Azərbaycanın cəmi bir şərti var. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır
06 oktyabr 2020 | 11:00
Artıq on gündür ki, Ermənistanın Azərbaycana qarşı təcavüzə səbəb olan hərbi təxribatlarının qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alınır, bütün istiqamətlərdə düşmənə sarsıdıcı zərbələr endirilir və ard-arda kəndlərimiz düşmən tapdağından azad edilir. Uğurlu hərbi əməliyyatlarla bağlı xəbərlər ictimaiyyətdə yayımlanır və xalqımız tərəfindən rəğbət doğurur.
Etiraf edək ki, müharibə, terror, qərəz və haqsızlıq dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsi ağrıdır, insanları ölüm və faciələrlə üz-üzə qoyur. Bunun bariz nümunələrini Azərbaycan xalqı otuz ildən artıqdır ki, mənfur ermənilərin timsalında görür və yaşayır. 30 ildən artıqdır ki, Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır, bir milyona yaxın insan öz dədə-baba yurdundan qaçqın və məcburi köçkün düşüb. Erməni silahlıları, erməni terrorçuları işğal etdikləri ərazilərdən tutmuş paytaxt Bakıya qədər ölkəmizin müxtəlif bölgələrində xidmətdə olan sərnişin avtobusları və sərnişin qatarlarında dəfələrlə faciələrə səbəb olan, beynəlxalq aləmin diqqətindən yayınmayan terror aktları həyata keçiriblər. Ermənistan hakimiyyəti 30 ildir ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal etdikləri ərazilərdən çıxarılması üçün nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinə, tələb və tövsiyələrinə əməl etmirlər. Bu illər ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti də heç bir nəticə ortaya qoya bilməyib.
Ötən 30 il müddətində Ermənistanda dəfələrlə hakimiyyət dəyişikliyi olsa da, onların faşist xarakteri, işğalçılıq niyyəti dəyişməyib. Ermənistanın bütün beynəlxalq aləmin gözü qarşısında sentyabrın 27-də Azərbaycan ərazisinə sərhədboyu hücumu, dinc əhalini iriçaplı silahlardan və qumbaraatanlardan atəşə tutması, əlavə torpaqlar işğal etmək istəməsi hamıda təəssüf doğurub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza müraciətində növbəti erməni təxribatının səbəbləri, habelə son saatlarda Ermənistanın işğalçılıq addımları, bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan Azərbaycan mövqelərini atəşə tutmasını xalqın diqqətinə çatdırmışdı. Eyni zamanda belə əməllərin bir daha Ermənistan faşizminin eybəcər sifətini göstərdiyini, dinc əhaliyə qarşı bu cür qəddarlığın ancaq faşist dövlətlərinə aid olduğunu bildirmişdi.
İqtidara gəldiyi gündən bəri verdiyi vədlərə əməl edə bilməyən Nikol Paşinyan hakimiyyətdə qalmağın yeganə yolunu müharibə mühiti yaratmaqda və daxildə narazı kütlənin fikrini başqa istiqamətə yönəltməkdə görür. Bununla ölkənin və əhalinin müdafiə qayğıları ilə məşğul olması ilə gündəmi zəbt etmək istəyir.
Lakin işğalçı Ermənistan bilməlidir ki, beynəlxalq qanunların tələbləri baxımından Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Artıq ölkəmiz iqtisadi baxımdan güclənib, milli birliyə nail olunub, Azərbaycan xalqı dövlət başçısını qeyd-şərtsiz dəstəkləyir, insanlar, xüsusən də gənclər Milli Ordunun sıralarında Vətən naminə, torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə könüllü olaraq döyüşə getməyə hər an hazırdırlar. Bu sıradan neçə-neçə könüllü bu dəqiqə cəbhənin ön xəttində düşmənlə mərdliklə vuruşur. Hərbçilərimiz cəbhənin təmas xəttində yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaradırlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyi, hətta bu yolda şəhid olmağı özlərinə şərəf bilirlər. Məhz həmin igid və mərd əsgərlərimizin şücaəti, ali-hərbi rəhbərliyin düzgün, düşünülümüş və cəsarətli addımlarının nəticəsidir ki, Azərbaycan bu günlərdə üst-üstə qələbə xəbərləri alır. 04 Oktyabr tarixində də bütün Azərbaycan xalqı çox gözəl bir xəbəri qeyd etdi. Hər bir azərbaycanlı sevinc göz yaşlarına boğuldu, çünki 27 illik həsrət nəhayət bitdi. Cəbrayıl yenidən öz əzəli sahiblərinə-Azərbaycan xalqına qaytarıldı. Bu möhtəşəm günün yaradıcıları isə şübhəsiz ki, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev və şərəfli Azərbaycan Ordusudur. Xalqımız həm Ali Baş Komandanımızla, həm də əsgərimizlə qürur duyur. Azərbaycanda indi bəlkə də heç vaxt olmadığı qədər rüh yüksəkliyi və milli birlik var.
Baş verən hadisələrlə bağlı 04 Oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev xalqa müraciət edib. Xalqa müraciətində olduqca vacib açıqlamalar verən dövlət başçımız qarşıdurmanın ancaq erməni silahlı birləşmələrinin torpaqlarımızdan çıxması şərti iə mümkün olacağını bildirib.
İlk növbədə Cəbrayılın işğaldan azad olunması ilə bağlı xoş xəbəri Azərbaycan xalqına çatdıran ölkə başçısı bu münasibətlə xalqımızı ürəkdən təbrik etdi və bu qələbədə əsgər və zabitlərimizin şücaətini xüsusi olaraq vurğuladı. Bəli, əminliklə deyə bilərik ki, Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir.
Çıxışında ölkə başçısı vurğuladı ki, biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Bununla yanaşı 30 ildir ki davam edən danışıqlar prossesinə də toxunan Prezident, Azərbaycanın danışıqların bütün dövrlərində konstruktiv və ədalətli mövqe göstərdiyini ancaq bunun müqabilində təcavüzkarın daha da azğınlaşdığını, tamahının daha da artdığını bildirdi. Təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir. Bugün Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkir. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi.Ancaq təəssüf ki, işğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi. Bu hal dünyadakı beynəlxalq riyakarlığın və ikili standartların təzahürüdür.
Çıxışında ölkə başçısının vurğuladığı məqamlardan biri də təhrik niyyətli erməni siyasəti ilə bağlı oldu. Ölkə başçısı bildirdi ki, Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı, Şuşada qondarma rejimin başçısının özünə “andiçmə mərasimi” keçirməsi, Ermənistanın baş nazirinin Şuşada, Cıdır düzündə rəqs etməsi, Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi və s. Azərbaycan xalqını təhqir etmək cəhdləridir. Bu cür təhriklərə görə onlar artıq öz layiqli cavablarını alırlar. Belə ki, onlar şərəfli Azərbaycan əsgəri tərəfindən torpaqlarımızdan qovularaq çıxarılır və işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Çünki artıq düşünmək çox vaxtları qalmayıb.
Sonda Azərbaycanın atəşkəs şərtlərindən də danışan ölkə başçısı bildirdi ki-mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə.
Bəli, Azərbaycanın şərtləri bunlardır. Və əgər Ermənistan daha çox itki vermək istəmirsə bunlarla razılaşmalı və torpaqlarımızdan çıxmalıdırlar. Ermənistanın baş naziri Nikol Paşinyan və işğalçı qoşunların komandir heyəti deyilənləri nəzərə alaraq, ağıllarını başlarına yığıb dincliklə Dağlıq Qarabağı və digər işğal etdikləri əraziləri tərk etməlidirlər.Əks halda bütün məsuliyyət Ermənistanın üstündədir.
Ölkəmizin bütün əhalisi dövlət başçısının və hərbçilərimizin haqq yolunda olduğuna, dədə-baba torpaqlarımızın işğaldan azad ediləcəyinə, nəhayət, ədalətin zəfər çalacağına tam əmindirlər. Bu əminlik həm də ondan irəli gəlir ki, hər bir vətəndaş ölkəmizin özünü müdafiə etdiyinə, hərbçilərimizin əks-hücumlarda peşəkarlığına, Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazan rəşadətli odumuzun gücünə inanır.

Xumarə Familli
YAP Pirallahı rayon təşkilatının könüllüsü