Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir

10 dekabr 2013 | 11:00
  2013-cü ilin son 7 ayı ərzində Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün ərazisində mütəmadi olaraq genişmiqyaslı  abadlıq  və yaşıllaşdırma işləri həyata keçirilib və bu işlər hazırda davam etdirilməkdədir. Görülən işlərin davamı olaraq  Pirallahı qəsəbəsində dekabrın 7-i və 8-də növbəti ağacəkmə kampaniyası reallaşdı. Pirallahı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatının birgə təşəbbüsü və rayonda fəaliyyət göstərən idarə, müssisə, təşkilatların nümayəndələrinin, partiya fəallarının iştirakı ilə Qəsəbənin giriş hissəsində, eləcə də  Səməd Vurğun küçəsi boyunca 500 ədəd sərv və xan çinar ağacları əkildi. Ağacların suvarılması üçün əraziyə xüsusi su maşınları cəlb olunmuşdu. Aksiya zamanı xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidildi və suvarıldı. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıdı.
 Ötən həftə sonu rayonun müxtəlif yerlərində keçirilmiş iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilmiş, abadlıq və təmizlik işləri görülmüşdür.
Keçidlər