Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan dövlət səviyyəsində qanunsuz narkotik istehsalı və satışı ilə məşğul olur

21 sentyabr 2020 | 11:00
Hər kəsə məlumdur ki, bu gün dünyada qlobal biznesin əsas kapitalının əhəmiyyətli hissəsini narkotik maddələrdən əldə edilən gəlirlər təşkil edir. Bunu beynəlxalq təşkilatlar və bir sıra ekspertlər də təsdiq edib. Təəssüflər olsun ki, hazırda dünyada narkotik ticarəti get-gedə daha da genişlənərək ən gəlirli sahələrdən birinə çevrilir. Birləşmiş Millətlər Təşkilatının statistikasına görə beynəlxalq narkobiznesin illik gəliri təxminən 400 milyard dollar təşkil edir.
Azərbaycanın işğal altında olan torpaqları da uzun illərdən bəri dünya birliyinin nəzarətindən kənarda qaldığından, həmçinin qondarma “Dağlıq Qarabağ Respublikası” BMT tərəfindən tanınmadığından həmin torpaqlar transmilli cinayətkarlığın və beynəlxalq terrorizmin meydan suladığı gözdəniraq bir məkana çevrilib. Burada cinayətkar iqtisadi fəaliyyətin geniş şəbəkəsi yaradılıb. İşğalçı Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rejim rəhbərliyinin narkotik ticarətinə birbaşa himayəçiliyi dünya ictimaiyyətinə də artıq çоxdan məlumdur. Bu Ter-Petrоsyanın, Köçəryanın, Sarqsyanın dövründə belə оlub, Paşinyan dönəmində isə öz kulminasiya nöqtəsinə çatıb.
Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan hazırda işğal edilmiş ərazilərində baş verənlərə, eləcə də narkotiklərin tranzitinə və digər transmilli cinayətlərə görə məsuliyyət daşımır. Çünki həmin ərazilər 28 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
İqtisadi böhran şəraitində yaşayan Ermənistan dünya bazarına çıxarılacaq istehsala malik olmadığından qeyri-leqal biznesə - əsasən qiymətli daş qaçaqmalçılığı və narkotik istehsalına üstünlük verir. Bu artıq faktlarla da sübut edilib. Belə ki, Kəlbəcərin və digər işğal altındakı qızıl mədənlərimizin qarət edilməsi və nəzarətsiz ərazilərdə narkotik plantasiyalarının salınması kоsmоsdan aparılan müşahidələrlə artıq tam sübut edilib. Bura insan alveri, qanunsuz silah qaçaqmalçılığı, terrorçu qrupların hazırlanması, оrqan alveri kimi bəşəriyyət əleyhinə olan cinayətləri də əlavə etsək özünü “demоkrat” adlandıran Soros uşaqlarının – indiki Ermənistan rəhbərliyinin quzu maskası altında gizlətməyə çalışdığı əsil yırtıcı çaqqal siması üzə çıxar. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun nəzarətsiz qalması bu quldur dəstəsinin məhz belə bəşəriyyət əleyhinə cinayətlərinin daha da genişlənməsinə şərait yaradır.
Beləliklə, Ermənistan dövlət səviyyəsində qanunsuz narkotik istehsalı və satışı ilə məşğul olur, bu məqsədlə işğal altında olan Azərbaycan ərazilərindən istifadə edilir.
PR texnoloq, P-ART PR COMPANY şirkətinin təsisçisi Karen Koçaryan öz facebook səhifəsində yazıb ki, Ermənistan parlamentinin bəzi deputatlarının ABŞ-da qanunsuz marixuana biznesi var. Koçaryan Kaliforniyanın Los-Anceles, Qlendeyl və Berbank şəhərlərinin adlarını çəkib.
2020-ci ilin yazında erməni əsilli amerikalı sahibkar Ruben Mkrtıçyan Ermənistanda çətənə istehsalı və satışı planlarını açıqlayıb. O, bildirib ki, Ermənistanda çətənə leqallaşdırılsa, bu sahəyə 50 milyon dollara yaxın sərmayə qoymağa hazırdır.
Ermənistanın faşist rəhbərliyi indi məhsulları leqallaşdırmağın yollarını axtarır. Məhz buna görə baş nazirin müavini Tiqran Avinyanın ofisi R.Mkrtıçyanın “biznes layihəsinə” ilkin razılıq verib, çətənə kolları üçün ərazi ayrılıb, əkin sahələrinin mühafizəsi üçün 2019-cu ilin mayında polislə müqavilə imzalanıb.
Bu biabırçı məsələ ictimailəşdikdə Paşinyan hökuməti sözün həqiqi mənasında təşvişə düşüb. Tiqran Avinyan və eləcə də Səhiyyə Nazirliyi hər hansı razılaşmanın olduğunu inkar ediblər. Əkilmiş kollar da tez-tələsik məhv edilib. Karen Koçaryanın açıqlamasından aydın olur ki, Ermənistanda çətənəni leqallaşdırmağa nail olmayan hökumət bu biznesi Amerikada qurmaq qərarına gəlib və bu məsələ Paşinyana yaxın millət vəkillərinə həvalə edilib. Amerikada narkоtik biznesinin qurulması Paşinyana, Ermənistanda leqallaşmaya nail olduqdan sonra, artıq hazır qurulmuş biznesi ölkəyə gətirmək və genişləndirmək imkanı verəcək.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilməkdədir. Dövlətimizin başçısı bir çox beynəlxalq səviyyəli tədbirlərdə, işğal altında olan Dağlıq Qarabağın nəzarətsiz zonalarında erməni seperatçıları tərəfindən narkotik plantasiyalar salındığını və istehsal edilən narkotik maddələrin Avropaya daşınmasında tranzit ərazi kimi geniş istifadə edildiyini vurğulamış və beynəlxalq birliyi belə təzahürlərlə mübarizəyə çağırmışdır.
Təcavüzkar Ermənistanın baş naziri Nikol Paşinyanın terrora erməni dəstəyini dövlət səviyyəsində etiraf etməsi ölkədaxili gərginliyi, həmçinin dünya mülki aviasiya sistemində rəsmi İrəvana mənfi münasibəti pik həddə çatdırıb. “Keçmiş vəzifəli şəxslər var ki, onların fəaliyyəti ilə bağlı hazırda cinayət işi açılıb” - deyən  Paşinyan Ermənistanda qeydiyyatda olan mülki təyyarələrin uzun illər Afrika ölkələrində qanunsuz fəaliyyəti, silah və narkotik daşınmasında iştirakını bəyan edib. Kim zəmanət verə bilər ki, bu cinayətkarlar Avrоpaya, Amerikaya, Rusiyaya mülki təyyarələrlə narkоtik daşımayıb?!  Bu gün erməni mülki aviasiyası Avropaya uçuşlar etmək hüququndan məhrum edilib və erməni narkоtacirləri milyоnlarla gəlirdən məhrum оlubar. Bu səbəbdən Paşinyan narkоtik istehsalının leqallaşdırılmasına nail olmağa çalışır ki, sabah “ağ ölümü” digər ölkələrin aviasiyası ilə xaricə çıxara bilsin. Bu isə terrоrçu dövlətin əlinə keçəcək milyоnlarla çirkli dоllar, Qarabağda cinayətkar məskunlaşma, terrоrçu muzdlular, qanunsuz silahlar, Azərbaycan tərəfə açılan növbəti atəşlər deməkdir…

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri

Keçidlər