Pirallahı rayonunda təhsilin inkişafına diqqət və qayğı göstərilir
19 dekabr 2013 | 11:00
Müstəqil Azərbaycan Respublikasının təhsil siyasəti ümummilli liderimizin təməlini qoyduğu, möhkəmləndirdiyi etibarlı zəmin üzərində davam və inkişaf etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Dövlət başçısının sözləri ilə desək: “…İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı möhkəmlənir”. Məhz bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən son 10 ildə Azərbaycanda 2500-dən çox məktəb binası tikilib, əsaslı təmir olunub. Məktəblərin maddi-texniki bazası gücləndirilib.
Azərbaycanda təhsil sisteminin inkişafında Heydər Əliyev Fondunun misilsiz xidmətləri var. Belə ki, Fondunun təşəbbüsü və dəstəyi ilə son bir neçə ildə Azərbaycanda 370 yeni məktəb, uşaq bağçası, uşaq evi və internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir edilib və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.
Ölkəmizin hər yerində olduğu kimi, yeni yaranmış Pirallahı rayonunda da təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilməkdədir. Hazırda rayonda görülən quruculuq və abadlıq işləri ilə yanaşı Pirallahı qəsəbəsində yerləşən 168 saylı tam orta məktəbin əsaslı təmirinə də başlanmışdır. Bu təhsil ocağında mövcud binadan əlavə yeni korpusunun tikintisi də nəzərdə tutulub. Həmin bu korpusda 300 şagird yerlik 15 sinif otağı və idman zalı inşa olunacaq. Əsaslı təmir işləri ilə yanaşı məktəb üçün 2 ədəd 100 kubmetr tutumu olan yeraltı su anbarının tikintisi də nəzərdə tutulur. Bu anbarlardan biri içməli su, digəri isə yanğın təhlükəsizliyi məqsədilə istifadə olunacaq. Məktəbin növbəti -2014-cü tədris ilində tam istifadəyə verilməsi nəzərdə tutulub.