Şəxsi mənfəətlər yoxsa beynəlxalq hüquq prinsipləri?
22 avqust 2020 | 11:00
Ermənistanın silahlandırılması regiondakı təhlükəsizlik mexanizmlərinə ciddi zərbə vurur, gərginliyin daha da artmasına zəmin yaradır. Bunda iştirak edən ölkələr isə bizim nəznimizdə ya regionda gərginliyi və çaxnaşmanı dəstəkləyən ölkələrdir, ya da şəxsi mənafelərini və mənfəətlərini regiondakı sabitlikdən, insanların həyat və təhlükəsizliyindən daha üstün tutan tacirlərdir. Azərbayanla Ermənistan arasında 12 iyul tarixində başlayan və bir neçə gün davam edən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlər bir daha göstərdi ki, dövlətlərin şəxsi mənfəətləri onların beynəlxalq hüquq prinsiplərinə əməl etməsindən daha vacibdir. Döyüşlərin getdiyi vaxtda və sonrasında düşmənin silahlandırılması, üstəlik də bunu edən ölkələrin Azərbaycanın beynəlxalq müstəvidə müttəfiq olduğu ölkələrin olması bizdə dərin təəssüf və təəccüb yaratdı.
Cəmiyyətimizdə ən böyük çaşqınlığı yaradan isə indiyə qədər hər zaman ərazi bütövlüyünü dəstəklədiyimiz və müttəfiq olaraq qəbul etdiyimiz Serbiyanın düşməni silahlandırması oldu. Döyüş başlamadan bir neçə gün öncə və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Həqiqətən də,çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bütün dünyanın koronavirus pandemiyası ilə imtahana çəkildiyi, dövlətlərin bir-birinin tibbi maska və qoruyucu vasitələrini leqal olmayan yollarla müsadirə etdiyi vaxtda rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi, bundan başqa, Azərbaycan dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib və Kosovonun dövlət müstəqilliyini tanımayıb. Belə olan halda Serbiyanın Ermənistanı silahlandırmasının narazılıqla qarşılanması təbiidir.
Bu xoşagəlməz faktla bağlı, Azərbaycan hökumətinin reaksiyası da birmənalı oldu. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç ölkəsinin Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi. Bunun ardınca, Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirdi ki, “Rəsmi Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu durumun hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin”. Sonra avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini və durumun araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini dedi. Telefon zənginə görə minnətdarlığını bildirən ölkə başçımız qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub. Dövlət başçısı Serbiya Prezidentinin faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib.
Bu çərçivədə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç respublikamızda səfərdə oldu. Baş nazir jurnalistlərə verdiyi müsahibədə fikirlərini bu şəkildə ümumiləşdirdi: “Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli işbirliyinə nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də işbirliyini gücləndirməkdir. Eyni zamanda, bugünkü görüşdə biz təhlükəsizlik sahəsində işbirliyini müzakirə etdik və həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə işbirliyini genişləndirmək barədə razılığa gəldik”.
Doğrudur, Tovuz hadisələri zamanı Serbiya Ermənistana silah satıb amma hər birimizə dəqiqliklə məlumdur ki, Ermənistanın əsas silah təminatçısı Rusiyadır. Bu, müstəqilliyimizin ilk günlərindən belədir. Hətta əminliklə deyə bilərik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başladığı ilk günlərdən Rusiya Ermənistana müxtəlif formalarda dəstək olmasaydı Ermənistan əsla Azərbaycan ərazilərini işğal edə və onu bu qədər müddət işğal altında saxlaya bilməzdi.
İşğalçı Ermənistan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra, öz təhlükəsizlik siyasətini Rusiya ilə sıx hərbi-siyasi işbirliyi üzərində qurub. 15 may 1992-ci ildə (tarixə diqqət edin: 8 mayda Şuşa, 18 mayda Laçın işğal olunub) Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Beləliklə, Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində işbirliyini əsasən Rusiya və KTMT-yə üzv ölkələrlə (Belarus, Qazaxıstan, Qırğız Respublikası və Tacikstan ilə) inkişaf etdirməyə çalışır. Əslində isə reallıq bir qədər də fərqlidir. Ermənistanın Rusiya ilə hərbi-siyasi işbirliyi inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə işbirliyi heç vaxt yüksək olmayıb.
Bu məqamda əsas mövzumuza yenidən qayıtmalıyıq. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb.
Rusiyanın Ermənistana verdiyi silahlar nədən ibarətdir? Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Burada bir sual daha yaranır ki, Rusiya Ermənistana belə bir vaxtda, belə silahları niyə verdi? Bu Rusiyanın nəyinə lazımdır? Nəzərə alsaq ki heç bir beynəlxalq hüquq norması işğalçıya silah satmağı təşviq etmir, o halda meydana çıxan suallar daha da çoxalır. Çünki Azərbaycan torpaqlarınn işğal altında olduğu mühüm beynəlxalq sənədlərdə qeyd olunub və hansı rayonların işğal altında tutulduğunu bilməyən dövlət və beynəlxalq təşkilat yoxdur.
Daha bir vacib məqam isə, Rusiyanın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri olması ilə bağlıdır. Yəni, Rusiya münaqişənin sülh yolu ilə həlli üçün çalışmalı və iki ölkəni də münaqişələrdən çəkinməyə çağırmalıdır. Ancaq qarşımızdakı mənzərə isə bundan tamamilə fərqlidir. Rusiya münaqişə tərəflərindən birinə açıq dəstək verərək, onu silahlandırır və digərinin üzərində hərbi üstünlük qazanması üçün təşviq edir. Üstəlik, Rusiya təkcə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada və regionda təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıyır. Beləliklə, Rusiyanın bölgədə bu şəkildə məsuliyyətlərinin olmasına baxmayaraq Ermənistanı dəstəkləyici addımlar atması anlaşılmaz və qəbul olunmazdır.
İctimaiyyətə də bəlli olduğu kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi hücumu barədə məlumat verib. Dövlət başçımız Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Cənab Prezident Ermənistan silahlı qüvvələrinin sərhəd boyu yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir. Azərbaycan Prezidenti Rusiya Prezidentinin diqqətinə çatıdırıb ki, Ermənistan-Azərbaycan sərhəddində baş vermiş toqquşmalar başa çatandan sonra – iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Telefon danışığı ilə bağlı bir məqamı da vurğulamaq istərdim ki, Prezident İ.Əliyev Rusiya Prezidenti V.Putinlə telefon söhbətində Azərbaycanın dövlət və milli təhkükəsizlik maraqlarına necə prinsipial və güzəştsiz söykəndiyini bir daha göstərdi. Və bununla hər birimiz bir daha gördük ki, Prezident İlham Əliyev Azərbaycanın maraqları naminə heç bir zəruri addımı atmaqdan və istənilən dövlət başçısı ilə müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qaldırmaqdan qətiyyən çəkinmir.

YAP Pirallahı rayon təşkilatının könüllüsü Samir Hüseynov