Azərbaycan-Türkiyə münasibətləri dünya üçün sarsılmaz dostluq və qardaşlıq nümunəsidir
15 sentyabr 2020 | 11:00
Bugün Türkiyə və Azərbaycan-iki qardaş ölkə regionda sarsılmaz dostluq və qardaşlıq nümunəsi yaradıblar. Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşdur. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün-çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi hər zaman olduğu kimi bugün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir. Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri yoxdur. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir.
Son vaxtlar Türkiyə və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq istiqamətində xüsusi bir canlanma müşahidə edilir.
Əsası 1992-ci ilin avqust ayında Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Turkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Muqavilə”nin imzalanması ilə qoyulan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı 2010-cu ilin avqustunda “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin və həmin ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə yeni impuls almış oldu və sonrakı illərdə daha yeni sahələri əhatə edərək genişləndi.
2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi. Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb olunması ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. Budəfəki təlimlər daha geniş tərkibli şəxsi heyəti iştirakı və uzun müddətli olması ilə diqqəti cəlb etdi.
Hərbi təlimlərə münasibətini bildirən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar qeyd etmişdir:“Bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir".
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizatdan tutmuş müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir.
Göründüyü kimi, Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanda narahatlıq və isterika içində izlənilir. Şübhəsiz, bu təlaşın nəticəsidir ki, təlimlərdən bir gün əvvəl Ermənistan müdafiə naziri David Tonoyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşərək bölgədəki hərbi vəziyyətdən narahatlığını ifadə edib.
Əslində bu dəfəki Azərbaycan –Türkiyə birgə hərbi təlimlərinin əhatə dairəsinin, o cümlədən say etibarı ilə daha geniş olması Ermənistana və onun havadarlarına ciddi bir mesajdır. Təbii ki, belə təlim Türkiyə və Azərbaycan orduları arasında sıx koordinasiyanın olduğunu göstərir və hər an və istənilən istiqamətdə iki ölkənin ordularının hücum əməliyyatına keçmək iqtidarında olduqlarını sərgiləyir.
Qeyd edək ki, iki ölkənin hərbi qüdrəti digər hansısa imkanlara əl atmadan təcavüzkar ölkəni tamamilə darmadağın etmək üçün kifayətdir. Xüsusilə döyüş qabiliyyətinə görə NATO-nun ən güclü ordusu hesab edilən Türkiyə Silahlı Qüvvələri bölgədə öz haqq sözünü deməyə və gücünü göstərməyə qadirdir. Bu təlimlər bir daha göstərdi ki, nə Türkiyəni, nə də Azərbaycanı qorxutmaq, onları öz niyyətlərindən döndərmək mümkün deyildir. Əvəzində hər iki ordunun strateji planında Azərbaycanın işğalda qalan torpaqlarının azad olunması kimi çox mötəbər bir vəzifə mövcuddur.

YAP Pirallahı rayon təşkilatının könüllüsü
Məmləkət Qaraçobanova