Şriftin ölçüsü :

Saytın rəngi :

ELAN

30 sentyabr 2020 | 11:00
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 21.09.2020-ci il tarixli 72 nömrəli Sərəncamı ilə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə rayon İcra Hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Bununla əlaqədar olaraq 01.10.2020-ci il tarixdən etibarən 20 iş günü müddətində rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 28.10.2020-ci il tarixdə namizədlərin irəli sürülməsi başa çatacaqdır.
Seçki ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər (Əlaqə telefonu: 556-59-41; 556-59-
45; 556-59-55; 556-59-53).
Keçidlər