Azərbaycan Respublikası Prezidenti İlham Əliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
21 sentyabr 2020 | 11:00
Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakından sonra bir neçə yerli televiziya kanalına geniş müsahibə verib. Cənab İlham Əliyevin yerli mediaya verdiyi müsahibə bir neçə səciyyəvi xüsusiyyəti ilə tarixi müsahibə hesab edilə bilər. Müsahibə zamanı ölkə başçısının bütün sahələr üzrə dərin ensiklopedik bilgilərə malik olması faktı bir daha öz təsdiqini tapdı. Vurğulayaq ki, ölkə başçısı tərəfindən səsləndirilən hər fikir gələcək nəsillər üçün strateji proqram mahiyyəti daşıyır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçib. Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində bu məsələlərə toxunub. O çıxışında qeyd edib ki, “Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı”.
Azərbaycan xalqının cəlladı Mixail Qorbaçov və onun ermənilərdən ibarət yaxın ətrafının ölkəmizə qarşı daim kin-nifrətlə yaşadığı açıq faktdır. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olmuş Abel Aqambekyanın mənfur təklifi yəqin ki, yaddaşlardadır. 1987-ci ildə o, Parisdə olarkən Fransa qəzetinə müsahibəsində özünə arxayıncasına Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə Moskvaya, Qorbaçova təklif verdiyini bildirmiş, bu təklifin həyata keçəcəyinə böyük inamını ifadə eləmişdi. Bu da təsadüfi deyildi. Çünki SSRİ-nin o vaxtkı rəhbərinin yaxın ətrafında gerçəkdən də çox sayda erməni var idi. O da təsadüfi deyildi ki, Dağlıq Qarabağda Xüsusi İdarəçilik Komitəsinin yaradılması və komitəyə Mixail Qorbaçovun köməkçisi, erməni yanlısı Arkadi Volskinin təyin edilməsi məhz Qarabağın Azərbaycandan qoparılma planının tərkib hissəsi idi. Yaxın tarixdən məlumdur ki, Volskinin vaxtında azərbaycanlılar Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılıb. Beləcə, ilk dəfə olaraq Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti aparılıb, azərbaycanlılar Xankəndidən qovulublar. Arkadi Volskinin erməni separatizminə bu xidməti isə cavabsız qalmayıb. Erməni lobbisi onu Qarabağdakı anti-Azərbaycan fəaliyyətinə görə yaxşıca “mükafatlandırıb”. A.Voslkinun sonradan Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etməsi də bu xüsusda təsadüfi deyildi. “O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna, sadəcə olaraq, tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər. Sovet İttifaqının 366-cı alayı azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır” İlham Əliyev müsahibədə qeyd edib.
Dövlət başçısı Ermənistan dövlətinin indiki vəziyyətinə də toxunub. O qeyd edib ki, Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir. Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq , danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməmişdir.
Daha sonra iyul hadisələri haqqında danışan ölkə başçısı bununla bağlı da olduqca vacib fikirlər səsləndirdi. Ölkə başçısı bildirdi ki, Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Amma reallıq göz qabağındadır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Prezident İlham Əliyev bir faktı da xatırlatdı ki, əgər bu qələbədirsə, Yəni Ermənistan Azərbaycan üzərində hansısa uğurlu nəticə əldə edibsə onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?
Sitat: “Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır”.
Daha sonra ölkə başçımız Ermənistanın müstəqil ölkə olmadığını və kənardan idarə edildiyini vurğuladı. Ölkə başçısı bildirdi ki, müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir? Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb. Sitat: "Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur?” . Xatırladaq ki, eyni təşkilatlar Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də elə bundan ibarətdir: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan. Belə olan halda həmin təşkilatlara da ölkəmizdə heç bir inamın və etimadın olmaması tam normal haldır.
Çıxışının davamında Paşinyanın son dövrlərdəki təxribatlarına da toxunan Prezident İlham Əliyev bunun danışıqları mənasız etdiyini vurğuladı və bildirdi ki, Ermənistanla faktiki olaraq danışıqlar getmir.
Ölkə başçısının çıxışından önə çıxan məqamları aşağıdakı kimi komplektləşdirmək olar. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər. Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir. Düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi açıq təxribatdır. İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. İyul təxribatından sonra avqust tayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.
Daha sonra ölkə başçısı həmişə ən düzgün siyasət hesab etdiyi xalqla açıq danışmaq ənənəsinə sadiq qalaraq, mövcud vəziyyəti ən açıq şəkildə şərh etdi. Ölkə başçıs bildirdi: "Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaq. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.......... Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”.
Daha sonra Ermənistanın baş nazirinin 7 şərtlə çıxış etməsini xatırladan dövlət başçımız olduqca sərt şəkildə buna etirazını bildirdi və qeyd etdi ki, əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. “Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.
Azərbaycan Prezidenti gündəmdə olan daha bir məsələyə də aydınlıq gətirdi. Belə ki, ölkə başçısı Tovuz hadisələri zamanı Rusiya və Serbiyadan Ermənistana silah daşınması məsələsini açıq şəkildə şərh etdi. Hər iki ölkənin prezidentləri ilə telefon söhbəti olduğunu xatırladan ölkə başçısı, yüklərin daşınmasının intensiv xarakter almasının, eyni zamanda, toqquşmaların dayandırılmasından dərhal sonra baş verməsinin və iyul ayından sentyabr ayına qədər davam etməsinin Azərbaycan cəmiyyətində bir çox suallar doğurduğunu bildirdi. Burada Gürcüstanın mövqeyini də şərh edən ölkə başçısı bildirdi: “Mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük”.
Daha bir vacib mövzuya da toxunan Prezident, bildirdi ki, Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Ölkə başçısı vurğuladı ki, onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub.
Ermənistanın müsəlman ölkələrində diplomatik fəallığı haqqında danışan Cənab İlham Əliyev bununla bağlı narahatlığını da dilə gətirdi. Məlumdur ki, Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir.
Ölkə başçısının çıxışından önə çıxan məqamlar aşağıdakı kimidir.
Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib. Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin.
Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. Ermənistan uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər?
Müsəlman ölkələri içində Türkiyənin daim Azərbaycana açıq dəstək verdiyini bildirən ölkə başçısı bunun Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü olduğunu bildirdi. Ölkə başçısı vurğuladı ki, Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.
Daha sonra son illər Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artdığını bildirən dövlət başçımız bu təlimlərin həm Azərbaycan, həm də Türkiyəyə, həm də regional sabitliyə lazım olduğunu qeyd etmişdir. Naxçıvanda keçirilən təlimlərdən də danışan cənab İlham Əliyev bu təlimlərin, Tovuz hadisələrinə təsadüf etdiyini xatırlatmış və əlavə etmişdir ki, bunun təsadüfi olduğundan ya da olmadığından Ermənistanın özünün baş çıxarmalı olduğunu demişdir. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər.
Ölkə başçısı əminlikə vurğulamışdır ki, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək.
Sonda İlham Əliyev qeyd edib ki, "Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik...... Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü
Məmləkət Qaraçobanova