Erməni təxribatları onun acizliyinin əyani sübutudur
24 sentyabr 2020 | 11:00
Son əsrlər erməni separatçılarının qondarma “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi yolunda atdıqları addımlar terror və soyqırım aktları ilə müşayiət olunub. 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri və faşistləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək onlarla yaşayış məntəqəsini viran qoymuş, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar.
1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını, Qubanı, Şamaxını və digər əzəli türk torpaqlarını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırım zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər, vəhşiliklər törədilmişdir. Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-1952-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişlər. 1992-1993-cü illərdə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində qanlı soyqırım faciələri törədilmişdir. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanın o zamankı rəhbərliyi xalqa xəyanət etmişdir. Tutduğu vəzifənin öhdəsindən gələ bilməyən insanların vəzifədə olması heç bir zaman ölkəyə, xalqa xeyir gətirə bilməz. O zaman Azərbaycan hakimiyyətində kreslo davası gedir, xalqı, vətəni düşünməyən insanlar respublikanı idarə edirdilər. Nəticə isə göz qabağındadır, torpaqların işğalı, minlərlə insanın köçkün halı və yaxud da şəhid məzarları…
Sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən ölkə başçısı yerli mətbuat orqanlarına olduqca geniş və belə demək mümkündür ki, gələcək nəsillər üçün proqram xarakteri daşıyacaq müsahibə vermişdir. Ölkə başçısı müsahibəsində qeyd etmişdir ki, Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Paşinyan rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.
İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Nəzərə alsaq ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra ümidverici bəyanatlar verməyə başladı və bildirdi ki, bu məsələni həll etmək istəyir. Xatırladaq ki, o əvvəlki hakimiyyəti tənqid edirdi və bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş etmişdir. Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməmişdir.
Tovuz hadisələri haqqında da danışan cənab İlham Əliyev bildirdi ki, indi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Prezident daha sonra sualla müraciət edir, əgər bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? Və davam edir: Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər. Bu qədər deyə bilərəm. Bundan artıq deyə bilmərəm. Ona görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır.
Daha sonra Ermənistanın hazırkı vəziyyəti ilə bağlı danışan dövlət başçımız Ermənistanın bugünkü gündə törətdiyi təxribatlarla bağlı geniş məlumat verdi.
İlk olaraq, cənab Prezident Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozduğunu bildirdi. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.
İkinci təxribat. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.
Üçüncü təxribat. Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər.
Və sonra daha bir neçə təxtibat- Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin, düşmən tərəfinin hansısa komediya tipli təlimlərinin keçirilməsi, iyul hadisələri, avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilməsi - bütün bunlar Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribatlardır. Bunları etməkdə əsas məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır deyə ölkə başçısı qeyd etdi.
Cənab Prezident təxribatlarala bağlı mövqeyini açıq bəyan edərək belə halda danışıqlar haqda danışmağın məsuliyyətsizlik olduğunu vurğuladı:- “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə iyrənc siyasətinə qoşulmaq istəmir. Bizim bir şərtimiz var, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapdığı kimi onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.
Azərbaycanın güclü strateji vəziyyətindən narahat olan Ermənistan bu gün döyüş qabiliyyətini gücləndirmək üçün müxtəlif dövlətlərdən silah alır. Prezident Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsinə və Gürcüstanın bu prossesdəki prinsipial mövqeyinə də toxunaraq bu mövzularla bağlı fikirlərini də bölüşdü: “Serbiya və Rusiya prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim.... Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Ermənistan isə BMT və digər beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə səs verib”.
Ölkə başçısının toxunduğu daha bir məsələ Ermənistanın müsəlman ölkələri ilə diplomatik əlaqələr yaratmağa çalışması ilə bağlı oldu.
Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətli çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Ermənistanda isə islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. İşğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədilib. Dini tarixi abidələr dağıdılıb, müsəlmanların müqəddəs yerləri təhqir edilib. Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirməlidir.
Azərbaycan-Türkiyə münasibətlərindən də bəhs edən cənab Prezident qeyd edir ki: “Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəkdir”.
Görüşdə Cənab Prezident İlham Əliyev bir daha qətiyyətlə bildirdi ki: “Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Rüfət Əhmədov
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri