Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsrin müqaviləsi” - Azərbaycanın strateji inkişaf xəttidir “

22 sentyabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə vermişdir. Cənab Prezidentin müstəsna əhəmiyyətə malik həmin müsahibəsində ölkənin və bölgənin geosiyasi mövqeyi, diplomatiya, demoqrafik reallıqlar, iqtisadiyyat, ekologiya, sosial rifah haqqında çağdaş və tarixi aspektdən olduqca aydın və geniş vizion sahibi olması xüsusi vurğulanmış və həmin müsahibə yeni nəsillər üçün strateji proqram mahiyyəti daşıyır. Hər birimizin stolüstü proqram sənədi səviyyəsinə yüksəlmiş həmin müsahibə böyükk ictimai rezonans doğurmuşdur.
“Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır. Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır, ona görə də bu sahədə də yüksək peşəkarlıq və uzaqgörənlik nümayiş etdirə bilir. “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir. İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, “Total” şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanmışdır”.
Fəxrlə deyə bilərik ki, “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Artan daxili tələbatı ödəmək məqsədilə Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.
“Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. “Əsrin kontraktı”nın imzalandığı 1994-cü ildən 26 il keçib və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır. Bu da Ulu Öndər Heydər Əliyevin memarı olduğu “Əsrin müqaviləsi”nin imzalanmasının uzaqgörənıliyini sübut edir. Məhz bu kontrakt dövlətçiliyimizin və müstəqilliyimizin inkişafının əsas amili olmuşdur.  Müstəqillik dövrünə qədər çıxarılan neft isə Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Biz o vaxt müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Azərbaycan neft maqnatlarının, xüsusilə H. Z. Tağıyevin, M. Muxtarov, Ş. Əsədullayev, A.M.Nağıyev və başqaları əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf etmişlər. Tağıyevin azərbaycanlıların təhsil almasında, qızlar məktəbinin açılmasında,Bakının abadlaşdırılmasında, Şollar su xəttinin çəkilməsində, mədəniyyyətin inkişafında misilsiz  rolu  olmuşdur. Tağıyev bir sıra tarixi şəxsiyyətlərlə yanaşı görkəmli dövlət xadimi Əziz Əliyevin Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına kömək etmişdir.
İkinci Dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edərkən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını almışdır. İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. O vaxtlar SSRİ neft sənayesi naziri olmuş N.K Baybakov Neft Daçlarının 50 illik yubileyində qeyd etmişdir ki “Baş qərargahın cəbhənin yanacaqla təminatına məsul üzvü kimi tam qətiyyətlə deyirəm ki, Bakı nefti olmasaydı, SSRİ-nin Böyük Vətən müharibəsindəmqələbəsi mmükün deyildi”. Müharibə dövrünün statistikası da bu fikri sübut edir. Bunun müqabilində Sovet İttifaqı Azərbaycana dağılmış iqtisadiyyat, dağılmış neft infrastrukturu miras qoyub.
Prezidentin qeyd etdiyi kimi, Sovet vaxtında Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bir çox rayonlarında qaz xətləri yox idi. Azərbaycanın bugünkü qazlaşdırılma səviyyəsi, ucqar yaşayış məntəqələrinə belə qaz xətlərinin çəkilməsi məhz müstəqil dövlət olmağımızın, neft və qazımnızın özümüzə məxsus olmasının nəticəsidir. II dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində azərbaycanlıların və Azərbaycanın rolu lazıminca qiymətləndirilməyib. Müstəqilliyin üstünlükləri göz önündədir. Bu gün Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycan bu gün infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdədir. Ölkə başsını bir mühüm amili də xatırladı ki, neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur.
Prezident çox gözəl müqayisə apararaq vacib faktları xatırlatdı. Sovet vaxtı Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Ekoloji fəlakət zonası olan Balaxanı gözəl bir qəsəbəyə çevrilib. Qara şəhər artıq yoxdur, onun yerində Ağ şəhər var. Sumqayıt bu gün ən təmiz şəhərlərdən biridir.
Prezidentimizin bu cəsarətli və səmimi çıxışını dinlədikdən sonra bir daha müstəqilliyimiz kimi tarixi nailiyyətyimizlə fəxr etdik, onun bariz nümunələrini bir daha dərk etdik və dövlətimizin, xalqımızın gələcəyinə inamımıəz daha da artdı. Xalqımızda bir daha möhkəm əınimlik yarandı ki, belə qüdrətli dövlətimizin güclü ordusu yaxın vaxtlarda Dağlıq Qarabağda Azərbaycanımızın halal haqqını bərpa edəcəkdir.

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər