Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının xalqa müraciət birbaşa Azərbaycan xalqına, milli maraqlarına söykənirdi və hər birimizin ürəyincə olan bir nitqi idi

08 oktyabr 2020 | 11:00
Bu günlərdə bütün cəmiyyət də cənab prezidentin atdığı bütün addımların nə qədər doğru olduğunun fərqindədir. 27-28 il davam edən danışıqların mənzərəsini xarakterizə  etmək elə də çətin deyil. Ötən gün ölkə başçısı da vurğuladığı kimi, “Biz 28 ildir ki, danışıqlar prosesində idik və mənim Ermənistanın iki sabiq prezidenti ilə danışıqlar təcrübəm var idi.” 27 il  beynəlxalq təşkilatların vermiş olduğu nizamlamalara sadiq qalan Azərbaycan dövləti öz hüquqlarını haqlarını bilərək dözdü-gözlədi. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir. Amma son zamanlarda xüsusən Ermənistan siyasi-hərbi rəhbərliyinin atmış olduğu addımlar son həddir. N.Paşinyanın hakimiyyətə gəldiyindən sonra verdiyi populist bəyanatlarda müəyyən mənada cəmiyyəti və dünyanı, münaqişə tərəflərini və həmsədirləri inandırmaq cəhdi var idi. Hər kəs N.Paşinyan münaqişə ətrafında pozitiv dinamika yaratmaq istəyində olmasını düşünürdü. Amma nəticə etibarilə məsələ daha da aydınlaşdı və prosesin gedişi göstərdiki, Paşinyan nəinki hərbi xunta rejiminin nümayəndələrindən geri qalmır əksinə onlardan daha səriştəsiz, prosesin daha gərginləşməsi üçün qığılcım oldu. “Qarabağ Ermənistandır” absurd iddiasını səsləndirməklə vəziyyətin eskolasiya həddinin gərginləşməsinə gətirib çıxardı. Bütün bunları nəzərə aldığımız zaman beynəlxalq təşkilatların da, dünyanın da hadisələrə baxışında hər kəs nəticə etibariləAzərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüz olduğunun fərqindədir.
Cənab prezidentimizin xalqa müraciəti ilk növbədə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətini, prinsipiallığını və dəyişməz mövqeyini bir daha ortalığa qoydu. Cənab Prezidentimiz bir daha nümayiş etdirdi ki, Azərbaycan milli maraqları hər bir məsələdən üstündür. Ölkə başçısının xalqa müraciət də birbaşa Azərbaycan xalqına, milli maraqlarına söykənirdi və azərbaycanlı soydaşlarımızın hər birinin ürəyincə olan bir nitqi idi. Cənab Prezidentimiz sentyabr ayının 27-nə kimi olan mənzərədən də geniş söhbət açdı. qeyd elədi ki,N.Paşinyan siyasi hakimiyyətə gəldikdən sonra cənab prezidnetimizə də vaxt verilməsini xahiş etmiş, tamamilə fərqli düşüncənin nümayəndəsi olduğunu və bu məsələnin dinc-sülh yolla həll olunması üçün var gücü ilə çalışacağını bildirmişdir. Görünür bu erməni xislətinə aid bir məslə olub və növbəti bir yalan danışmaqla öz mövqelərini gücləndirməyə çalışmışdır. 27 sentyabra kimi son bir ildə baş verən hadisələr istər Paşinyanın “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatı  və sonrakı mərhələdə qondarma rejimin rəhbərinin Arturyanın məhz ölkəmizin ayrı-ayrı yerlərini raketlə vuracağı kimi təxbriat xarakterli bəyanatlar, Tovuz istiqamtində baş verən 3-4 günlük müharibə, diversiya kəşfiyyat qrupunun Azərbayacana keçmək cəhdləri və ölkə ərazisində terror təxribatlarının törədilməsi cəhdləri və sadalamadığımız digər amillər göstərirdi ki, Paşinyan digər erməni siyasi rəhbərlərindən daha qərəzli mövqedən çıxış edir. hər kəsə məlumdur ki, Paşinyan tamamilə müstəqil bir adam deyil, tam müstəqil şəkildə qərarlar da verə bilmir.Bu isə Ilk növbədə onun siyasi savadsızlığından irəli gəlir.
       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də “Euronews” televiziyasına verdiyi müsahibədə bir daha vurğulamışdır ki, Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. İndiyədək demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərmi və kasetli bombalarla törədilmiş hücum nəticəsində həlak olub. Bizim əks-hücumumuz uğurlu oldu. Biz işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməyə müvəffəq olduq. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Düşünürəm ki, bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir. Son üç ayda Azərbaycana üç hücum edilib. Biri iyulda Ermənistan-Azərbaycan sərhədində, Dağlıq Qarabağ regionundan uzaqda olub və Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini işğal etmək idi. Onlar bunu etməyə müvəffəq olmadılar. Ordumuz onları məğlub etdi. Sonra avqustun 23-də onlar bizim mülki şəxslərimiz və hərbçilərimizə qarşı terror aktları törətmək üçün diversiya qrupu göndərdilər. Bu da onlar üçün uğursuz oldu. Çünki diversiya qrupunun başçısı saxlanıldı və o, eynilə mənim indi dediklərimə dair ifadələr verir. Sentyabrın sonunda onlar bizim kəndlərimizə və şəhərlərimizə qarşı genişmiqyaslı hücuma keçdilər. Sizə deyə bilərəm ki, bu günə qədər 900 ev tamamilə dağılıb və ya zərər çəkib, mülki şəxslər arasında çox sayda tələfat və yaralı insanlar var. İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar. Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq.
Bu gün tamamilə fərqli iki mənzərənin şahidiyik: Azərbaycan tərəfində Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün Azərbaycan xalqı, Azərbaycan əsgəri Ali Baş Komandanının ətrafında böyük ruh yüksəkliyi ilə birləşib və Azərbaycan əsgəri öz işğal altında olan torpaqlarını azad etmək üçün sevə-sevə şəhidlik zirvəsinə ucalmaq üçün hücuma keçir, öz torpaqlarını işğaldan təmizləyir. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırır. Ermənistan tərəfində isə qadınlar batalyonu yaradılır, 60 yaşdan yuxarı insanların bura cəlb edilməsi və hərbidə qulluq edənlərin artıq fərarilik statusu qazanmasıdır. Ermənistanda 4 mindən artıq fərararilik faktı qeydə alınıb, 2 min nəfərdən artıq erməni haqqında cinayət işi açılıb. Bu da qarşı tərəfin hərbi sahədə hücumunu xarakterizə etmək üçün kifayət edir.
Azərbaycan əsgəri erməni əsgərindən fərqli olaraq xilaskarlıq missiyasını həyata keçirir. Bu günlərdə 10 milyonluq əhalinin hər biri eyni amal, eyni  düşüncə ətrafında cənab Ali Baş Komandanın dilə gətirmiş olduğu missiyanı uğurla başa çatdırmaq üçün dualar edir və dövlətinə, millətinə, xalqına öz əməlləri ilə də dəstəyini göstərir. Cənab prezidentin xalqa müraciətində səsləndirdiyi fikirlər bir daha göstərdiki, biz qarşı tərəfin xüsusilə belə məqamlarda əyilərək hamıya yalvarması, yalanları daha çox tirajlaması kimi bir çox məsələlərlə qarşı-qarşıyayıq. Bunu gördükcə biz bir daha hiss edirik ki, biz güclüyük, Azərbaycan haqq yolundadır, müharibəmiz öz torpaqlarımızda gedir və beynəlxalq hüquq bizim tərəfimizdədir.

Şəbnəm Eldarova
YAP Pirallahı Rayon Təşkilatının könüllüsü

Keçidlər