Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Azərbaycan ərazisidir - bütün dünya bunu bilməlidir!

25 sentyabr 2020 | 11:00
Tarix boyu Azərbaycan torpaqlarında məskunlaşan ermənilər, sonradan Rusiyanın hərbi və siyasi dəstəyi ilə bizim ərazilərimiz hesabına öz dövlətlərini yaradaraq bizə qarşı düşmənçilik siyasətlərini planlı və genişmiqyaslı  şəkildə həyata keçirmişdilər. Bu mənfur haylar dənizdən dənizə “Böyük Ermənistan” xülyası ilə zaman-zaman azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti həyata keçirmişdilər. Bu məkrli siyasətin davamı olaraq 1992- ci ildən sonra açıq açığına Azərbaycan torpaqlarını işğal etməkdən beə çəkinməmiş, əksinə həyasızcasına Qarabağ iddialarını irəli sürərək guya Qarabağın yəni qədim Arsaxın ermənilərə məxsus bir ərazi olduğunu vurğulayırlar. Lakin tarixçilər yaxşı bilirlər ki Arsax coğrafi bir anlayış olmuş və o zamanlar heç bu ərazilərdə erməni-hay deyilən bir qövm olmamışdır. Azərbaycan Respublikasının Prezidenti və diplomatiyası bütün yüksək tirbunalardan bu nəzəriyyənin yanlış olduğunu və bunun bir erməni yalanı, uydurması olduğunu dünyaya bəyan etmişdir. Lakin müsair dövrümüzdə dünyada baş verən çox gərgin və mürəkkəb ictimai-siyasi proseslər onu göstərir ki, beynəlxalq aləm ikili standartlarla idarə olunur. Bir çox nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr elə kağız üzərəndə də qalır.
       24 Sentyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasının videoformatda ümumi debatları keçirilmişdir. Debatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək  ilk öncə BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri cənab Volkan Bozkırı bu vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş və Qardaş Türkiyənin nümayəndəsinin belə mötəbər vəzifəyə seçilməsindən məmnunluq duyduğunu qeyd edərək onun bu məsuliyyətli və şərəfli işində Azərbaycanın onu dəstəkləməkdən ötrü bütün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Ölkə başçısı bildirmişdir ki, “Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir” deyərək çıxışına başlayan cənab Prezident bu konfransada Azərbaycanın Dağlıq Qarabağ problemi ilə haqlı narazılıqlarını dünya ölkələriinin liderlərinə bir daha çatdırmış oldu. Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğunu, Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etməsini, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməsini və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini söyləmişdir. 1988-ci ildən Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti vüsət almış, zaman-zaman yerli azərbaycanlıların öz ata-baba yurdlarından departasiya edilmiş, 1992-ci ildə dünyada tayi-bərabəri olmuyan Xocalı soyqırımını törətmiş, nəticədə Xocalıda 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilmişdir. Ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır, lakin dünyada baş verən ikili standartlar bu sanksiyaların həyata keçirilməsinə mane olur. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz. Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.
      Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir. 2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirmişdir. Həmin hücum nəticəsində biri uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilmiş, 26 mülki vətəndaş isə yaralanmışdır. Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirmiş və işğal olunmuş torpaqların bir hissəsini azad etmişdir. 2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyevə və onun nənəsi qətlə yetirilmişdir. 2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz, o cümlədən ordumuzun generalı və polkovniki və 76 yaşlı mülki vətəndaşımız həlak olmuş, mülki infrastruktura isə ciddi zərər dəymişdir.Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Bununla yanaşı, onlar Ermənistanda artmaqda olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışdılar. Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu. Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etmişdir.    
       Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir.  Ermənistan rəhbərliynin sülh danışıqlarına mane olması və təxribatlara əl atması bölgədə sülhün, sabitliyin və geosiyasi vəziyyətin pozulmasına gətirib çıxarmışdır. Azərbaycan dövləti münaqişə zonasında yarana biləcək hər hansı müharibə üçün məsulliyyət daşımır və bu bütün ciddiyəti ilə birbaşa Ermənistanın və onun rəhbərliyinin üzrənə düşür.
      Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmışdır. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir.  İşğalçı dövlətə Rusiya və Serbiya silah satışında ən böyük dəstəyi verirlər. Ermənistan Paşinyan rejimi birbaşa xarici təşkilatların xüsusilə Sorosun ayırdığı maliyyə yardımı ilə Azərbaycana qarşı cinayətkar əmələrini reallaşdırırlar.
        Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!” – həqiqətini bütün dünyaya bəyan edən cənab Prezident ölkəmizin haqq səsini və prinsipal mövqeyini qətiyyətli şəkildə konfrans iştirakçılarına çatdırmışdır.


Anar Babayev
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər