Yüksək Texnologiyalar Parkının ilkin konsepsiyayası hazırlanıb
05 dekabr 2013 | 11:00
Dekabrın 2-də Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri – “BakuTel 2013” sərgisi işə başlamışdır.
Prezident İlham Əliyevin 2013-cü ili Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsi sərgiyə olan marağı daha da artırmışdır. Sahənin artmaqda olan potensialının göstəricilərindən biri sərgi meydançasının bu il 35 faiz genişləndirilərək yerli iştirakçılarla yanaşı, dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirməsidir. Bu əlamətdar ildə “Bakutel” sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin sahəsi ümumilikdə 12 min kvadratmetr olan üç zalı və foyesini əhatə edir. Foyedə yerləşən Azərbaycanın milli pavilyonunda son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi işlər haqqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur. Burada İKT sahəsini əks etdirən layihələrin nümayişi ilə yanaşı, ilk dəfə olaraq Bakıdakı sərgidə öz stendi ilə iştirak edən Birləşmiş Millətlər Təşkilatının (BMT) pavilyonu da yerləşir.
Bu il 15 ölkə milli pavilyonu ilə (Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və s.) sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirir. Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edirlər.
Sərgidə böyük marağa səbəb olan və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də Azərbaycanda Yüksək Texnologiyalar parkının yaradılmasıdır. Qeyd edək ki, 5 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yüksək Texnologiyalar Parkı”nın yaradılması haqqında Fərman imzalamışdır. Park, Pirallahı adasında 50 ha ərazidə yaradılacaqdır. Parkın idarə olunması Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında yaradılmış “Yüksək Texnologiyalar Parkı- YT Park”MMC-yə həvalə olunmuşdur. YT Park MMC-nin Direktor müavini Cəlal Rəhimovun verdiyi məlumata əsasən YT Parkının ilkin konsepsiyayası hazırlanıb. Lakin Parkın son dizayn-layihələndirilməsini keçiriləcək tenderin qalibi işləyib hazırlayacaqdır: “Biz hazırda Parkın biznes planını daha mükəmməl hazırlamaq üçün dünyanın tanınmış məsləhətçi şirkətləri ilə görüşürük. Eyni zamanda, dizayn-layihələndirilməsi, sahənin master-planı üzrə işləri görəcək şirkəti seçmək məqsədilə ilkin konkurs elan etmişdik, həmin konkursun nəticəsi kimi 10 şirkət öz fikirlərini verib. Təxminən 2014-cü ilin may-iyun aylarında tender elan ediləcək. Tenderin qalibi bu işləri həyata keçirəcəkdir”.
Cəlal Rəhimov deyib ki, ərazidə Yüksək Texnologiyalar Parkının inzibati binası, İnkubasiya mərkəzi, kiçik, orta və iri şirkətlərin ofisləri tikiləcəkdir.
“Biz parkı idarə edəcəyik. Bizim layihələrdə heç bir maddi marağımız olmayacaqdır. “Startup”çılar öz fikirlərini irəli sürürəcəklər və sonra həmin fikrlərin biznes layihələrinə özləri investor cəlb edə bilərlər. Həmçinin rezidentlərin layihələrinin maliyyələşdirilməsi məqsədilə İKT fondu və digər investorlarla əlaqələrin qurulmasına öz dəstəyimizi verəcəyik”.
C.Rəhimovun sözlərinə görə Texnologiyalar Parkının yerləşəcəyi ərazi şəhərdən 60 km-dək uzaqda olduğundan şirkətlərin əməkdaşlarının gəlib yaşayıb işləmələri üçün onlara bir çox şəraitlərin yaradılması nəzərdə tutulur. Belə ki, ərazinin yaxınlığında yaşayış binaları, sosial binalar tikiləcəkdir. Yüksək Texnologiyalar Parkında 8 min nəfər üçün iş yerinin açılacağı gözlənilir.
Dekabrın 5-dək davam edəcək 19-cu sərgidə telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları seqmentləri nümayiş etdirilir. Sərgidə Azərbaycanın birbaşa iştirak etdiyi İKT sahəsində çoxsaylı beynəlxalq və yerli layihələr öz əksini tapmışdır. Bu cür layihələrə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) və Avropa-İran Sürətli Magistralının (EPEC) çəkilməsi, , peyk layihələrini misal göstərmək olar.