Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük”
17 sentyabr 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi ilə bağlıdır.
Ölkə başçısının rəhbərliyi ilə son bir neçə ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı azalmış və qeyri-neft sektorunun inkişafı sahəsində ciddi irəliləyişlərə nail olunmuşdur. Hazırda aparılan islahatların nəticəsi olaraq ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payı 70 faizə çatmışdır. Burada digər sahələrlə yanaşı, sənaye sektorunun da özünəməxsus yeri vardır. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın, habelə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması və qəbul edilməsi dövlət başçısı tərəfindən bu sahəyə xüsusi önəm verilməsinin bariz sübutudur. Qeyd edək ki, adları çəkilən sənədlərdə qarşıya qoyulan vəzifələr, qeyri-neft sənayesində yeni çağırışlar və imkanlar nəzərə alınmaqla uğurla həyata keçirilməkdədir. Həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində ölkədə sənaye sahəsi genişləndirilmiş və yeni istehsal gücləri istifadəyə verilmişdir.
Qürurverici haldır ki, ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edir, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı yeni sənaye sahələri yaradılır və respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlir.
Bu baxımdan təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəri hesab edilən Sumqayıtda yaradılan yeni zavod və müəssisələrin də ölkəmizin sənaye sektorunda yeri xüsusi vurğulanmalıdır. O cümlədən, Sumqayıt Kimya Sənaye Parkının. Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının əsas məqsədlərindən biri ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkdən ibarətdir. Həqiqətən də bu ölkəmiz üçün olduqca aktual və vacib məsələdir. Çünki hər birimiz bilirik ki, təbii sərvətlər ölkəyə bəxş olunan xəzinədir amma onun tükənməsi də istisna deyil. Bunu ölkə başçısı İlham Əliyev də çıxışlarında vurğulamışdır. Ölkə başçısı yaxın günlərdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı bu fikri səsələndirmişdir: “Təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükənəcək”. Bəli, təbii sərvətlər daimi deyil, ona görə də, hər bir dövlət təbii sərvətlərinin emalı və istehsalı kimi məsələlərlə yanaşı digər sahələri də inkişaf etdirməli və ölkənin təbii sərvətlərdən asılılığını minimuma endirməlidir. Azərbaycanda da bu sahədə bir çox işlər görülmüşdür. Son illər ərzində turizmə, kənd təsərrüfatına, sənayeyə və digər qeyri-neft sahələrinə qoyulan investisiyalar da buna əyani sübutdur.
Sumqayıtda yaradılan Sumqayıt Texnologiya Parkı və Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin ən gözəl təzahürüdür. Burada istehsal edilən müasir standartlara cavab verən məhsullar artıq dünya bazarında özünə layiqli yer tutub. Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışında bir çox vacib məqamlara toxunmuşdur. Ölkə başçısının qeyd etdiyi vacib məsələlərədən biri daxili tələbatın yerli istehsal hesabına ödənməsi ilə bağlı olmuşdur. Prezident vurğulamışdır: “Daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır”.
Ölkə başçısının çıxışı zamanı üzərində durduğu vacib məsələlərən biri də xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycana vəsait qoyması ilə bağlı oldu. Prezident bildirdi: “Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq”.
Sumqayıt Kimya Sənaye Parkını bənzərlərindən fərqləndirən əsas xüsusiyyət yeniliklərə münasibətlə bağlıdır. Parkın nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradıldı. Bununla da bir neçə strateji hədəfə eyni zamanda nail olundu. Beləliklə, burada həm yüksək ixtisaslı kadrlar hazırlanacaq, həm də buranı bitirən tələbələr burada işlə təmin olunacaq. Bu həqiqətən də vacib olan iki məsələnin eyni anda həllinə gətirib çıxarır. Həm savadlı kadr hazırlanması, həm də işsizlik probleminin həll olunması.
Qeyd edək ki, Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb. Yəqin ki, biz bunun bəhrələrini sonrakı illərdə mütləq müşahidə edəcəyik. Peşə təhsili müəssisələrinin məzunları əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı işçi qüvvəsi ilə bağlı getdikcə artan tələbatı daha yaxşı ödəyəcəklər.

İlqam Əskərov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri