Pirallahı rayonunda Beynalxalq Əlillər Günü qeyd olundu
04 dekabr 2013 | 11:00
Dekabrın 3-də Pirallahı rayonunda V.Mustafazadə adına Mədəniyyət Mərkəzində Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirildi.
Pirallahı RİH Başçısının müavini Vəzir Səfixanov tədbir iştirakçılarına Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını çatdırdı və bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hazırda hər bir əlilə xüsusi diqqət və qayğı göstərir. “Əlillərin sosial şəraitinin yaxşılaşdırılması, bütövlükdə respublikamızda olduğu kimi, Pirallahı rayonunda da daim diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyətində onların hər bir müraciətinə həssaslıqla yanaşılır. Bundan sonra bu diqqət daha da artırılacaqdır”.
Tədbirdə çıxış edən əlillər göstərilən diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Tədbir rəqs kompozisiyasından və mahnılardan ibarət bədii hissə ilə davam etdi.