Sülh danışıqlarına qarşı qərəzli mövqe...
03 oktyabr 2020 | 11:00
30 ilə yaxın bir müddətdə torpaqlarımızın 20 faizədək ərazisinin işğalı, 1 milyona yaxın vətəndaşımızın öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, minlərlə hərbçi və mülki əhalinin şəhid olması, yüzlərlə kənd, şəhər və qəsəbələrimizin zəbt olunması ilə nəticələnən ədalətsiz müharibə şəraitində yaşayan Azərbaycan xalqı münaqişənin beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həllinə ümid edirdi. BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin bu günədək icra olunmaması, münaqişənin dinc yolla həlli məsələsinə kömək göstərmək məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və Ermənistan rəhbərliyinin xüsusilə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra məsuliyyətsiz bəyanatlarla çıxış etməsi, vaxtaşırı təxribat xarakterli əməllərlə gündəmə gəlməsi sülh danışıqlarının effektivliyini şübhə altına aldı.
Əminliklə deyə bilərik ki, Azərbaycan dövləti beynəlxalq hüquq normalarına və öz üzərinə götürdüyü öhdəliklərə daim əməl etmişdir. Lakin 30 il Ermənistanın işğalçı hərəkətlərinə göz yuman, hətta birtərəfli mövqe tutaraq onu dəstəkləyən, həmsədr ölkələrin nümayəndələrinin fəaliyyəti yalnız mənasız təkliflər irəli sürməkdən ibarət oldu və münaqişənin həllində heç bir irəliləmə qeydə alınmadı. Ermənistanın isə öz havadarlarına arxalanaraq mütəmadi olaraq təxribat xarakterli hücumlarla çıxış etməsi xalqımızı və dövlətimizi haqq-ədalət savaşına qalxmağa məcbur etdi.
Sentyabrın 27-i səhər saat 6 radələrində Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yenidən atəşkəsi pozdu və Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyunca düşmənə qarşı əks hücuma keçdi.
27 Sentyabr tarixindən etibarən ermənilərin artilleriya hücumları nəticəsində 2-si uşaq olmaqla 19 dinc sakinin və hərbi qulluqçularımızın həlak olması ilə nəticələnən təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına keçməsinə münasibət bildirən həmsədr ölkələr bir daha qərəzli və birtərəfli mövqedə olduqlarını bəyanatları ilə etiraf etmiş oldular. 80-ci illərin sonunda Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirərək yüz minlərlə soydaşımızın öz tarixi dədə-baba yurdundan qovulmasına, 90-cı illərin əvvəllərində Azərbaycanın qədim yaşayış məskəni olan Qarabağımızda həmvətənlərimizin qətlə yetirilməsinə, Xocalıda yüzilliyin ən amansız soyqırımını həyata keçirməsinə, 1994-cü ildən bəri razılaşdırılmış atəşkəs dövründə mütəmadi olaraq yaşayış məskənlərimizin artilleriya atəşinə tutulmasına, öz torpağında, Vətənində 1 milyona yaxın azərbaycanlının məcburi köçkün halında yaşamasına göz yuman həmsədr ölkələr yenə də işğalçı Ermənistanın xeyrinə bəyanatlar verdilər. Bəyanatda, həmsdərlər hərbi əməliyyatların dərhal dayandırılmasına və danışıqların vicdanla, şərt irəli sürülmədən aparılmasına çağırırlar. Maraqlıdır, niyə həmsədrlər işğala məruz qalan ölkə ilə işğal edən ölkə arasında heç bir fərq qoymurlar. İndiki şəraitdə həmsədlər, hətta bütün dünya Ermənistana təzyiq göstərməli və illərdir ki, işğala məruz qoyduğu tarixi Azərbaycan torpaqlarını nəhayət tərk etmək üçün məcburiyyət qarşısında qoymalıdır. Amma həmsədrlər sanki reallığı bilmirmiş kimi iki ölkəyə də eyni çağırışı edirlər. Azərbaycan haqq yolundadır. Azərbaycan öz əzəli torpaqlarını işğaldan qurtarmaq üçün savaşır. Belə olan halda biz niyə dayanmalıyıq? Niyə haqq mübarizəmizdən geri çəkilməliyik?
Ermənistana beynəlxalq təzyiq edilməli olduğu halda Fransa işğalçının yanındadır. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq” – deyə bəyanat verməsi həmin ölkənin həmsədr olmasını şübhə altına alır. Makronun bu bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq. Tarix boyu digər xalqlara qarşı soyqırımlar həyata keçirən Fransanın bu cür mövqeyi əslində onların daxili aləmlərini, “iç üzləri”ni dünya ictimaiyyətinə bir daha xatırladır. Fransanın hakimiyyətinə qarşı Əlcəzair xalqının 132 ildə (1830-1962) müstəqillik uğrunda apardığı mübarizədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnən soyqırımı, Vyetnamda yüz minlərlə mülki əhaliyə qarşı törədilən soyqırım, XIX əsrin 60-cı illərində Cibutiyə daxil olaraq, 1917-ci ildə başlanan azadlıq mübarizəsi 100 minlərlə insanın öldürülməsi ilə “qan gölünün” yaratmasını, ötən əsrin 50-ci illərinin sonlarına qədər Çadda törətdikləri soyqırımlar, Qabon və Tunisdə 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etməklə Fransanın soyqırım xəritəsi planetimizin 3 qitəsini əhatə edir.
Bu cür utancverici, ədalətsiz, bəşər övladına yaraşmayan hərəkətləri ilə daim seçilən fransızların sözsüz ki, Qarabağ münaqişəsində də birtərəfli mövqe tutması, işğalçı dövləti dəstəkləməsi başa düşüləndir. Regionda sülhün təminatçısı qismində çıxış edən Türkiyə dövlətinin bəyanatlarına kəskin etirazını bildirən Makron başa düşməlidir ki, Azərbaycan xalqı ədalət uğrunda mübarizə aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur. Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığın və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas var.

Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü