Ağ xalatlı həkimlərin sehirli əlləri Pirallahıda sakinlərə şəfa bəxş edir!
10 sentyabr 2020 | 11:00
Xalqımızın fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması həkimlərdən və tibb işçilərindən böyük məsuliyyət tələb edir. Tibb peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu insanlığa dərin məhəbbət tələb edir. Tibb işçiləri həyat həqiqətlərinə güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər. Xeyirxahlıq, qayğıkeşlik, seçdikləri peşələrində belə onlar üçün ali məqsədə çevrilir. Bu gün xəstələrlə tibb işçiləri arasında bir qarşılıqlı inam var. Bunu hamı özünün müqəddəs işi, borcu bilir. Xəstənin həkimə inamı artıq ilk başlanğıcda xəstəliyin sağalmasının 50 faizi deməkdir. Çünki insanın özünə inamı onu bütün çətinlikləri keçməyə səfərbər edir. Ona görə də müdriklərimiz deyib ki, "inam həyatın sərmayəsidir".
Azərbaycan dövləti əhalinin səhhəti naminə, ən ağır xəstələrin, həyatı dərman təminatından asılı olan insanların müalicəsinə yardım etmək üçün xüsusi dövlət proqramları qəbul edir. Məhz bunun nəticəsində həmin xəstəliklərdən əziyyət çəkən insanların həyat keyfiyyəti yaxşılaşır, ömrü uzanır.
Belə gözəl xeyirxah aksiyalardan biri də rayonumuzda həyata keçirilmişdir. “Azercell” Mobil Diş Klinikası və "Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyinin təşəbbüsü ilə həkim kollektivi avqust ayının 20-dən etibarən Pirallahı rayonunda 200-dən artıq uşağı təmənnasız qəbul edib yüksək tibbi stamotoloji xidmət göstərərək yoxlamadan keçirmişlər. Müayinə 15 yaşa qədər olan uşaqlar arasında aparılır və sentyabr ayının 22-dək davam edəcəkdir.
Göstərilən yüksək xidmətə və mehriban qayğıya görə Pirallahı rayon sakinləri çox məmnundurlar. Öz şükranlıq hisslərini rayon rəhbərliyinə və təşkilatçılığı həyata keçirən qurumlara ən xoş hisslərlə bildirmişlər. Sakinlər belə aksiyaların daima keçirilmsini arzuladıqlarını bildirmişlər.