Bu gün Azərbaycan nefti Azərbaycan xalqının maraqlarına xidmət edir
24 sentyabr 2020 | 11:00
Azərbaycan dünyanın zəngin təbii sərvətlərə malik olan ölkələrindən biridir. Ancaq etiraf etmək lazımdır ki, xalqımız bu sərvətlərdən yalnız XX əsrin sonralarında – müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı əldə edib. Bu imkanı reallığa çevirən isə Ulu Öndər Heydər Əliyevin dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında ulu öndərin ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi. Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır. 19 Sentyabr 2020-ci il tarixdə “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən ölkə başçımız daha sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibədə bunu xatırlatmış və bundan çox şad olduğunu bildirmişdir: “Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir”.
Qeyd edək ki, “Azəri”, “Çıraq” və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalanmasından sonra Azərbaycan ard-arda mühüm layihələrə imza atdı.
1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəmərinin çəkilib istifadəyə verilməsi, 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tankerin dünya bazarlarına çıxarılması, 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri - Bakı-Tbilisi-Ceyhanın təməlinin qoyulması, 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılması və neft və qaz boru layihələrinin istifadəsiylə Azərbaycan dünyanın əhəmiyyətli neft və qaz ixracatçısı olan ölkəyə çevrildi. Bu il isə “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atan Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır.
“Abşeron” yatağında qaz hasilatına başlanılması bizim üçün həqiqətən də olduqca vacib və xüsusi hadisədir. Çünki bu yatağın həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular Azərbaycanda istehsal olunub. Beləliklə, bu sübut edir ki, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında, karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir.
Məlumat üçün bildirək ki, Abşeron” yatağı müstəqillik illərində “Şahdəniz” layihəsindən sonra ikinci ən böyük qaz yatağıdır. Eyni zamanda həmin yataqda çox böyük miqdarda kondensant hasil olunacaq. Hasil olunan qaz ilk növbədə artan daxili tələbatı ödəməyə, daha sonra isə xarici bazara yönəldiləcək. Bu da Azərbaycanın dayanıqlı qaz hasilatçısı kimi mövqeyini dünya bazarında daha da möhkəmləndirəcək.
Eyni zamanda, neft hasilatımızın sabit qalması üçün də bu yatağın böyük önəmi vardır. Belə ki, 100 milyon ton kondensat - Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq. Beləliklə, “Azəri-Çıraq-Günəşli”də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü “Abşeron” yatağı bir qədər kompensasiya edəcək.
Prezident İlham Əliyev yerli mətbuata müsahibəsində neftçi peşəsi haqqında da danışmışdır. Ölkə başçısı neftçilərin əməyinin əsl qəhrəmanlıq olduğunu vurğulayaraq neftçi peşəsinin həm hörmətli, həm də riskli peşə olduğunu bildirmişdir. “Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır”. Bununla yanaşı ölkə başçısı qeyd etmişdir ki, Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır.
Vurğulamaq istərdim ki, XX əsrin əvvəllərindən etibarən neft sənayesində bir sıra ilklərə və mühüm layihələrə imza atan Azərbaycanın qəhrəman neftçilərinin əməyi, keçdiyi nümunəvi həyat yolu yeni nəsillərə təbliğ olunmalıdır. Azərbaycan neftçiləri öz layiqli qiymətlərini müstəqillik qazandıqdan sonra almağa başlamışdır. Heç kimə sirr deyil ki, sovet dönəmində öz kənd rayonlarında qaz xətti olmayan Azərbaycan qazı digər respublikalara ixrac olunurdu. Həmçinin II dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində azərbaycanlıların və Azərbaycan neftinin rolu lazımınca qiymətləndirilməyib.
Çıxışında daha bir vacib məsələyə də toxunan ölkə başçısı müstəqilliyin əhəmiyyəti haqqında fikirlər səsləndirmişdir. Müstəqillik əldə olunana qədər Azərbaycan neftinin istismar olunduğunu və xalqa xidmət etmədiyini bildirən dövlət başçımız yalnız bu gün-müstəqilılik əldə olunandan sonra Azərbaycan neftinin tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət etdiyini bildirdi. “Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir”. Çıxışının davamında ölkə başçısı bildirdi ki, müstəqilliyin üstünlüyü ondadır ki, biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.
Dövlət başçısının çıxışından daha bir vacib nüans-“Mən Prezident seçiləndən sonra demişdim, ilk bəyanatlardan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik”.
Bugünkü Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi neft amilini insan amilinə çevirməklə Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılmasını sürətləndirmək dövlət siyasətinin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Bu gün neftdən gələn gəlirlər hesabına qeyri-neft sektorunun inkişafına, ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevrilməsinə vəsaitlər xərclənir. Ölkə başçısının apardığı düzgün siyasət nəticəsində bu işlər bundan sonra da davam etdiriləcək və xalqa məxsus olan neftdən gələn gəlirlər Azərbaycan vətəndaşının xoşbəxt rifahına xidmət göstərəcəkdir.

Loğman Müslümov