Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı
27 avqust 2020 | 11:00
Azərbaycanla Ermənistan arasında Tovuz rayonu istiqamətində 12 iyul 2020-ci il tarixində başlayan və bir neçə gün davam edən hərbi toqquşmalar bir sıra məqamlarla yadda qaldı. İlk olaraq Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etdi, halbuki bu, heç bir məntiqə sığmır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində heç bir hərbi məqsədimiz yoxdur. Bunu Ermənistan da, digər ölkələr də yaxşı bilir və buna görə də bu əsassız iddialara heç bir ölkə inanmadı.
Ermənistan rəhbərliyi Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırlamışdı. Bu aydın idi. Bunu göstərən faktlardan biri də o idi ki, döyüş başlamamışdan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Bu təkzib olunmaz faktlarla sübut olundu və sonradan Serbiya hökuməti tərəfindən də qəbul olundu. Təbii ki, Serbiyanın bu hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Çünki çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Belə ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Bundan əlavə cəmi bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Belə olan halda Azərbaycanın eyni münasibəti, yəni ərazi bütövlüyümüzə hörmətlə yanaşmağı və dost münasibəti Serbiyadan da gözləməsi yəqinki normaldır.
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.
Serbiyanin məsələyə reaksiyası da sürətli və operativ oldu. Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi və vəziyyətin araşdırılması ilə bağlı Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət etdi və bir sıra görüşlər keçirdi. Yekunda nazir mətbuata açıqlama verərək bildirdi ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Eyni zamanda nazir vurğuladı ki, bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik
Qızğın döyüşlərin getdiyi vaxtdan cəmi bir neçə gün sonra Ermənistanı silahla təmin edən digər bir ölkə isə Rusiya oldu. Belə ki, iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Bu ölkələrdən olan Qazaxıstan və Türkmənistan Azərbaycanla münasibətlərinin yaxşı olmasına baxmayaraq, Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Daha da diqqət çəkən məqam isə ondan ibarətdir ki, Rusiya Ermənistana silahları bazar qiymətinə deyil, daxili bazar qiymətinə verir və bu təbbi ki, Ermənistan üçün daha sərfəlidir. Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı da məlum deyil.
Bu məsələ ilə bağlı avqustun 12-sində ölkə başçıları arasında telefon zəngi olub. Azərbaycan Prezidenti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Ermənistanın Azrbaycana qarşı törətdiyi təxribatlar haqqında danışıb və həmçinin Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu və bu məsələnin tez bir zamanda aydınlaşdırılmasını vurğulayıb.
Qeyd edək ki, avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Serqey Şoyqu Azərbaycanda rəsmi səfərdə olub. Müdafiə naziri Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüş keçirmiş və görüşdə bildirmişdir ki “Biz Ermənistanla sərhəddə baş verən hadisələri bilirik və narahatlıqla izləyirik. Bizim bazalarımıza olan uçuşlarımızla bağlı narahatlıqdan da xəbərimiz var. Dərhal demək istəyirəm: bizim hərəkətlərimiz heç vaxt bizim qonşu və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib. Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil”.
Beləliklə, Rusiya döyüşlər zamanı Ermənistana dəstək olmadığını bildirir. Amma faktlar da göz qabağındadır. Ümid edirik ki, vəziyyət həqiqətən də belədir və illərdir müttəfiqimiz olan Rusiya düşmənimizə dəstək olaraq, vətəndaşlarımızın qanının axıdılmasına göz yummur.
Sonda bir daha vurğulamaq istərdim ki, Ermənistan hökumətinin təxribatçı fəaliyyəti bir daha sübut edir ki, bu dövlətin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün danışıqlar prosesindən çox – çox uzaqdır və indiyədək atdığı bütün addımları əsl xislətlərini gizlətmək üçün, yalanla pərdələnmiş bir vasitədir.

Azad Namazov