Pirallahıda tənha yaşayan insanlara və aztəminatlı ailələrə ərzaq bağlamaları paylanıldı
25 sentyabr 2020 | 11:00
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyaları davam etdirilir.
Sentyabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən V.Mustafazadə adına Mədəniyyət Mərkəzində 30-dən artıq aztəminatlı ailəyə köməklik məqsədilə ərzaq yardımı göstərib. Paylanılan ərzaq yardımlarında şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət ayrılmışdır. Aksiya iştirakçıları, həmçinin vətəndaşlara koronavirus infeksiyası ilə mübarizədə ölkəmizdə, o cümlədən Pirallahı rayonunda həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verərək, dövlətin koronavirus pandemiyası ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmağa çağırıblar.
Ərzaq yardımı alan vətəndaşlar karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.