Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır
14 sentyabr 2020 | 11:00
Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib, genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda mühim yer tutan Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bugün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə nail olunmuşdur. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də digər rəsmilərinin vaxtaşırı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına şərait yaratmış və müxtəlif sahələrdə müqavilələr imzalanmasına, sazişlər bağlanmasına gətirib çıxarmışdır.
Beləliklə, indiyə qədər daim Azərbaycan və Türkiyə bir-birinin çətin günlərində dəstək olmuş, beynəlxalq müstəvidə bir-birinin haq səsinin çarçısı olmuşdur.
Türkiyə hələ SSRİ-nin mövcud olduğu şəraitdə - 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıdı və 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. Türkiyə hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə ilk gündən dəstək verərək problemin Azərbaycanın ərazi bütövlüyü və sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan etmişdir.
Son dövrdə Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatdan sonra bu dəstək özünü daha qabarıq şəkildə göstərdi. Türkiyə hökuməti tərəfindən ən müxtəlif səviyyələrdə Azərbaycana dəstək mesajları göndərildi. Əlbəttə ki, bu, bəzi ölkələrdə narahatlığa və qıcıqlanmalara səbəb oldu. Əslində isə buna heç bir əsas yoxdur. Bütün dünya bilir ki, iki dövlət arasında müqavilələr var, yəni Türkiyə ilə Azərbaycanın birgə addımları strateji tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır. Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqaviləyə (2010-cu ilin avqustun 16-da imzalanıb) nəzər yetirsək görərik ki, orada, müqavilənin girişində yazılır ki, Azərbaycan və Türkiyə 1994-cü ilin 9 fevralında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u rəhbər tutaraq, habelə 1921-ci il 13 oktaybr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bəyan edirlər. Müqavilənin 2-ci maddəsinə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə edə bilər. Eyni zamanda, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədilə bir-birinə qarşılıqlı yardım göstərə bilərlər. Beləliklə, müqavilənin şərtlərindən də aydındır ki, iki ölkənin bir-birinə dəstəyi leqal və qəbul olunandır. Bundan qıcıqlanan ölkələrin problemi isə yəqin ki, hər birimizə aydındır.
Tovuzda qarşıdurma zamanı Türkiyənin sərt təpkisi, rəsmi dairələri tərəfindən Azərbaycana verilən açıq dəstək bəyanatları Ermənistanda təşvişlə qarşılandı. Ermənistanı ən ciddi narahat edən məsələ isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il 25 fevral tarixində bağlanmış Sazişdir. Qeyd edək ki, Ermənistanın əndişəsi tamamilə absurddur və heç bir sağlam məntiqə sığmır. Ona görə ki, narahatlıq ifadə edən ölkə işğalçı tərəfdir və onun ərazisində xarici dövlətin hərbi bazası yerləşir. O, bu dövlətdən havayı hərbi yardım alır və həmin dövlətlə birgə öz ərazisində mütəmadi genişmiqyaslı hərbi təlimlər keçirir. Belə olan halda onun Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair hər hansı bəyanat verməsi nə dərəcədə məntiqlidir?? Narahatlıq içərisində olduğunu bəyan edən Ermənistan əndişəsinə birdəfəlik, tarixi nida işarəsini qoymaq istəyirsə, ya işğal etdiyi torpaqlarımızdan çıxmalıdır, ya da çıxarılmalıdır! Bunun başqa alternativi yoxdur.
Qayıdaq Azərbaycan-Türkiyə birgə əməkdaşlığına. İki dövlət arasında hərbi sahədə bir çox əməkdaşlıq Sazişləri bağlanmışdır. Ümumiyyətlə, Türkiyə Azərbaycana hərbi sahədə daim dəstək vermiş və Azərbaycan Ordusunun formalaşmasında yaxından iştirak etmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə Azərbaycan Ordusunda kadrların hazırlanmasında və hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etmişdir. Hazırda hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirir. Bu təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, iki ölkənin ordularının iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Bir faktı qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünyanın güclü orduları arasında 9-cu yerdədir. Türkiyə hərbi potensialına görə NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Belə böyük hərbi potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək sözsüz ki, ölkəmizin xeyrinə olan amildir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Budəfəki təlimlər bir çox baxımdan yadda qalan oldu. Təlimlərin ən böyük xüsusiyyəti geniş tərkibli şəxsi heyətin iştirakı və müddətinin əvvəlkilərə nisbətən uzun olması oldu. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi.
Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var. Bununla yanaşı Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Qeyd edək ki, perspektivdə də iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Beləliklə, Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
Azərbaycan da eyni şəkildə, qardaş Türkiyədən dəstəyini əsirgəmir. Biz bir çox hallarda beynəlxalq arenalarda ölkə başçımızın Türkiyənin mövqelərini ən yüksək səviyyədə müdafiə etdiyinin şahidi olmuşuq. Yəqin ki heç kəs 2014-cü ilin 24 aprelində Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Prezident İlham Əliyevin türk düşməni Serj Sarkisyanın Türkiyə əleyhinə hədyanlarına cavabını unutmayıb. O zaman cənab Prezident “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” demişdi. Bənzər mövqeni bu yaxınlarda bir daha müşahidə etdik. Belə ki, ölkə başçımız sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliklə bağlı Türkiyəni dəstəklədiyini bəyan etdi. Ölkə başçısı demişdir: “Bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
Ölkə başçımız diplomatik sözlərlə nitqini bəzəmədən, açıq şəkildə Azərbaycanın Türkiyənin yanında olduğunu vurğuladı. Bu Azərbaycan açıq diplomatiyasının əyani təzahürüdür. Düşünürük ki, dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.
Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq ölkə və ya dost ölkə anlayışlarından daha böyükdür. Biz iki qardaş ölkəyik. Ulu Öndərimiz Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” fikri həqiqətən də reallıqdır. Buna bənzər bir fikri Prezident Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdir: “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik”.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü