Vasitəçi tərəfsiz və ədalətli olmalıdır
03 oktyabr 2020 | 11:00
Ermənistanın təxribatına cavab olaraq Azərbaycanın işğal altında olan torpaqlarını düşməndən azad etməsiylə bağlı həyata keçirdiyi əks hücum əməliyyatları 6 gündür davam edir. Münaqişənin nizamlanması prosesinə məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan Fransanın isə hərbi əməliyyatlar başladığı gündən tutduğu mövqe qəti olaraq anlaşılan deyil.
Fransa, əslində ənənəvi ermənipərəst dövlət imicini qazanıb. Bu da səbəbsiz deyil. Çünki Fransada 500 min etnik erməni yaşıyır və onlar orada çox həlledici postlara yiyələnə biliblər. Fransada yaşayan etnik ermənilər ölkənin siyasi idarəetmə sistemində də mövcuddurlar. Ona görə də Fransanın ermənipərəst mövqeyini biz daim hiss edirik. Fransanın çoxsaylı məhkəmələri vaxtilə ölkənin ayrı-ayrı qurumları, meriyası ilə qondarma rejimdəki müəyyən işğal altındakı şəhərlərlə bir “dostluq xartiyası” imzalamışdı. Biz bu gün 10-a qədər o cür xartiyaların ləğv olunmasının şahidiyik. Yəni Fransada bu kimi proseslər də var. Amma təəssüf ki, kifayət qədər güclü olan ermənipərəst qüvvələr yenə də müəyyən insanlar tapıb Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər təşkil edirlər. Bununla da çalışırlar ki, Azərbaycanla-Fransa arasındakı o anlaşma məqamlarına kölgə salsınlar. Bu, təbii ki, danışıqlar prosesinə də zərbədir. Çünki Fransa həmsədr dövlətidir və həmsədr dövlətin bir təmsilçisi belə qeyri-qanuni səfərlər edirsə, bu, Fransanın mövqeyinin ziddinə olan bir məsələdir. Bunu dövlətimiz, xüsusilə XİN-i məsələni hər zaman qaldırır və o insanları “persona non qrant” siyahısına salır ki, həmin insanlar heç bir zaman Azərbaycana səfər edə bilməsinlər.
Fransa ermənipərəst mövqeyini son günlərdə bir daha göstərdi. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq” – deyə bəyanat verməsi həqiqətən də anlaşılmaz və qəbul edilməzdir. Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir. Bəyanat birtərəfli və qərəzlidir. Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. İndi Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir. Bu işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir.
Ancaq çox təəssüf ki, Fransa prezidenti məhz bu yolu tutub. Belə bir mövqenin səbəbləri isə gün kimi aydındır. Belə ki, Fransada prezidentlərin seçilməsində erməni lobbisinin rolu böyükdür. Fransa prezidenti də ilk növbədə, öz siyasi maraqlarını və gələcək seçki prosesini düşünür. Məlumdur ki, Makron prezident seçildikdən sonra qondarma erməni soyqırımı məsələsini bir neçə dəfə gündəmə gətirib. Hətta 24 apreli qondarma erməni soyqırımının anma günü də elan edib.
Fransa Prezidenti Emmanuel Makron oktyabrın 2-də dövlətimizin başçısı İlham Əliyevə telefon zəngində də döyüşlərin dayandırılmasının, sülh danışıqlarının davam etdirilməsinin zəruriliyini bildirməsi bir çox məqamlara aydınlıq gətirir. Fransa kimi bir dövlətin, ən əsası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi belə mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır.
Daha bir üzücü məqam isə Fransa kimi bir ölkənin prezidentinin hansısa fakta söykənməyən feyk xəbərləri öz çıxışında arqument göstərmədən söyləməsidir. Hər bir ölkənin prezidenti yalnız fakta əsaslanan çıxış etməlidir. Makron isə sadəcə söz naminə Suriyadakı silahlıların döyüşlərdə iştirak etmək üçün Qarabağa getdikləri barədə məlumatlara sahib olduğunu açıqladı. Buna hər hansı bir sübut varmı? Bu faktdırmı? Əgər sübut varsa bu niyə beynəlxalq ictimaiyyətə təqdim olunmur? Səbəb sadədir, belə bir fakt yoxdur. Bu uydurma və yalandan ibarət ermənilər tərəfindən bilərəkdən yayılan dezinformasiyadır. Ölkə başçısı İlham Əliyevin də dediyi kimi, Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.
Makronun davranışı və açıqlamaları göstərir ki, o, Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Bu cür feyk materialın Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir.
Bir faktı da qeyd etmək istərdim ki, tarixin müəyyən dövrlərində Fransanın dünyanın müxtəlif ərazilərində tökdüyü qanlar bu gün də çoxlarının yadındadır. Daima demokratiyadan danışan Fransanın digər ölkələrə dərs verərkən bunları da xatırlaması vacibdir. Fransa 1962-ci ildə Əlcəzair müstəqillik qazanana qədər oranı fransızlaşdırmaq üçün asimilyasiya prosesi gerçəkləşdirmişdi. 19-cu əsrin sonlarında 1 milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən fransızlar əhəmiyyətli imkanlarla təmin edildi. 1954-cü ilin 31 oktyabrında Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı. Ancaq bu qiyama Fransa çoxsaylı həbslər və hərbi müdaxilə ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçirdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi. Fransanın bu cür qətlimlarına onların Vyetnamda, Çibutidə, Çaddada, Qabonda və Tunisdə törətdikləri vəhşilikləri, soyqırımları əlavə edə bilərik. Bütün bu sadalanan faktların timsalında onların niyə erməni terrorçularını dəstəklədikləri aydın olur.
Azərbaycan isə haqq uğrunda döyüşür və vuruşur. Bizim heç kimin torpağında bir qarış belə gözümüz yoxdur. Lakin öz torpağımız uğrunda hər bir Azərbaycan vətəndaşı son damla qanını verməyə hazırdır. Bu sözləri Azərbaycan əsgəri döyüş bölgəsində son bir neçə gündə sübut etməkdədir. Minlərlə gənc torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq orduya yazılır. Şəhər və rayonlarımızı Azərbaycan bayraqları bəzəməkdədir. Vətəndaşlarımız böyük ruh yüksəkliyi ilə qəhrəman ordumuza dəstək verir. Bu qətiyyətə irəliləyən ölkəyə illərlə heç bir real iş görməyən vasitəçilərin birgə bəyanatları, bəzi ölkə liderlərinin qeyri-obyektivliyi təsir göstərə bilməz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində qətiyyətin təntənəsini dünyaya - dosta da, düşmənə də göstərəcək. Bu qətiyyətin ifadəsi isə budur ki, Qarabağ Azərbaycandır!

Nəhayət hamı anlamalı və qəbul etməlidir ki, bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına isə heç bir ehtiyac yoxdur.
Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü