Azərbaycan BMT-nin tam hüquqlu üzvü kimi beynəlxalq aləmdə söz sahibidir!
20 sentyabr 2020 | 11:00
Müasir beynəlxalq münasibətlərdə, dövlətlərarası əməkdaşlıqda, çoxtərəfli diplomatiyada beynəlxalq təşkilatlar mühüm rol oynayırlar. Əgər XX yüzilliyin əvvəllərində dünyada 20-yə qədər daimi beynəlxalq təşkilat mövcud idisə, hazırda onların sayı 7 minə yaxındır. Beynəlxalq təşkilatlar içərisində öz universallıq dərəcəsinə, əhatəliyinə, dünya siyasətindəki roluna və yerinə görə ən yüksək qurumlardan biri Birləşmiş Millətlər Təşkilatıdır.
Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən az sonra - 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmişdir. BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və Təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyi və rifahını təmin etmək və eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını açmışdır. Azərbaycan bu gün BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak edir.
Beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə məsul əsas qurum olan BMT Təhlükəsizlik Şurası (TŞ) üzvlüyü zamanı Azərbaycan tərəfi həmişə beynəlxalq hüquq və ədaləti müdafiə etmişdir. Şuraya üzvlük zamanı rotasiya qaydasına əsasən Azərbaycan TŞ-yə iki dəfə sədrlik etmişdir. Ümumilikdə, Azərbaycan BMT TŞ-yə üzvlüyü dövründə beynəlxalq sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak etmiş və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini vermişdir.
15 Sentyabr 2020-ci il tarixdə, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyası öz işinə başlayıb. Sessiyanın gündəliyində COVİD-19 pandemiyasından əlavə, bir sıra digər önəmli məsələlər də yer almışdır ki, bu məsələlər arasında ölkəmiz üçün ən önəmli olan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı ənənəvi bənddir. Qeyd edəkki, illik ümumi müzakirələr sentyabrın 22-də start götürəcək. Azərbaycan prezidenti İlham Əliyev də burada çıxış edəcək. Çıxış sentyabrın 24-də yayımlanacaq.
BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti vəzifəsinə hələ bir neçə ay öncə, iyunun 17-də Türkiyədən olan nümayəndə Volkan Bozkır seçilib. Bununla da ilk dəfə olaraq, Türkiyədən olan nümayəndə BMT Baş Assambleyasının Prezidenti vəzifəsinə seçilmiş oldu. Volkan Bozkır 14 sentyabr 2020-ci il tarixində xüsusi sessiyanın da prezidenti seçilmişdir. Burada bəzi diqqət çəkən məqamlar mövcuddur ki,biz də qısaca onların üzərində durmaq istərdik.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr edilən xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən rəsmi olaraq öz işinə başlayıb. Həmin müddətdən etibarən ilk olaraq xüsusi sessiyanın prosedur tipli məsələləri müzakirə edilib və artıq bəzi qərarlar qəbul edilib. Bu qərarlar içərisində xüsusi sessiyanın prezidenti olaraq Volkan Bozkırın seçilməsi də var. Mövcud təcrübəyə əsasən adətən sessiyaların sədrinin seçilməsinə dair prosedur xarakterli qərarlar hamılıqla, ümumi razılıq əsasında verilir. Lakin bu dəfə fərqlilik müşahidə olundu. Belə ki, bütün mümkün vasitələrlə xüsusi sessiyaya, Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışan Ermənistan öz çirkin niyyətini bir daha ortaya qoyaraq V.Bozkırın xüsusi sessiyanın sədri seçilməsi məsələsini səsverməyə çıxardı. Daha öncə Ermənistan V.Bozkırın BMT Baş Assambleyasının prezidenti seçilməsi məsələsini də səsverməyə çıxarmış və məğlub olmuşdur. İndi də Ermənistan növbəti dəfə məğlubiyyətə uğradı. Nəticədə böyük səs çoxluğu ilə V.Bozkır xüsusi sessiyanın prezidenti vəzifəsinə seçilmişdir.
Hazırda Nyu-Yorkda xüsusi sessiyanın keçirilmə qaydaları və təşkilatı məsələlərinə dair qətnamə layihəsi ilə bağlı BMT üzv dövlətləri arasında qızğın müzakirələr davam edir. Qətnamə layihəsində xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin ilkin olaraq 5-6 noyabr tarixində keçirilməsi qeyd olunub. Lakin yekun tarix dövlətlər arasında gedən müzakirələrin nəticəsindən asılı olacaq.
Ermənistan bu məsələdə də öz çirkin siyasətini yürütməklə Azərbaycana qarşı çıxmaq və xüsusi sessiyanın çəkisini azaltmaq üçün qaydalara dair qətnamə layihəsindən “dövlət və hökumət başçıları səviyyəsində” ifadəsini çıxarmağa cəhd göstərir. Yəqin ki, hamı razılaşar ki bu, Ermənistanın acizliyinin göstəricisidir.
Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi və hər bir ölkə pandemiya ilə mübarizədə birliyin vacibliyini vurğuladı. Ermənistan isə yenə də ənənəvi mövqeyindən əl çəkməyərək öz çirkin xislətini göstərdi. Ermənistan üçün insanların gələcəyi, dövlətlərin rifahı kimi anlayışlar əsas deyil. Onlar üçün əsas olan tək şey öz mənfəətləridir.
Bütün dünya öz diqqətini pandemiya ilə mübarizəyə cəmləşdirdiyi halda, Ermənistan hələ də Azərbaycanın artıq BMT tərəfindən qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqla məşğuldur. Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Qeyd edək ki, Ermənitanın bu əməlləri hər kəsdə yalnız istehza doğurur və nəticədə Ermənistan özünü növbəti dəfə çox gülünc bir vəziyyətə qoymuş olur.
Sonda bir daha xatırlatmaq istərdim ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır.

Mirağa Nağıyev
YAP Pirallahı rayon təşkilatının könüllüsü