Ermənistan beynəlxalq prinsipləri pozaraq silahlanmağa davam edir
24 avqust 2020 | 11:00
Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanın silahlanmasına beynəlxalq birliyin hələ də seyrçi qalması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəninin sülh yolu ilə həllinə olan inamı azaltmaqla yanaşı, Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyini də ciddi təhdid altında qoyur.
Ermənistan, Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan, işğalçılıq prinsipini dövlət səviyyəsində mənimsəyən bir ölkədir. Bu ölkəyə beynəlxalq birlik tərəfindən ciddi sanksiyalar qoyulmalı və Azərbaycan torpaqlarını boşaltması üçün təzyiq olunmalıdır. Amma təəssüf ki, biz illərdir buna şahid olabilmirik. Beynəlxalq təşkilatlar bir çox halda Ermənistana ikili standartlar tətbiq edərək onu bir növ qorumağa cəhd edir.
Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini qeyri-şəffaf şəkildə həyata keçirir. Əsasən "qara bazar" prinsipi ilə fəaliyyət göstərən şübhəli yerli və xarici şirkətlərin xidmətlərindən istifadə edərək müxtəlif ölkələr üzərindən Ermənistana silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların ötürülməsi prosesi davam edir. Qeyd edək ki, Ermənistanın silahlanması Avropada Adi Silahlar haqqında Cinah Sazişinə və işğalçı ölkənin bu sazişə qoşulduğu zaman üzərinə götürdüyü öhdəliklərə də tam ziddir. Ermənistan hal-hazırda apardığı siyasətlə sazişə əsasən onun üçün müəyyənləşdirilmiş kvotanı kobud şəkildə pozur və demək olar ki, işğalçı ölkənin və onu qanunsuz olaraq silahlandıran dövlətlərin fəaliyyəti nəticəsində saziş faktiki olaraq öz əhəmiyyətini itirib. Ermənistanın silahlanması ilə bağlı daha bir statistikanı təqdim edə bilərik ki, vəziyyətin ciddiliyi tam aydın olsun. Belə ki, Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınmışdır. Beləliklə, Ermənistanın siyasəti hamıya bir daha bəlli olur. Onların məqsədi heç vaxt sülhlə və ya sabitliklə münaqişənin həlli olmayıb və belə görünür ki, bundan sonra da olmayacaq. Ermənistan tərəfinin vaxtaşırı təcavüzkar hücumları da bizə bunu deməyə əsas verir.
Son belə hücum 12 iyul tarixində başlayan və dörd gün davam edən Tovuz istiqamətində gedən döyüşlər oldu. Ermənistanın bu xain təcavüz əməli bir sıra faktların da üzə çıxmağına səbəb oldu. İlk növbədə Azərbaycanla müttəfiq olan bəzi ölkələrin Ermənistana silah satışının üstü açıldı. Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edilmiş, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqeləri artilleriya və minaatan atəşlərinə məruz qalmış, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 11 hərbi qulluqçusu, o cümlədən bir nəfər sərhəd kəndinin sakini həlak olmuşdur.
Döyüşlər zamanı bizə tuşlanan silahların, üzərimizə yağan bombaların bizə müttəfiq olan ölkələrdən gəlməsi bizi sözün əsl mənasında məyus etdi. Söhbət artıq hamıya məlum olduğu kimi Serbiyadan gedir. Azərbaycanla sıx münasibətləri olan Serbiyanın arxamızdan belə bir iş çevirməsi bizi dərindən təəccübləndirdi və narahat etdi. İctimaiyyətə də məlumdur ki, Azərbaycan qısa zaman öncə Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Humanitar yardım aparan təyyarəni qəbul edərkən bu ölkənin baş naziri Ana Brnabiç yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmişdi. Bundan əlavə, Azərbaycan 2014-cü il daşqınından sonra Serbiyaya ilk yardım edən ölkə idi. Bu da hələ son deyil. Azərbaycan Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsini tanımayan ölkələr arasında yer alır və birmənalı şəkildə Serbiyanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edir. Bəs indi nə dəyişib ki, Serbiya bütün bunları unudaraq düşmənimizə silah-sursat satır. Əlbəttə ki, demək mümkündür ki, Serbiya müstəqil ölkədir və azad bazar prinsipi ilə istədiyi ölkəyə silah sata bilər. Bəli, doğrudur Serbiyanın belə bir hüququ var, o istənilən ölkə ilə ticarət əlaqələri qura və satış reallaşdıra bilər. Ancaq onda bizim də Serbiya ilə əməkdaşlığa yenidən baxmaq hüququmuz var. Rəsmi Belqrad düşmənimizə silah satacaqsa biz niyə bu ölkəyə yatırım qoymalı və ortaq layihələr reallaşdırmalıyıq? Ərazi bütövlüyümüzə hörmətlə yanaşmayan heç bir ölkə ilə Azərbaycan tərəfinin sıx əlaqələr qurması gözlənilən və real deyil.
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası da özünü çox gözlətmədi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi. Azərbaycanın rəsmi olaraq Serbiyaya bildirdiyi etirazdan sonra, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Bu çərçivədə 11 avqust tarixində Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət etdi. Azərbaycanın nümayəndə heyəti ilə görüşlər keçirən Nazir Stefanoviç jurnalistlərə müsahibəsində bildirdi ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir.
Beləliklə, Serbiya anladı və qəbul etdi ki, Azərbaycan kimi müttəfiqi heç vaxt Ermənistanla əvəzləmək olmaz. Hətta bu gəlirli sazişlərlə belə mümkün deyil. Azərbaycanın regiondakı mövqeyi, beynəlxalq arenalardakı nüfuzu və perspektivdə vəd etdikləri Ermənistan kimi cılız ölkənin əsla sahib olmayacağı xüsusiyyətlərdir. Buna görə də sadəcə Sebiya deyil, dünya üzərindəki hər hansı ölkə də Azərbaycan kimi müttəfiqini itirmək istəməz.
Ermənistana digər silah satan, hətta demək olar ki onu himayə edən ölkə isə artıq hamımıza məlumdur, Rusiya. Hər nə qədər Rusiya ilə ölkəmiz arasında sıx əlaqələr mövcud olsa da Rusiyanın erməniyönümlü siyasəti artıq hər birimizə gün kimi aydındır. İllərdir ki, Rusiya Ermənistana silah-sursat, canlı qüvvə, siyasi və maliyyə formasında dəstək verir. Ümumiyyətlə, Ermənistan bugün hər sahədə Rusiyadan faktiki olaraq asılıdır. Bu həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə belədir.
Beləliklə, Ermənistan müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub və 15 may 1992-ci ildən etibarən Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvdür. Bu günə qədər də işğalçı Ermənistan təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən KTMT-yə üzv olan ölkələrlə inkişaf etdirməyə çalışır. Amma görünən odur ki, Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək deyil.
Tovuz hadisələrində də hər nə qədər bunun üçün ciddi səbəbləri olsa da Rusiya Ermənistana dəstək olmaqdan əl çəkmədi və yenə də Ermənistanın himayədarlığı “vəzifəsini” yerinə yetirdi. Belə ki, Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Qeyd edək ki, bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Daha bir diqqət çəkən məsələ isə Rusiyanın Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satmasıdır. Bu da əlbəttə ki, Ermənistana olduqca ucuz başa gəlir.
Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı da məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.
Təəccüblü deyil ki, Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanda ciddi narazılıqlara səbəb oldu. Əslində bunun səbəbini başa düşmək də çətin deyil. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Rusiya da işğalın nəticələrinin aradan qaldırılması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Və onun missiyası münaqişə tərəflərini müharibədən çəkindirmək və sülhə təşviq etməkdir. Reallıqda isə Rusiya bu missiyasını tamamilə unudaraq Ermənistanı sözün əsl mənasında himayə edir. Bu da vurğulanmalıdır ki, Rusiya eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, Rusiyanın dünyada və regionda təhlükəsizliyin qorunmasına görə məsuliyyəti var. Bəs onda niyə Rusiya bütün bunları unudaraq regionda sabitliyi pozan addımlar atmaqda maraqlıdır. Axı Ermənistan kimi hər mənada cılız bir ölkə Rusiyaya nə vəd edəbilər???
Rusiyanın Tovuz hadisələri vaxtı Ermənistanı silahlandırması ilə bağlı ölkə başçımız da adekvat reaksiya göstərərək avqustun 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib və bildirib ki, Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir nəfər mülki şəxs həlak olub. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Cənab İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da qeyd edib.
Ölkə başçımız Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Bununla da ölkə başçımız Azərbaycanın maraqlarını daim müdafiə etdiyini və qarşıda hansı dövlət olursa olsun onunla aparılan müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qaldırmaqdan çəkinmədiyini nümayiş etdirdi. Ölkə başçımızın Qarabağla bağlı siyasəti açıq və dəqiqdir. Gec və ya tez, sülhlə ya da müharibə ilə biz öz əzəli torpaqlarımıza qayıtmalıyıq.
Sonda ölkə başçısının Tovuz hadisələrindən bir müddət sonra, iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edərkən bildirdiyi bir fikri xatırlatmaq istərdim. “Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir...... Biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Xəyalə Cavanşirli
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü