Pirallahı rayonunda yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirildi
06 dekabr 2013 | 11:00
Dekabrın 4-də Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi(FHN) Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə payız-qış mövsümü ərəfəsində yanğın təhlükəsizliyi, həmçinin dəm qazı zəhərlənmələrinin qarşısının alınması məqsədilə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu" mövzusunda rayon müşavirəsi keçirildi. Tədbirdə çıxış edən FHN Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov, eləcə də Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, polkovnik-leytinant Vaqif Teymurov və başqaları yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasından, bu məqsədlə atılacaq addımlar sırasında maarifləndirmənin rolundan, insanların məişətdə istifadə etdikləri təbii qazla daha diqqətli və son dərəcə ehtiyatla davranmalarından və təbii qazın istifadəsi zamanı təhlükəsizlik qaydalarına və tələblərə tam şəkildə riayət etmələrinin vacibliyindən ətraflı bəhs etdilər.
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Cəlil Mirzəyev öz çıxışında rayonun yaranma tarixi haqqında məlumat verdi və bildirdi ki, fəaliyyətə başladığı ilk gündən rayonun bütün idarə və müəssisələri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri Rayonun İcra Başçısı Vasif İmanovun rəhbərliyi ilə ölkə başçısı, Prezident İlham Əliyev cənablarının qarşıya qoymuş olduğu mühüm və həlli vacib məsələlərin icrasına başlamışlar:”Rayon mərkəzi kimi Pirallahı qəsəbəsi seçildiyindən və qəsəbənin mövcud infrastrukturu müasir rayon mərkəzi kimi tələblərə cavab vermədiyindən, ərazidə geniş yenidənqurma işlərinin aparılması zərurəti yaranmışdır. Görüləcək abadlıq və quruculuq işlərinin icrasını müasir şəhərsalma qaydalarına uyğun təmin etmək məqsədilə ilk növbədə qəsəbənin baş planı hazırlanmışdır. Rayon ərazisində Baş plana uyğun olaraq genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Belə ki, Pirallahı qəsəbəsinin mərkəzi küçəsinin ətrafında-28 və 29-cu məhəllələrin daxilində, S.Bağırov, K.Rzayev küçələri boyu əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş tikinti norma və qaydalarına cavab verməyən, qanunsuz və kortəbii şəkildə inşa olunmuş qarajlar, köşklər, kommersiya obyektləri və sair tikililər sökülmüş, təsərrüfat və digər məqsədlər üçün sakinlər tərəfindən hasara alınmış ərazilər təmizlənərək abadlaşdırılmış, qəsəbənin şimal-qərb hissəsində, ətrafda yaşayan sakinlər tərəfindən axıdılmış çirkab və kanalizasiya sularının yığılması nəticəsində əmələ gəlmiş göllərin qurudulmasına başlanmış, yollara asfalt döşənmişdir. İstismar müddətini başa vurmuş yeraltı qaz xətləri dəyişdirilərək yerüstü xətlərlə əvəz olunmuş, yerüstü elektrik xətlərinin isə kabelləşdirilərək yeraltı xətlərlə əvəz olunmasına başlanmışdır”. C.Mirzəyev həmçinin qeyd etdi ki, görülən işlərlə yanaşı payız-qış mövsümü ilə əlaqədar rayonda yaşayış sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi, baş vermiş yanğınların söndürülməsi üçün əlverişli şəraitin yaradılması, qaz sızması nəticəsində baş vermiş partlayışların, eyni zamanda dəm qazı ilə zəhərlənmələrin qarşısının alınması məqsədilə məqsədyönlü işlər görülmüşdür: “Belə ki, qəsəbələrin nümayəndəliklərinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Qaz İstismar Sahəsi əməkdaşlarının birgə iştirakı ilə rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarında və fərdi yaşayış evlərində qaz sızmasının qarşısının alınması, binaların tüstü bacalarının və hava dəyişmə kanallarının təmizlənməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, paralel olaraq sakinlər arasında maarifləndirmə işləri də aparılır. Məhəllələrdəki yanğına qarşı su hovuzlarının işlək vəziyyətə gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür”.
Müşavirədə mövzunun əhəmiyyəti baxımından belə tədbirlərin mütamadi keçirilməsinin vacibliyi vurğulandı və yanğın təhlükəsizliyi qaydalarından bəhs edən videoçarx nümayiş etdirildi.