Müstəqilliyini möhkəmləndirən Azərbaycan dövlətinin tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı anbaan artır
04 oktyabr 2020 | 11:00
Bu günlərdə müstəqil Azərbaycanın yeni şanlı səhifəsi yazılır. Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin bütün istiqamətləri üzrə düşmənə qarşı əks-hücum əməliyyatları həyata keçirməsi ölkəmizin müstəqilliyində bir ilkdir. İndiyə qədər epizodik olaraq aprel döyüşlərinə nəzər salsaq görərik ki, məhdud sayda döyüşçülərimiz düşmən həmləsinin qarşısını almaqda iştirak ediblərsə bu günləri döyüş bölgəsində olan bütün hərbi hissələr əməliyyatlara cəlb olunublar. Həqiqətən də bu tarixi bir missiyadır. Azərbaycan əsgəri Azərbaycan xalqının ondan gözlədiyi nəticəni əldə etmək üçün artıq neçə gündür işğalçını ram etməkdə, onun Azərbaycan xalqına qarşı indiyə qədər sərgilədiyi münasibətinə son qoymaqdadır. Əsgərlərimiz əks hücum əməliyyatları ilə qısa bir müddətdə xalqımıza sevincli anlar yaşatdı. Elə ilk anlarda yeddi kəndin işğaldan azad edilməsi, iki yüksəkliyin nəzarətinin ələ keçirilməsi çox böyük hərbi uğurdur.
Əks-hücum əməliyyatı başlanan ilk andan Ali Baş Komandan İlham Əliyev bütün komandanlara və Müdafiə Nazirliyinə mülki əhaliyə qarşı heç bir addım atılmaması barədə göstəriş vermişdir. Ermənistan silahlı qüvvələri isə Azərbaycanın mülki yaşayış obyektlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutmuşdur. Sentyabrın 27-dən başlanan bu savaşda bu günədək 2-si uşaq olmaqla 20-yə yaxın dinc insan həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 300-dən çox evə ziyan dəyib və ya dağılıb. Ermənistanın mülki insanları və obyektləri atəşə tutması beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Ermənistan rəhbərliyinin bu cür hərəkətləri, ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi erməni faşizminin eybəcər sifətinin göstəricisidir.
Sentybarın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yaralı hərbçilərlə görüşü onlara olan qayğının ifadəsidir. Daim hər bir azərbaycanlının yanında olan, onların problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlət başçısı hərbçilərə, Qarabağ müharibəsində əlil olanlara, yaralananlara və şəhid ailələrinə də həmişə yüksək qayğı göstərib və onların sosial müdafiəsini diqqətində saxlanyıb. Bu kateqoriyadan olan vətəndaşlara dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində əsas prioritetdir. Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir. Ali Baş Komandanın yaralı hərbçilərimizlə görüşməsi əsgərlərimizə böyük ruh yüksəkliyi gətirən addımdır. Yaralı və şəhid olmuş hərbçilərimiz gənc yaşlarında vətən uğrunda şərəflə vuruşaraq böyük qəhrəmanlıq, şücaət göstərərək öz adlarını Azərbaycan tarixinə yazırlar. Görüş zamanı ölkə başçısı əsgərlərimizdəki yüksək döyüş ruhu və əzmkarlığı xüsusi vurğulayaraq bildirmişdir ki, “Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər”.
Ölkədə hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsinə, cəbhəboyu ərazilərdə bir neçə gündür davam edən döyüşlərə, müharibə şəraitində yaşanmasına baxmayaraq heç kəsin çöhrəsində qəmgin əhval-ruhiyyə yoxdur. Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər. Adətən müharibə gedən ölkədə qəm, qüssə, kədər, itkilər aşıb-daşır, amma Azərbaycan xalqı sanki 30 illik miskinliyinə son qoyub. Belə bir əhval ruhiyyənin olmasına rəvac verən sə sözsüz ki, torpaq və vətən sevgisidir. Hər birimiz Azərbaycan ordusuna güvənir və ordumuzun bir daha şanlı tarix yazacağına əminik. Vətən uğrunda döyüşlərdə yaralanan və şəhid olan hərbçilərimiz gənclər üçün nümunə, örnəkdir.
Bu gün Azərbaycan haqq ədalət uğrunda savaşır. Xalq, ordu vahid mövqedən çıxış edərək eyni mövqeni nümayiş etdirir. Qazandığımız qələbələr, əldə etdiyimiz yüksəkliklər, hərbi sirr kimi olsa da qarşıda əldə edəcəyimiz uğurların açarı kimi də hesab edilir. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ümid edirik ki, Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edəcəyik. Azərbaycanın qələbə paradı tezliklə Qarabağda keçiriləcək. O gün isə uzaqda deyil.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü