanı cənginə aldığı vaxtda Azərbaycan Belqrada humanitar yardım göndərərək, ona düşdüyü çətin vəziyyətdə dəstək oldu. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Buna qarşılıq isə mənfur düşmənimizin bizə doğrultduğu silahlar Serbiyadan göndərilib. Bu əlbəttə ki, həm rəsmi dairələrdə, həm də cəmiyyətdə anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Azərbaycan tərəfinin məsələyə reaksiyası özünü çox gözlətmədi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və XİN tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu onun diqqətinə çatdırıldı. Çox keçmədən, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi və vəziyyətin araşdırılması ilə bağlı Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini bildirdi. Həmin telefon danışığından 4 gün sonra, avqustun 11-də Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçin Bakıya səfəri baş tutdu. Serb nazir jurnalistlərə açıqlamasında deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir.
Beləliklə, Serbiya Ermənistana silah satışının Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addım olduğunu qəbul etdi və iki ölkə arasında münasibətlərin pozulmaması üçün lazımi addımlar atdı. Məsələ ilə bağlı Serbiyanın yüksək siyasi dairələrdəki narahatlıq ümid yaradır ki, bu “silah alveri” bir daha təkrarlanmayacaq. Sadəcə Serbiya deyil, bütün ölkələr anlayırlar ki, Azərbaycan kimi müttəfiqi itirmək perspektivdə yaxşı heç nə vəd etmir.
Ermənistana silah satan tək ölkə Serbiya deyil, Rusiya Ermənistanın ən ciddi silah tədarükçüsüdür. Bəli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə - danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç həmsədrindən biri olan Rusiya Ermənistana silah göndərir. Özü də, silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə. Bu, əlbəttə, Rusiyanın həmsədrlik fəaliyyətini sual atına salır və onun ədalətlilik prinsipinə təzad yaradır. Daha bir sual isə Rusiyanın Ermənistana hansı əsaslarla silah satmasıdır. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında iki ölkənin də mediasında heç bir məlumata rast gəlmək mümkün deyil.
Qayıdaq bir az daha əvvələ. SSRİ-nin süqutu ilə yenicə müstəqilliklərini əldə etmiş Cənubi Qafqaz dövlətləri üçün Avroatlantik məkana inteqrasiya yolunda geniş imkanlar yarandı. Hər ölkə bundan fərqli şəkillərdə istifadə etdi. Ermənistan isə müstəqilliyini elan etdikdən sonra azad siyasi fəaliyyət göstərmək yerinə Rusiyanın siyasi asılılığını və daim onun nəzarətində olmağı qəbul etdi. Bu asılılıq demək olar ki bütün sahələrdə o cümlədən, siyasi və hərbi sahədə də özünü göstərdi.
15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan ilə inkişaf etdirməyə çalışır. Qeyd etmək lazımdır ki, Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi heç vaxt yüksək olmayıb.
Beləliklə Tovuz istiqamətində qızğın döyüşlərin getdiyi bir vaxtda Ermənistana silah-sursat satan digər ölkə Rusiya oldu. İyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Bu da əlbəttə ki, bizim üçün həm təəccüblü, həm də təəssüf doğuran hal oldu.
Rusiyadan Ermənistana silah satışı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyalı həmkarına zəng edərək ona etirazını bildirdi. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Bu faktın ortaya çıxması Azərbaycan Prezidenti tərəfindən Azərbaycan xalqının və dövlətinin prinsipial mövqeyinin ortaya qoyulduğunun və Azərbaycanın özünün milli maraqlarının təmin olunması məsələsində ardıcıl və prinsipial olduğunun sübutu oldu.
Böyük dövlət kimi Rusiyanın regionda strateji maraqlarının olması təbiidir. Bu maraqların təmin olunması isə şübhəsiz ki, regionun ən əsas ölkəsi olan Azərbaycanla ümummilli maraqların qorunması və əməkdaşlıqdan keçir. Regionda heç bir ölkə və heç bir güc, heç bir şəkildə Azərbaycanın milli maraqları əleyhinə addımlar atmaqla öz mövqeylərini möhkəmlədə bilməz. Və bəli, dəqiqliklə deyə bilərik ki, Ermənistana dəstək göstərməklə Rusiya istəyinə nail ola bilməz. Rusiya dairələrinin Ermənistana bu tərz dəstək göstərməsi ilk növbədə bölgədə gərginliyi artırır ki, bu da heç kimin maraq dairəsində olmamalıdır.
Ermənistanın ümumiyyətlə anlaşılmaz siyasət həyata keçirdiyini, ölkə daxilində vakum olduğunu və hətta antirusiya meyillərin gücləndiyini hər kəsin bildiyi bir vəziyyətdə onlara Rusiya tərəfindən silah verilməsi isə tamamilə anlaşılmazdır. Məsələyə fərqli yöndən baxsaq, Ermənistana verilən 4 yüz ton silahı bəzən bir gündə istifadə etmək, bəzən də bir gündə məhv etmək olar. Tovuz təxribatından sonra bədnam qonşumuz bir daha gördü və əmin oldu ki, Azərbaycanın hərbi potensialı kifayət edir ki, ermənilərə sağalmaz zərbələr vurulsun. Tovuz hadisələri, Aprel hadisələri, Günnüt hadisələri Azərbaycanın müasir döyüş əməliyyatları imkanlarına sahib olduğunun sübutudur.
Siyasi cəhətdən mövqeyi bütün dünyaya bəlli olan Azərbaycan dünyada adekvat xətt yürüdən, böyük faydalıq əmsalı ilə özünü təsdiqləmiş layihələrin reallaşması və dialoq məfkürəsinin möhkəmlənməsi ilə özünü təsdiqləmiş bir ölkədir. Yəni Azərbaycana dair bir anlaşılmaz məqam yoxdur və ola bilməz. Bu gün Azərbaycan tam müstəqil siyasət yeridir, Azərbaycan özünə güvənir, başqa ölkənin və ya cərəyanların maraqlarına xidmət etmədən, hamının marağını nəzərə alaraq, ancaq Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət yeridir. Rusiyanı özünə dost saydığı halda Rusiya Azərbaycana arxadan zərbə endirməyə çalışır. Bunun bir səbəbi var– Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yeridir. Bu müstəqil siyasəti Rusiyada müəyyən dairələr qəbul edə bilmirlər. Rusiyada bəzi qüvvələrin hərəkəti onu gösətirir ki, orada hələ də post imperial travma ilə yaşayan qüvvələr var. Həmçinin burada bəzi dairələrin məkrli niyyətləri də üzə çıxır. Çünki onlar sadəcə bölgədə ən anlaşılmaz və təhlükəli siyasət yeridən məmləkətə-acgöz ölkəyə silah verirlər.
Ermənistanın Rusiyanın forpostu olması və bəzən bunu fəxrlə deməsi də hər kəsə məlumdur. Azərbaycanın hərbi əməliyyatlarda uğurlar ələdə etməyi həmişə erməniləri məcbur edir ki, onlar yaltaqlanma yolunu seçsin, güzəştlər axtarsınlar. Ermənistanın bütün iqtisadiyyatı, bütün potensialı Rusiyanın ixtiyarındadır. Buna baxmayaraq onlar yenə də xislətlərindən əl çəkə bilmirlər və məqam gələndə hətta öz himəyədarları Rusiyaya da arxadan zərbə vururlar. Məlumdur ki, ABŞ-ın dövlət Departementi Rusiyanı dezinformasiya yayan dövlət elan elədi və onların KİV-də dezinformasiya yayması haqqında məruzə hazırladı. Eyni anda Ermənistan ölkə rəhbərliyi tərəfindən ölkədə xarici televiziya kanallarının, o cümlədən Rusiya kanallarının yayımını məhdudlaşdıran qanun imzalandı. Hazırda Rusiyanın "Birinci kanalı", "RTR Planet", "Rusiya Mədəniyyət" və dövlətlərarası "Mir" telekanalı Ermənistanda yayımlanmır. Yəni bədnam qonşumuz həm Rusiyaya yalvarmağı, yaltaqlanmağı əsas vəzifə kimi qəbul edir, həm də məqam gələndə onlara arxadan zərbə də vururlar. Əlbəttə ki, bu bizi təəccübləndirmir. Çünki əsl erməni xisləti məhz budur. Ermənilərin bacardığı tək şey də budur. Onlar ancaq arxadan vurmağı və satqınlığı bacarır. Bunu tarix də dəfələrlə sübut edib.
Beləliklə, min ildən sonra təsadüfən müstəqillik qazanan erməni xalqı "müstəqil”liyini müsair dövrün tələblərinə uyğun qura bilmədi və öz vassallığını özü də rəsmən qəbul etdi.

Şəbnəm Eldarova
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü