Qələbənin əldə edilməsi çox yaxındadır
07 oktyabr 2020 | 11:00
Bugünlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Şanlı Azərbaycan Ordusunun səyləri ilə tariximizə növbəti şanlı səhifələr yazılmaqdadır. Belə ki, müqəddəs Vətən torpaqlarımız az qala 30 illik həsrətdən sonra Ermənistan ordusunun işğalından azad edilir. Döyüş bölgələrindən üst-üstə şad xəbərlər alırıq. Azərbaycan Ordusunun zəfər yürüşləri hər bir azərbaycanlının qəlbini dağa döndərir. Qürur, fəxr, fərəh hissləri yaşayan xalqımız döyüş bölgələrindən yeni qələbə xəbərləri gözləyir.
Mənfur düşmən isə məğlub olduğunu başa düşür və yenə öz xislətini gizlətməyərək yaşayış evlərimizi, məktəblərimizi, əhalinin sıx olduğu müxtəlif məkanları ağır artilleriya atəşinə tutur. Təəssüf ki, Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Ancaq əminliklə deyə bilərik ki, vəziyyətin mürəkkəbliyi, düşmənin namərdliyi yerli sakinlərin gözünü qorxuda bilmir. Hər kəs öz evində, öz yurdunda möhkəm dayanıb. Hamının dilində tək bir söz var “Vətən sağ olsun!”. Bununla qürurlanmamaq mümkün deyil. Bugün bütün Azərbaycan xalqı tək yumruq kimi birləşərək Ordumuzun və Ali Baş Komandanın ətrafında sıx birləşib. Canları təhlükədə olsa da, bir çoxları mal-mülklərini itirsə də heç kim geri çəkilmək istəmir və onların hər birinin tək bir arzusu var: Vətən torpaqlarının işğaldan azad edilməsi.
Ümumiyyətlə bu günlərdə hər birimizi qürurlandıran, ümidləndirən məqamlar kifayət qədər çoxdur. Bunlardan ən əsası ölkəmizdə möhkəm birliyin və bərabərliyin olmasıdır. Hər bir Azərbaycan vətəndaşı dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə müntəzirdir. Ölkəmizin hər yerində bu günlər döyüş əhvali-ruhiyyəsi və qələbə əzmi hökm sürür.
Ermənilərin sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qoyuldu və təəssüf ki, itkilər verdik. Ölkə başçımızın da dediyi kimi, biz təcavüzkara adekvat cavab verməyə öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, necə günlərdi ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərə nəzarəti ələ keçirib. Bu gün fəal döyüş əməliyyatları uğurla davam etdirilir.
Dövlət başçısı bu münaqişədə bizim istədiyimizə nail olacağımıza, haqq-ədalətin öz yerini tapacağına və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə, uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımızın öz doğma dədə-baba torpaqlarına qayıdacaqlarına əminliyini ifadə edib. Belə ki, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüş zamanı demişdir: "Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.
Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində artıq 15-dən çox kənd, bir neçə strateji yüksəkliklər və Cəbrayıl şəhəri işğaldan azad olunub. Hələ də Ermənistan ordusunun işğalında qalan Vətən torpaqlarımızı da eyni xoş aqibət gözləyir. Haqq, ədalət bizim tərəfimizdədir. Çünki Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixboyu heç bir ölkənin torpağında gözü olmayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bildirdiyi kimi: "Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!”.
04 Oktyabr tarixində xalqa müraciətlə çıxış edən cənab Prezident burada vacib məqamlara toxundu və bildirdi ki atəşkəs yalnız bir şərtlə bərpa oluna bilər: Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarından çıxarsa. Bununla yanaşı, ölkə başçısı vurğuladı ki, işğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər. Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan ali-hərbi rəhbərliyi nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir. Bundan əlavə, Azərbaycan Prezidenti vurğuladı ki, xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq.

Azad Namazov
YAP Pirallahı rayon təşkilatının könüllüsü