Ümiddən reallığa doğru...
29 sentyabr 2020 | 11:00
30 ilə yaxın müharibə şəraitində yaşayan Azərbaycan xalqı ötən müddət ərzində bir gün də torpaqlarımızın işğaldan azad olunmasına, təcavüzkar Ermənistanın layiqli cəzasını alacağına olan ümidini itirməyib. Qələbə eşqi ilə ürəyi döyünən hər bir Azərbaycan vətəndaşı hər an Ali Baş Komandan İlham Əliyevin hücum əmrini səbirsizliklə gözləyirdi. Bir əsrdə iki dəfə xalqımıza qarşı etnik təmizləmə siyasətini həyata keçirən, hətta dinc yaşadığımız dövrdə belə gizlincə öz məkrli planlarını həyata keçirən, Azərbaycanın tarixi torpaqlarında özlərinə yurd salmış nankor ermənilərdən nəhayət ki, "haqq-hesab" soruşmağın vaxtı çatdı.
10 minlərlə soydaşımızı itirdik, minlərlə igid oğullarımız şəhid oldu, Xocalıda, Xankəndində, işğal olunmuş digər rayonlarda körpələrimizin, ağsaqqal və ağbirçəklərimizin, körpə uşaqlarımızın həyatına insanlığa yaraşmayan vəhşiliklə qəsd edildi. Dözdük.... Səbr etdik... Beynəlxalq ictimaiyyətin, dünya birliyinin ədalətli qərarlarının icrasına ümid etdik. 26 il atəşkəs rejiminin şərtlərinə əməl etdik.
Qeyd edək ki, atəşkəs rejimi dövründə dövlətimiz bəyan etdiyi dəyərlərə sadiqlik nümayiş etdirdi. Çünki, Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də ölkəmizdə əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
Sülh yolu ilə münaqişənin həlli istiqamətində aparılan danışıqlara, torpaqlarımızın azad olunması üçün qəbul edilən beynəlxalq qərar və qətnamələrə baxmayaraq ermənilər təxribat xarakterli hücumları ilə daim Azərbaycanı münaqişəyə cəlb etməyə təhrik edib. Əslində Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, regionun ən güclü ordusu olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri istənilən anda qısa zaman ərzində torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Bu əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı ordu quruculuğunun inkişafının dövlətimizin qarşıya qoyduğu prioritet məsələ olduğundan irəli gəlir. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Cünnüt əməliyyatı və elə bu yaxınlarda baş verən Tovuz döyüşləri bunun bariz nümunəsidir.
Tarix göstərir ki, müharibədə qalib gəlmək üçün təkcə müasir texnika ilə silahlanmış ordunun olması kifəyət eləmir. Burada xalq-dövlət-ordu birliyindən, xalqın öz ordusuna və onun sərkərdəsinə olan etimadı, inamı və vətənpərvərlik xüsusiyyəti də zəruri olan şərtlərdir. Tarix boyu təcavüzkar niyyətlərini həyata keçirən işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan hər cürə üstünlüyə malik olsa da münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Əfsuslar olsun ki, bir sıra beynəlxalq qurumların, təşkilatların tələblərinə də məhəl qoymayan Ermənistan daim təxribatlara əl atıb. Hər dəfə Silahlı Qüvvlərimizin əks hücumu nəticəsində layiqli cavabını alacağını yaxşı bilən erməni rəhbərliyinin məqsədi əslində öz xalqının başını müharibəyə qatmaqla ölkədaxili çıxılmaz vəziyyətdən uzaqlaşmaqdır. Son aylar mütəmadi xarakter daşıyan təxribat xarakterli hücumlara layiqli, birdəfəlik adekvat cavab verməyin vaxtı, məqamı yetişdi. Cəbhə boyunca ermənilərə qarşı əks hücum əməliyyatlarına başlandı. Ali Baş Komandanın əmrinə əsasən ölkədə hərbi vəziyyət elan olundu. Bu isə son aylarda könüllü olaraq torpaq uğrunda vuruşmaq üçün Ali Baş Komandana edilən 10 minlərlə gəncin müraciətindən irəli gələn torpağa, Vətənə olan sədaqətdən irəli gəlir. Bir şey də xüsusilə vurğulanmalıdır ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir.
Bəli... Xalq, dövlət artıq öz seçimini etdi. Hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır.
Sevindirici hal isə odur ki, Azərbaycan xalqı indi bəlkə də heç bir zaman olmadığı qədər ruh yüksəkliyinə və milli həmrəyliyə sahibdir. Sosial statusundan asılı olmayaraq hər bir azərbaycanlı Ali Baş Komandanın çağırışına qoşularaq ordumuza dəstək olur.
Bu gün siyasi ideologiyasından asılı olmayaraq ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbəri birgə bəyanat verib. Siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin ən ali təcəssümüdür.
Beləliklə, artıq seçim edilib, siyasi qərar qəbul olunub.
“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.

Fərid Ağazadə
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü