Şriftin ölçüsü :

Saytın rəngi :

Kütləvi informasiya vasitələrinin dünəni, bu günü və sabahı!

20 sentyabr 2020 | 11:00
Qlobal informasiya mühitinin yarandığı müasir dövrdə mətbuatın səyləri nəticəsində informasiya cəmiyyətdə əsas strateji resursa çevrilmiş, onun rolu da getdikcə artmaqdadır. Peşəkar mətbuatın məhsulu olan dürüst informasiya ölkənin siyasi, iqtisadi, müdafiə və s. kimi əsas təhlükəsizliklərinin vəziyyətinə təsir göstərir.
«İnformasiya cəmiyyəti» anlayışı ilk dəfə 1966-cı ildə Yaponiyada meydana gəlib. «Gündoğan ölkə»nin mütəxəssislərinin qənaətinə görə, informasiya cəmiyyətində əhalinin əsas hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə, informasiyanın istehsalı, saxlanması və ötürülməsi ilə məşğul olur. Müasir texnologiyaların inkişafı ona gətirib çıxarıb ki, auditoriya geniş məlumat şəbəkəsinə malikdir, auditoriya alternativ məlumat mənbələrinə yiyələnib, həm də medianın verdiyi hazır fikir qəliblərini qəbul etməyib məlumatları özü araşdırıb qiymətləndirən, müstəqil nəticələr çıxaran tələbkar xəbər istehsalçıları formalaşdırıb. Bütün dünyada ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin (KİV) rolu getdikcə artmaqdadır. KİV elə bir sosial vasitədir ki, bu və ya digər problemlərə diqqət yetirmək və bunları həll etmək üçün təsir göstərir. Burada jurnalistin tərəfsizlik göstərməsi mühüm amil olmalıdır.
Azərbaycanda mətbuat üzərində senzura ləğv ediləndən sonra qəzet və jurnal təsisçiliyi sərbəst buraxılmış, Kütləvi İnformasiya Vasitələri haqqında yeni qanun qəbul edilmişdir. Müsbət istiqamətdə addımlar atılaraq, mətbuatın dövlət tərəfindən tənzimlənməsinə son qoyulmuş, mətbuatın özünüidarəsinə xidmət edən Mətbuat Şurası yaradılmışdır. Bütün bu azadlıqlar media işçiləri qarşısında həm də ciddi vəzifələr qoyur. Bu vəzifələr sırasında ən mühümü daim cəmiyyətin də diqqət mərkəzində olan, KİV-lərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun tənzimlənməsini təmin edən yeni qanunun qəbul edilməsi  zəruriliynin məsələsidir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra söz və mətbuat azadlığı sahəsində münasibətləri tənzimləyən qanunvericilik bazası yaradılmış, Azərbaycan Respublikasının Konstitusiyası, "KİV haqqında" (1999-cu il), "İctimai televiziya və radio yayımı haqqında" (28 sentyabr 2004-cü il), "İnformasiya əldə etmək haqqında" (30 sentyabr 2005-ci il) qanunlar, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan milli mətbuatının 125 illik yubileyi haqqında" (27 mart 2000-ci il),Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında" (2005-ci il) fərmanları və digər sənədlər qəbul olunmuşdur. Bütün bu sadalanan qanun və sərəncamlar öz dövrünün tələblərinə cavab versə də, müasir dövrümüzün tələblərinə artıq cavab vermir. Bu gün sosial şəbəkənin, medianın inkişafı hərgün  yeni hüquqi problemlər ortaya çıxarır.
Azərbaycanda kütləvi informasiya vasitələri ilə bağlı mənzərədə hüquqi boşluqlar mövcuddur. Bu boşluqlar isə sui-istifadə hallarına yol açır,  bir özü, bir də kompüteri olan şəxs sayt yaradır və həmin saytı dezinformasiyalar poliqonuna çevirir. Problemin qarşısının alınması üçün ilk növbədə "Kütləvi informasiya vasitələri haqqında” qanununa müasir dövrün çağırışlarına və tələblərinə cavab verən düzəlişlərin edilməsi zəruridir. 1999-cu ildə qəbul olunan həmin qanun artıq köhnəlib, sosial şəbəkələrin, internet-medianın inkişaf etdiyi hazırkı dövrdə qanun KİV-lərin səmərəli fəaliyyətini tənzimləmək iqtidarında deyil. Qanunda müasir dövrün trendinə çevrilən onlayn medianın statusu müəyyənləşməyib. İkincisi, qanunda dünya informasiya məkanında əsas söz sahibi olan sosial şəbəkələrin fəaliyyətinə dair bir dənə də müddəa yoxdur.Sosial şəbəkələr KİV hesab edilmir, amma onun dəqiq statusunun müəyyənləşdirilməsi vacibdir.Bir sözlə, hazırda internet medianı və sosial şəbəkələri də əhatə edən yeni qanunların qəbul edilməsi zərurəti yaranıb. Üstəlik, nəzərə almaq lazımdır ki, həmin qanun jurnalistlərin sosial müdafiəsi, onların hüquqlarının qorunmasını əhatə etmir. Hazırda internet medianı və sosial şəbəkələri də əhatə edən yeni qanunların qəbul edilməsi zərurəti yaranıb. Son dövrlər bu istiqamətdə yetərincə qanunvericilikdə addımlar atılıb. Elektron medianın - saytların, xəbər portallarının kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir. “KİV haqqında” qanuna əsasən kütləvi informasiya vasitələri dedikdə dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formaları, nömrəsi olan və ildə azı bir dəfə efirə buraxılan audio, audio-vizual xəbər və materialların məcmusu nəzərdə tutulur. Sözügedən qanuna görə, dövri mətbu nəşrlər, yəni, çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrləri ehtiva edir. 15 ilə yaxındır ki, Azərbaycanda müstəqil saytlar, xəbər portalları fəalliyyət göstərir. Onların qeydiyyatı ənənəvi qaydada deyil. məkanındadırlar. Əgər saytlar, “YouTube” kanalları KİV sayılarsa, bu, onların məsuliyyətini də müəyyən edər. Bu baxımdan qanuna yenidən baxmağa ehtiyac var. Hazırda Azərbaycan oxucusu daha çox internet saytların, xəbər portallarının izləyicisidir. Məhz bu məqamın özü internet media resursları ilə bağlı hüquqi statusun tezliklə müəyyən edilməsini zəruri edir. Nəzərə alaq ki, ölkədə yüzlərlə xəbər saytları var və hər gün sayları daha da artmaqdadır. Ona görə də bu məsələdə hüquqi mexanizm tapılmalı və uyğun format işlənib hazırlanmalıdır. Əgər münasib formatı tapmaq mümkün olarsa, hüquqi statusu tezliklə həll etmək olar”. “YeniÇağ” Media Qrupun rəhbəri Aqil Ələsgər də “Şərq”ə vurğulayıb ki, onlayn medianın hüquqi statusunun müəyyən olunmaması çox ciddi problemdir: “İnternet mediaya dəstəklə bağlı cənab Prezidentin mövqeyi ortadadır. Bununla bağlı müəyyən işlər də görülməkdədir. Amma hüquqi baza olmadığına görə, proses ləngiyir. O baxımdan Azərbaycanda qeydiyyatdan keçən bütün saytlar, o cümlədən “Yeniçağ” məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərir. Yəni işimizi bu şəkildə leqallaşdırırıq. Hüquqi statusumuz müəyyən olsaydı, məsələlər qanunvericiliklə həll edilsəydi, həm problemlərimiz çözülər, həm də hər kəs internet domen sahibi olmağa cəhd göstərməzdi. Bununla da mediadan uzaq şəxslərin internet qəzetçilik iddiasının qarşısını almaq mümkün olardı. Hazırda ən böyük problemimiz reklam bazarının olmamasıdır. Reklam bazarında haqsız rəqabət mövcuddur. Əgər bu problemi hüquqi yolla tənzimləmək olarsa, internet medianın fəaliyyəti daha qənaətbəxş hala gələr”.
Hazırda ölkəmizdə sistemli, inqilabi səciyyə daşıyan islahatlar həyata keçirilir, şəffaflığa və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyalar tətbiq olunur, ictimai nəzarət və siyasi dialoq mühiti genişləndirilir. Belə bir taleyüklü məqamda müstəqil, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan mediaya daha çox tələbat duyulur. Dövlətimizin başçısı tövsiyə edir ki, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Prezident cənab İlham Əliyev bunun yolunu da göstərir: modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi. Bu meyarlar informasiya əsri adlandırılan XXI yüzillikdə zamanla ayaqlaşmağın yeganə yolu, medianın inkişafının əsas istiqamətləridir.
Cəmiyyət həyatının bütün sahələrində kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr durur. Bu gün Azərbaycan KİV-i müasir informasiya c¬ə¬miyyəti quruculuğunda milli həmrəyliyin və tolerantlığın möhkəm¬lən¬di¬ril¬mə¬sin¬də, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi də¬yər¬lə¬rin qorunub saxlanmasında mühüm rol oynayır və ictimai fikrin formalaşmasında onun əhəmiyyəti getdikcə artır. Buna görə də müasir problemlərin həllini özündə əks etdirən qanunların, sərəncamların qəbul olunması prioritet məsələlərdən biridir.


YAP Pirallahı rayon təşkilatının könüllüsü
Vüqar Nəsirov

Keçidlər