Prezidentimiz xalqa güvənir, xalqımız da prezidentimizə
08 oktyabr 2020 | 11:00
Son günlərdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz və qəhrəman xalqımız sözün əsl mənasında TARİX yaradır. Xalqımız öz əzəli torpaqlarına sahib çıxır və güclü ordumuz zəfər yürüşünü davam etdirərək şəhər və kəndlərimizi azad edir. Belə taleyüklü məqamda Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti, Prezident - Xalq birliyinin ifadəsi olmaqla yanaşı həm də səmimiyyət, dəqiqlik və informasiya obyektivliyi, həyata keçirilən işlər və atılan addımlar haqqında xalqı məlumatlandırmaq baxımından çox önəmlidir. Müraciətdə bu günki reallıqda Qarabağda baş verən hadisələrə və ayrı-ayrı ölkələrin və xalqların mövqeyinə açıq baxış sərgilənir, ən əsası- Azərbaycan dövlətinin prinsipial mövqeyi açıqlanır. Bunlardan bəzi məqamları xüsusi qeyd etmək lazımdır.
Prezident müraciətində bir daha vurğuladı ki, Azərbaycan işğalçı ölkə deyil. Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Ermənistan öz qeyri- konstruktivliyi ilə danışıqları heçə endirdi. Mənasız danışıqlarda isə Azərbaycan iştirak etməyəcəkdir. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. Boşa çıxmış 30 illik ümidlər bizi belə addım atmağa məcbur etdi. Öz ordusuna güvənən Azərbaycan xalqı bu günlər öz torpaqlarına sahib çıxmaq iradəsini rəhbər tutaraq qələbə salnaməsini yaradır. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun bır sıra kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir.
Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, diplomatik üsullara sadiq olub. Münaqişənin ədalətli həllini beynəlxalq birliyə etibar edib. Bu ötən dövr ərzində müxtəlif “səfərlər”, “konstruktiv addımlar” adı altında xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir. Təcavüzkarla təcavüzə məruz qalan ölkə arasında bərabərlik işarəsi qoyan beynəlxaıq missiyadan bundan sonra ədalət ummaq sadəlövhlükdür.
“Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”. Qəhrəman Azərbaycan əsgəri bu gün öz xilaskarlıq və xalqını müdafiə missiyasını şərəflə yerinə yetirir. İşğal olunmuş ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb.
Bu günlərdə həqiqətən də Azərbaycanın şanlı tarixi yazılır. Xalq bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Sözsüz ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra da bu işlət davam etdiriləcək, Qarabağa həyat qayıdacaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə erməni cəhdlərinə son qoyulacaqdır.
Güc üstünlüyü artıq Azərbaycanın tərəfindədir. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır. Ermənistanın təcavüzkar tamahı onları bitirəcəkdir. Təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir.
Ölkə başçımız müsahibəsində erməni xalqı ilə bağlı bir məqama toxunaraq bildirdi ki, Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkir. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi. Beynəlxalq təşkilatlar Ermənistana təsir etmədi və ya istəmədi. İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların təzahürüdür.
Azərbaycan hər zaman ədalətli danışıqların tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi. Ancaq indi danışıqlar üçün heç bir əsas qalmadı. Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür.
Açıq şəkildə deyə bilərik ki, zaman gedir və Ermənistanın ziyanına işləyir. Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qalıb. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Azərbaycanın cəmi bir şərti var. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. Torpaqların azad olma cədvəli Azərbaycana təqdim olunmalıdır. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər.
Xalqımızın haqqı bərpa olunacaqdır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq, çünki tarixi ədalət bizim tərəfimizdədir.

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru