Pirallahı –günbəgün abadlaşan və çiçəklənən yeni rayon
03 dekabr 2013 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramının icrası Bakı şəhərində və onun ətraf qəsəbələrində sürətli inkişaf mərhələsinə böyük təkan vermişdir. Cənab Prezident Dövlət Proqramı haqqında söyləmişdir: “Bu gün verilən tapşırıqlar növbəti illərdə icra olunmalıdır. Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir. Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə getsin".
Hazırda Dövlət Proqramına əsasən paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş şəkildə aparılır. İndiyədək yol-nəqliyyat sisteminin əsaslı təmiri və yenidən qurulması, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Görülən işlərin nəticəsidir ki, Bakının və ətraf qəsəbələrin siması xeyli dəyişilib, gözəlləşib.
Bu baxımdan ölkəmizin bütün bölgələrində olduğu kimi, yeni yaranmış Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulmasında, ictimai nəqliyyatın fasiləsiz işində, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin təmir-tikintisi və bərpası istiqamətində xeyli işlər görülür. Xatırladaq ki, Dövlət Proqramı əsasında əsaslı təmir işləri aparılan səhiyyə ocaqlarından biri də Pirallahı qəsəbəsi K.Rzayev küçəsində yerləşən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasıdır. Bundan əlavə, Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonundakı 5 məktəbdən 4-ü əsaslı təmir olunaraq lazımı avadanlıqlarla təmin edilmişdir. Pirallahıda bu işlərə 2008-ci ildən başlanıb və ilk olaraq 235 №-li tam orta məktəb əsaslı təmir olunub. 2011-ci ildə 186 №-li tam orta məktəb, 2012-ci ildə isə 243 №-li tam orta məktəb əsaslı təmir olunmuşdur. Çilov adasında yerləşən 131 №-li tam orta məktəb də 2007-ci ildə Dövlət Neft Şirkəti tərəfindən əsaslı təmir olunaraq müəllim və şagird kollektivinin ixtiyarına verilmişdir. Dövlət Proqramına uyğun olaraq 2013-cü ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 №-li tam orta məktəbin əsaslı təmir işlərinə də start verilib. Pirallahı qəsəbəsində yerləşən 130 yerlik "Çobanyastığı" uşaq bağçasının əsaslı təmiri planlaşdırılır, köhnə və qəzalı binalarda yerləşən 130 yerlik "Cırtdan" və 110 yerlik "Bulaq" uşaq bağçası və körpələr evlərinin binalarının sökülərək, yerində 2 ədəd hər biri 140 yerlik müasir tipli uşaq bağçası və körpələr evlərinin tikilməsi gözlənilir. Əhalinin ehtiyacını nəzərə alaraq 2 ədəd hər biri 160 yerlik əlavə uşaq bağçası və körpələr evlərinin tikintisi planlaşdırılır. Pirallahı qəsəbəsi S.Bağırov küçəsi 3-də yerləşən V.Mustafazadə adına Mədəniyyət mərkəzində təmir işləri aparılıb.
Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq 150 N-li marşrutun son dayanacağının yerinin S.Vurğun küçəsindəki 9-mərtəbəli binanın yanına qədər uzadılması istiqamətində işlər davam edir. Həmin istiqamətdə asfalt örtüyu artıq çəkilib, səki daşları düzülüb, dayanacaq və dispetçer otağı inşa olunub və yaxın gələcəkdə istifadəyə verilməsi gözlənilir.
Sentyabrın 29-da Pirallahı qəsəbəsinin 29-cu məhhəllə adlanan yaşayış massivində, noyabrın 30-da isə Səməd Vurğun küçəsində və qəsəbənin giriş hissəsində-magistral yolun kənarında ümumilikdə 400-dən çox xançiçək, küknar, zeytun ağacı əkilib. Qəsəbə ziyalıları, yerli təşkilatların nümayəndələri və qəsəbə sakinləri də bu təşəbbüsə qoşularaq, ağacəkmə kampaniyasında həvəslə iştirak ediblər.
Pirallahı qəsəbəsi 29-cu məhəllə adlanan yaşayış massivində və magistral yolunun kənarında səki daşları düzülür və asfaltlama işləri aparılır.