Pirallahı rayonunda sakinlərin suya olan tələbatı yaxşılaşdırılır
11 dekabr 2013 | 11:00
Bu gün Bakı ilə yanaşı onun ətraf qəsəbələrinin infrastukturu tamamilə yenilənir, mövcud problemlər və çatışmamazlıqlar tədricən aradan qaldırılır. Deyilənlərə misal olaraq yeni yaradılmış Pirallahı rayonunda görülən işləri göstərmək olar. Belə ki, rayonun Pirallahı qəsəbəsinin bütün əsas və məhəllədaxili su və kanalizasiya xətləri tamamilə dəyişdirilir, ayrı-ayrı məhəllələrə yeni istilik xətləri çəkilir, yeraltı qaz xəttləri ləğv olunaraq, yerüstü təzə qaz xətləri çəkilir, köhnə işıq dirəkləri və kabellər tamamilə yenisi ilə əvəzlənir.
Son 7 ay ərzində Pirallahı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər xeyli sürətləndirilmişdir. Bu sahədə idarəetmə sisteminin yaxşılaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə “Azərsu” ASC-nin Pirallahı rayon Sukanal Departamenti tərəfindən qəsəbəyə gələn əsas magistral xəttə kənar müdaxilələr ləğv olunaraq, verilən suyun təzyiqi artırılmışdır. Qeyd edək ki, Pirallahı sakinləri 30 ilə yaxındır içməli suyu maşınlarla alır. Özəl nəqliyyat vasitələri ilə qəsəbəyə daşınan içməli su əhaliyə pul ilə satılırdı. Lakin Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Pirallahı qəsəbəsində içməli su təchizatı tam mərkəzləşdirilmiş qaydada təmin edilənə qədər “Azərsu” ASC-nin su maşınları ilə qəsəbə sakinlərinə, həmçinin təhsil və səhiyyə müəssisələrinə pulsuz su çatdırılır.
Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılmışdır. Qəsəbəyə Zirə yaxınlığında qazılmış artezian quyulardan məişətdə istifadə etmək üçün texniki su verilir. Əvvəllər abonentlər həftədə cəmi 1 gün qrafik əsasında su ala bilirdisə, görülmüş işlər nəticəsində (qeyri-qanuni qoşulmaların aradan qaldırılması, su itkilərinin qarşısının alınması, verilən suyun həcminin artırılması hesabına) hazırda gündəlik rejimə keçilmiş, sakinlər səhər və axşam qrafiklə su alır.
Qəsəbənin içməli su probleminin tamamilə həll edilməsi isə yeni infrastrukturun yaradılmasından sonra mümkün olacaqdır. Hazırda qəsəbə ərazisində inşası nəzərdə tutulan 72 km-lik su, 60 km-lik kanalizasiya və 4-lik km yağış suları xətlərinin tikintisi davam etdirilir. Tikinti işlərinin başlanmasından indiyədək su xətlərinin 60 faizi, kanalizasiya xətlərinin 20, yağış sularının axıdılması xətlərinin isə 10 faizində işlər yekunlaşmışdır. Eyni zamanda qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulur. Bu məqsədlə zirzəmilərdəki paylayıcı xətlər tam yenilənmiş və dik dayaqlar pilləkən qəfəslərinə çıxarılmışdır. Hər bir abunəçinin samrt-kart tipli sayğacla təmin olunması nəzərdə tutulur.
Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin inşası və qəsəbədaxili şəbəkənin tikintisi başa çatandan sonra Pirallahı sakinləri 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Ümumilikdə Pirallahı qəsəbəsinin içməli su təchihazının yaxşılaşdırılması işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Pirallahı rayonunun ərazi vahidləri olan Çilov və Neft Daşları qəsəbələrinə isə içməli su gəmilərlə daşınır. Bununla yanaşı, Çilov adasının sakinləri ARDNŞ-nin quraşdırdığı əks-osmos bioloji təmizləmə qurğusunda duzsuzlaşdırılmış dəniz suyundan da istifadə edirlər.
“Azərsu” ASC-nin Pirallahı rayon Sukanal Departamenti tərəfindən Pirallahı qəsəbəsi 29-cu məhəllə və ətraf ərazilərdəki fərdi yaşayış evlərinə qrafiklə verilən su 2 saatdan 16 saata qədər artırılıb. Qeyd olunan ərazi artıq səhər saat 7-dən axşam saat 23-dək fasiləsiz su ilə təmin olunur. Burada 308 abonentin (1047 sakin) su xəttinə yeni smatr-kart tipli sayğac quraşdırılıb, məhəllə sakinləri tərəfindən səliqəsiz şəkildə qoyulmuş pərakəndə su nasosları, ehtiyat su çənlərinə artıq ehtiyac olmadığı üçün ləğv olunub. Hazırda 28-ci məhəllədə və onun ətraf ərazilərində bu işlər davam etdirilməkdədir.
2014-cü ilin 2-ci yarımilində Pirallahı qəsəbəsinin bütövlükdə icməli su ilə fasiləsiz təmin olunacağı planlaşdırılır.