Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə-Azərbaycan əməkdaşlığı diplomatiyada dost və qardaşlığın təcəssümüdür!

10 sentyabr 2020 | 11:00
Qədim köklərə malik dili, dini, milii dəyərləri, flokloru, adət ənənəsi  və milli məişət tərzi eyni olan iki qardaş dövlət  tarix boyu bir birinə dəstək vermişdir. Müsair dünyamızda çətin geosiyasi  oyunların getdiyi bir coğrafiyada Türkiyə Azərbaycan münasibətləri hər zaman yüksələn xətt üzrə inkişaf etmiş və bütün sahələrdə hərbi, iqtisadi mədəni, sosial və siyasi arenada mövqelərimiz eyni olmuşdur. Biz bu əməkdaşlıqdan hər zaman məmnunluq hissimizi ən yüksək formada bildirmişik. Hələ 20-ci əsrin əvvəllərində Erməni daşnakların hücumuna məruz qalan Azərbaycan əhalisinə yardıma gələn və torpaqlarımızı erməni daşnaklardan azad edən türk ordusuna minnət hisslərimizi bütün nəsillər xatırlayır. Bu dostluq və qardaşlıq ənənəsi  Sarıqamışda Türkiyə milli mücadilə edən zaman Azərbaycan tərəfindən davam etdirilimişdir. Minlərlə Azərbaycan övladı Türkiyənin azadlığı uğrunda canlarından keçmişdilər eyni ilə türk əsgərləri Bakıda, Göyçayda, Qubada, Naxçıvanda, Zəngəzurda canlarından keçdikləri kimi.
   Azərbaycan və Türkiyə tarix boyu bir-birilərinə arxa olmaqla yanaşı, sınaq günlərində də birlikdə olublar, Azərbaycan erməni işğalına məruz qaldığı ilk vaxtlarda da bunu yaxından hiss edib iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əlaqələr inkişaf etməkdədir, gələcəkdə də həmin prinsiplər əməkdaşlığın prioritetlərini təşkil edəcək, ikitərəfli görüşlər, aparılan danışıqlar dostluq və əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcək. Azərbaycan müstəqillik  əldə edəndən sonra müasir dünyamızda da Azərbaycan–Türkiyə münasibətləri 70 illik həsrətdən sonra yenidən və sürətlə genuişlənmiş və bütün sahələrdə vüsət almışdır. Belə ki Azərbaycanın ilk müstəqilliyini tanıyan dövlət Türkiyə Cumhuriyyəti olmuşdur. Hər zaman bir birinə diplomatiyada dərindən dəstək olan və dostcasına yardım edən ikinci belə dövlətlər yoxdur. Çünki həm Azərbaycan həm Türkiyə beynəlxalq aləmdə birlik nümayiş etdirir və biri özünü digərindən ayrı təsəvvür etmir. Hər iki dövlət başçıları ilk səfərlərini qarşılıqlı olaraq bir birinə edirlər. Bu faktı dostluğun qardaşlığın təcəssümü kimi göstərmək kifayətdir. Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Azərbaycana açıq dəstəyini ifadə edib:“ Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzuolunan nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur”. Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın isə gündəlikdə olan məsələləri dəyərləndirərkən bildirib ki, bizim hərbi və təhlükəsizlik sahəsinə dair əməkdaşlıq müqaviləmiz var: “Azərbaycana təhdid haradan gəlirsə-gəlsin, Türkiyə sonadək Azərbaycanın yanında olmaqda davam edəcək. Lakin bu, münaqişənin diplomatik yolla həllinə qapıların bağlanması kimi başa düşülməməlidir. Biz Azərbaycanın yanındayıq. Azərbaycanın bütövlüyü və təhlükəsizliyi bizim bütövlüyümüz və təhlükəsizliyimizdir. Bu məsələdə zərrə qədər də tərəddüdümüz yoxdur. 1992-ci ildən bölgədə münaqişə mövcuddur və burada işğalçı tərəf Ermənistandır. Prezident Ərdoğanın rusiyalı həmkarına “Ermənistanla əlaqələrinizdən istifadə edərək gərginliyi azaldın” dediyini diqqətə çatdıran müşavir dövlət başçıları arasında baş tutan telefon danışığının münaqişənin siyasi yolla həllinə yönələn səy olduğunu vurğulayıb. Əminliklə bildirilib ki, Türkiyə və Rusiya dövlət başçılarının müzakirələri müsbət nəticələr verəcək. Türkiyənin ölkəmizlə birlikdə hərbi təlimləri çox olub, ancaq indiki  miqyasda olmayıb. Ölkəmizin bir neçə regionunu əhatə edən bu təlimlərdə Türkiyə böyük heyətlə iştirak edir. Belə təlimlərin Rusiya-Ermənistan birgə hərbi təlimlərindən sonraya təsadüf etməsi siz deyən mülahizələrin meydana çıxmasına səbəb olur. Tovuz təxribatı zamanı Ərdoğan açıq şəkildə bəyan etdi ki, bu, Türkiyənin Cənubi Qafqazdakı  maraqlarına qarşı edilən provokasiyadır. Artıq açıq şəkildə görünür ki, Türkiyə öz maraq dairəsinə Cənubi Qafqazı da qatıb. Əvvəllər deyirdilər ki, Cənubi Qafqaz Rusiyanın arxa bağçasıdır, bura kimsə başını soxa bilməz. Ancaq Ərdoğanın mövqeyi açıq şəkildə onu deyir ki, Türkiyənin burada marağı var və bunu gizlətmir. Bu maraqlar da Azərbaycanın ərazi bütövlüyü və dövlət təhlükəsizliyindən keçir. Bizim aramızda hərbi təlimlərə başlanılan gün Putinin təşəbbüsü ilə Ərdoğanla telefon danışığı olub. Həmin müzakirələrin başlıca mövzusu Qarabağ problemini əhatə edib. Artıq bu münaqişə həm də Türkiyə ilə Rusiya arasında maraqların toqquşduğu bir münaqişəyə çevrilir. Tam olaraq sübut olunur ki, Qarabağ münaqişəsi yalnız Azərbaycan və Ermənistan maraqlarını kəsb etmir. Bu qloballaşmış münaqişədə böyük dövlətlərin də maraqları açıq özünü biruzə verir. Tovuz hadisələri göstərdi ki, Ermənistana beynəlxalq arenada havadarlıq edən tapılmadı. Biz isə Türkiyənin , Pakistanın, Ukraynanın Azərbaycana açıq dəstək ifadə etdiyinin şahidi olduq. Ermənistan KTMT fonunda Rusiyadan gözlədiyi dəstəyi ala bilmədi. Regionda olan təhlükəni tam neytrallaşdırmaq üçün Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq daha da genişlənməlidir. Hətta yeri gəlsə, Türkiyənin Azərbaycan ərazisində hərbi bazalarının qurulması ilə nəticələnməlidir”.Türkiyənin regional marağını açıq ortaya qoyması elə bizə verilən dəstək anlamına gəlir. Regiondakı gərginlik göz qabağındadır. Bəzi ölkələr Ermənistandan bu prosesdə maşa kimi istifadə edir. Artıq Azərbaycanın tək olmayacağı ən yüksək səviyyədə ifadə edilir. Özü də bizə bu dəstəyi dünyanın ən güclü ordularından birinə malik ölkə verirsə, demək ki, ciddi irəliləyişlərə imza ata bilərik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən demişdir: “Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib.  Türkiyə Cümhuriyyətinin bizimlə həm milli, həm mənəvi, həm dini, həm də etnik bağları mövcuddur və bütün bunlara söykənərək bizim Türkiyədən başqa ikinci təbii strateji müttəfiqimiz yoxdur: “Tovuzda Ermənsitanın Azərbaycan ərazisinə hücum etməsi nəticəsində yaranmış vəziyyət də Azərbaycanın bundan sonra Türkiyə ilə daha sıx hərbi təlimlər keçirməsi məsələsini gündəmə gətirdi. ki, Türkiyə həm Ermənsitana, həm də Ermənistanın havadarlarına Azərbaycanın tək olmadığını nümayiş etdirir. Ona görə də bu hərbi təlimlərin Azərbaycan ərazisində keçirilməsi, bizim hərbçilərin hərbi bacarıqlarının yüksədilməsi, NATO sistemi üzrə ordu quruculuğu və inkişaf etmiş hərbi-texniki metodlardan istifadə məsələləri, həmçinin müasir dünyada döyüş aparmaq keyfiyyətlərinin yüksəldilməsi baxımından xeyli faydalıdır və bir milət-iki dövlət prinsipinin daha da möhkələnməsinə xidmət edən amildir”. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, hərbi əməkdaşlıq sahəsində çoxtərəfli əlaqələrin olduğunu bir daha təsdiqləyir. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın dövlət müstəqilliyini qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və mədəni əlaqələr əsasında çoxistiqamətli həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edərək bir tərəfdaşlıq səviyyəsinə çatıb. Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir.
Anar Babayev,
YAP Pirallahı rayon təşkilatının könüllüsü
Keçidlər