Pirallahı rayonunda yaşıllaşdırma kompaniyası davam edir
01 dekabr 2013 | 11:00
Pirallahı rayonunda ətraf muhutun qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Bu istiqamərdə Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun bir çox ərazilərində, o cümlədən Pirallahı qəsəbəsində son aylar ərzində 1000-ə qədər müxtəlif ağac tingləri əkilib.
Sentyabrın 29-da Pirallahı qəsəbəsinin 29-cu məhhəllə adlanan yaşayış massivində, noyabrın 30-da isə Səməd Vurğun küçəsində və qəsəbənin giriş hissəsində-magistral yolun kənarında ümumilikdə 400-dən çox xançiçək, küknar, zeytun ağacı əkilib. Qəsəbə ziyalıları, yerli təşkilatların nümayəndələri və qəsəbə sakinləri də bu təşəbbüsə qoşularaq, ağacəkmə kampaniyasında həvəslə iştirak ediblər. Qeyd edək ki, rayon ərazisindəki bütün ağacəkmə kompaniyalarında yeni yaradılan Pirallahı rayon Yaşıllıqların İstismarı Sahəsi yaxından və fəal iştirak edir. Ağacların suvarılması üçün əraziyə xüsusi su maşınları cəlb olunub. Səliqə ilə əkilən ağacların dibləri bərkidilib və suvarılıb. Yaşıllıqların sayının artırılması məqsədilə keçirilən bu aksiya gələcəkdə də davam etdiriləcək.