Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyada ciddi narahatlıqlar doğuran yeni çağırışların meydana gəlməsi universal xarakter daşıyan yeganə təşkilatın islahatlara getməsinə ehtiyac yaradır.

26 sentyabr 2020 | 11:00
Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində daim aktiv fəaliyyət göstərib və fəal təşəbbüslər irəli sürüb. Hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmamam Hərəkatına sədirlik edir. İkinci dünya müharibəsinin son ilində yaranan və bu günə qədər beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rolunu saxlayan BMT bəzi məhdudiyyətlərə baxmayaraq hazırda qlobal çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. Azərbaycan da sözügedən qurumu öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əlverişli platforma hesab edir. Ölkəmiz 2012-2013-cü illərdə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilib. 22 sentyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasında Azərbaycan Prezidenti həm Qoşulmama hərəkatının sədri həm də Azərbaycanın dövlət başçısı adından çıxış etdi. Bu sessiya həm də BMT-nin 75 illiyə həsr olunmuş xüsusi bir sessiya idi. Azərbaycan Prezidenti İlham Əliyevin BMT kimi nüfuzlu bir qrumun tribunasından çıxış edərək, dünyanı narahat edən eyni zamanda region üçün təhdid yaradan problemlərlə bağlı öz fikir və tövsiyyələrini çatdırıb. Bu çıxış özü-özlüyündə ölkə başçısının dünyadakı nifuzunun göstəricisidir. Xatırlatmaq istərdimki, Prezident İlham Əliyev BMT-nin yüksək səviyyəli iclasında 182 ölkə arasında sayca altıncı çıxış etməsi xüsusi münasibətin və etimadın nəticəsidir. Bu həmçinin təmsil olunan təşkilatın və ölkənin aktiv mövqeyindən irəli gəlir. Bu dəfə də diqqət dünyanı narahat edən qlobal problemlərə yanaşı eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə yönəldildi.
75-ci sessiyanın gündəmində sülh və təhlükəsizlik, iqtisadi, sosial və s. kimi bir sıra ənənəvi məsələlər vardı. Amma Qoşulmama Hərəkatının sədri kimi ölkə başçısı çıxışında bir neçə məsələyə xüsusi diqqət yönəldərək bu gün dünyada ciddi narahatlıq doğuran yeni çağırışların meydana gəldiyini bəyan etdi. Belə ki, insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm qlobal miqyasda milyonlarla insana mənfi təsir etməkdə davam edir. Ona görə də BMT-də islahataların aparılmasına ehtiyac var. İlk növbədə Təhlükəsizlik Şurasının islahatalarına diqqət yönədilib. Bu məsələ artıq 90-cı illərin ortalarından gündəmdə olsa, müzkirələr aparılsa da təəssüflər olsunki, heç bir nəticə əldə edilməyib. Təhlükəsizlik Şurasının 5 daimi üzvünün olması və onların heç bir islahatlar aparmaq istəməmələri hamıya məlumdur. Bu onu deməyə əsas veririki, onlar eksklüziv vəziyyəti saxlamaq istəyirlər. Buna qarşı isə ilk növbədə Qoşulmamam Hərəkatı çıxış edib. Cənab prezident məhz Qoşulmama Hərəkatının bütövlükdə olan mövqeyini səsləndirib.   
        “Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir” deyərək çıxışına başlayan cənab Prezident bu konfransada Azərbaycanın Dağlıq Qarabağ problemi ilə haqlı narazılıqlarını dünya ölkələriinin liderlərinə bir daha çatdırmış oldu. Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğunu, Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etməsini, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməsini və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini söyləmişdir. 1988-ci ildən Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti vüsət almış, zaman-zaman yerli azərbaycanlıların öz ata-baba yurdlarından departasiya edilmiş, 1992-ci ildə dünyada tayi-bərabəri olmuyan Xocalı soyqırımını törətmiş, nəticədə Xocalıda 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilmişdir. Ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır, lakin dünyada baş verən ikili standartlar bu sanksiyaların həyata keçirilməsinə mane olur. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz. Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.
     Cənab prezident çıxışı zamanı sırf BMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində çağırış səsləndirərək bildirmişdirki, “Yaranmasının 75-ci ildönümündə Azərbaycan BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”. BMT-də islahatların aparılması, şəffaflaşdırma son dərəcə vacibdir. BMT-nin yarandığı dövür bu günki dövürlə tamam fərqli bir zaman kəsiyini əhatə edir. Sözügedən təşkilat yarandığı dövrün həm geosiyasi həm də qlobal çağırışlarına cavab verən bir universal təşkilatdır. Təbiiki, bu günki dövrün qarşısında duran çağırışlar dəyişib, yeni dövrün çağırışlarına cavab verən, təhdidlər yaradan eyni zamanda qlobal inkişafa tövhə verən dövlətlər meydana gəlib və yaxud tam tərsinə digərləri ortadan qalxaraq onların hansısa varisləri bu missiyanı həyata keçirirlər. Belə bir vəziyyətdə mütləq şəkildə universal xarakter daşıyan bir təşkilatın hansısa formada islahatlara getməsi labüddür. Bu zamanın tələbidir. BMT bu gün öz strukturları çərçivəsində hər hansı bir islahatlara getməmək kimi qəti bir fikri formalaşarsa bu ümumi universal dəyərlərə mütləq qaydada zərər vermə və ya qlobal inkişafa maraq göstərməmək kimi də səciyyələndirilə bilər.
     BMT strukturlarının islahatlarını qanunauyğunluq halına gətirən digər məsələ, birtərəfli siyasət və bəzi hallarda birtərəflilik mövqeyidir. Bəzi hallarda Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələri 30 ilə yaxındır icra olunmursa, bəzi hallarda bir gecədə sözügedən şura toplanır, qərar qəbul edir və dərhal icra edirlər. Yəni BMT islahatı məhz qərar qəbul etmə mexanizmində və qəbul etdiyi qərarların icrasından başlanmalıdır. Çünki istənilən təşkilata hörmət, ona münasibət, onun qərarlarının universal şəkildə qəbul olunması, onun icraatından keçir və təəssüf olsunki, birtərəflilik və bunun gətirdiyi fəsadlardan ən çox əziyyət çəkən ölkələrdən biri də doğma Azərbaycandır. Məhz son vaxtlar Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşması ilə bağlı BMT-ni səfərbər etmək və Ermənistanı bu davranışlarından çəkindirilməsi ilə bağlı prezidentimiz İlham Əliyev çağırış etdi. Ölkə başçısı BMT tribunasından növbəti dəfə Ermənistanın pozucu fəaliyyəti ilə bağlı davranışlarını əks etdirən nitqində bildirmişdir ki, “Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olunması üçün yeganə şərtimiz var: ermənistan silahlı qüvvələri Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.” Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan bu gün yeni iddialarla çıxış edir və yeni torpaqlar ələ keçirmək niyyətində olduğunu bildirir. Halbuki məhz təcavüzkarın ifasında ötən illər ərzində işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı etnik təmizləmə aparılıb, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Xocalı soyqırımı törədilib, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilib, tarixi və dini abidələr məhv edilib. Hazırda BMT Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində aktiv rol oynamır. Bundan istifadə edən Ermənistan isə Təhlükəzislik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin şərtlərini yerinə yetirməkdən hələ də boyun qaçırır. BMT bu günün regionda ən qaynar nöqtəsi olan Dağlıq Qarabağ konfiliktinin  həlli istiqamətində həyata keçirdiyi bütün tədbirlərdə öz təsir gücünü daha da artırmalıdır. Yoxsa regionda Ermənistan yeni bir müharibənin başlamasına fəal şəkildə təkan verir.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü

Keçidlər