Çilov və Neft Daşları qəsəbələrində ulu öndər Heydər Əliyevin əziz xatirəsi anıldı
15 dekabr 2013 | 11:00
Dekabrın 12-də Çilov adasında “28 May” NQÇİ-də ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə NQÇİ-nin idarə aparatının işçi heyəti və şöbələrdə çalışan əməkdaşlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə “28 May” NQÇİ-nin rəisi R.Qarayev açdı. O, ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs etdi.
R.Qarayev Ulu Öndərin neft sənayesinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışaraq Azərbaycan xalqının həqiqətən də xoşbəxt xalq olduğunu bildirdi. Qeyd olundu ki, Heydər Əliyev təkcə ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində də qətiyyətli mövqe tutan nadir siyasətçilərdən idi. Daha sonra axşam saatlarında ulu öndərin vəfatının 10-cu ildönümü münsibəti ilə 100 nəfərlik ehsan süfrəsi verildi və ruhuna dualar oxundu.
Əfsanəvi Neft Daşlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyevin dəniz şəhərində ucaldılmış abidəsini ziyarət edərək abidə önünə tər qərənfillər qoymuşlar. Sonra neftçilər Heydər Əliyev muzeyinə gələrək Ulu Öndərin geniş həyat və fəaliyyətini, Neft Daşlarına səfərlərini əks etdirən fotostendlərlə maraqla tanış oldular. Muzeyin dəyirmi masasında “Neft Daşları” NQÇİ-nin rəisi Q.Mahmudov və başqaları Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Neft Daşlarının inkişafında misilsiz xidmətlərindən söz açmış, öz xatirələrini danışmışlar. Axşam isə müstəqil Azərbaycan dövlətinin qurucusunun ruhuna ehtiram əlaməti olaraq 600 nəfərlik ehsan süfrəsi açılmışdır.