Məğlubiyyət Ermənistanın qaçılmaz sonluğudur
09 oktyabr 2020 | 11:00
Ermənistanın törətdiyi ardıcıl məkrli təxribatlardan sonra Azərbaycan Ordusu atəşkəs razılaşmasından bəri ilk dəfə bu qədər geniş miqyasda, daha doğrusu bütün cəbhə boyu hərbi əməliyyatlara başladı. Azərbaycanın apardığı mübarizə cənab Prezidentimizin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan, məhz Azərbaycandır və ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır.
İşğalçı Ermənistan ordusu sentyabrın 27-də genişmiqyaslı təxribatlara başlayanda bəlkə də bu ölkənin siyasi rəhbərliyi düşünmürdü ki, Azərbaycan Ordusunun əks-həmlələri qarşısında aciz qalacaq, növbəti döyüş əməliyyatları nəticəsində darmadağın olacaq. Görünür, işğalçı ölkənin rəhbərliyi Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında olmasına hələ də inana və qəbul edə bilmir. Əgər belə olmasaydı, genişmiqyaslı hücuma başlamağa cürət etməzdi. Axı, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt və 2020- ci ilin Tovuz əməliyyatlarında təcavüzkarlar Azərbaycan Ordusunun qüdrətini görmüşdülər. Bu hərbi əməliyyatlar təcavüzkar dövlətə və onun səriştəsiz rəhbərliyinə dərs olmalı idi. Amma Paşinyan baş verənlərdən nəticə çıxarmaq əvəzinə, populizmlə reytinq göstəricilərini sabitləşdirməyin qayğısına qaldı. Məlumdur ki, Ermənistan indi vətəndaş qarşıdurması və iqtisadi, hərbi və siyasi iflas ərəfəsindədir. Lakin dövlət kimi süqut edən Ermənistanın siyasi rəhbərliyi yenə də haqq yolunu tutmur.
Ermənistan rəhbərliyinin müharibə əxlaqına zidd hərbi cinayətləri, müxtəlif ölkələrin başçılarına isterik zəngləri, çılğın ianə və hərbi yardım axtarışları, absurd mülahizələri, cəfəng və sərsəm bəyanatları, qadın və qocaları cəbhəyə göndərməsi əbəsdir. Ordumuzun sarsıdıcı zərbələri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verən düşmən əsgərləri geri çəkilərək döyüş mövqelərini qoyub qaçmaqdadırlar. Onlar üçün məğlubiyyətdən qaçmağın heç bir yolu yoxdur. Hər nə qədər erməni tərəfi xislətlərinə uyğun olaraq çirkin əməllərinə davam etsələr də, hərbi sahədəki uğursuzluqlarını mülki əhalini hədəfə almaqla gizlətməyə çalışsalar da nəticə dəyişməyək, Ermənistan gec-tez məğlub olaraq geri çəkiləcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Prezident İlham Əliyevin oktyabrın 7-də CNN- TÜRK kanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, hazırkı döyüşlərdə bir daha ermənilərin faşist mahiyyəti özünü qabarıq büruzə verir. İşğalçı ölkənin silahlı qüvvələri tərəfindən ağır artilleriyadan dinc sakinlərə atəş açılır, evlər dağıdılır, infrastruktura ziyan vurulur, çox sayda vətəndaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilir. Hərbi meydanda uğursuzluğa düçar olan Ermənistan təcavüzkar siyasətindən nəticə çıxarmaq əvəzinə quduzlaşır. Ermənistan ordusunun Bakı ətrafına, Gəncə, Mingəçevir başda olmaqla iri şəhər mərkəzlərinə, mülki əhalinin sıx olduğu yerlərə, yaşayış binalarına raket atması erməni vandalizminin əyani təzahürüdür.
Hazırda düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur. Hər bir vətəndaşımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni qələbələrə ruhlandırır. Bəli, məhz bu ağır dönəmlərdə dostlarımız və düşmənlərimiz açıq şəkildə özlərini birüzə verdilər. Tarixən Azərbaycanın yanında olduğunu bəyan edən, İkinci Qarabağ müharibəsinin başlanması ilə Azərbaycanın haqq səsini yenidən dəstəkləyən qardaş Türkiyə Cümhuriyyəti, Pakistan, Əfqanıstan, eləcə də Azərbaycanın hərbi-strateji müttəfiqlərindən olan İsrail və digər dövlətlər ölkəmizi dəstəkləsələr də, düşmənin yanında yer alan Fransa, qərəzli mövqe sərgilədi.
Ali Baş Komandan son günlərdə məşhur televiziya kanallarına verdiyi müsahibələrdə dəfələrlə vurğulamışdır ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində də deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Bununla bərabər, Minsk qrupu çərçivəsində danışıqlar da heç bir bir nəticə vermir, Ermənistan isə ardıcıl olaraq hərbi təxribatlar törədir. Hazırda Azərbaycan sədrlik etdiyi, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı da münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişdir. Əlbəttə, bu sıranı daha da genişləndirmək olar. Lakin əsas məsələ bizim mövqeyimizin beynəlxalq hüquqa və ədalətə əsaslanmasıdır. Bax, elə bu səbəbdəndir ki, bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir, öz torpağında ərazi bütövlüyümüzü qoruyur.
Təmas xəttində yaranmış mürəkkəb və gərgin vəziyyətin təqsirkarı Ermənistan və onun planlaşdırılmış məkrli təxribatlarıdır. Onlar bu təxribatlara uzun müddətdir ki, hazırlaşırdılar. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları və uşaq bağçaları seçilir. Bu səbəbdən başlıca hədəf cəbhə xəttinə yaxın ərazidə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və bununla yanaşı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini artıq 30 ildən çoxdur ki, davam edən işğaldan azad etməkdir.
Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Silahlı Qüvvələri ilk növbədə Ermənistan ordusunun təxribatlarını və təcavüzkar fəaliyyətlərini dəf etmək, ikinci növbədə isə Ermənistanı sülh danışıqlarına məcbur etmək məqsədilə əks-əməliyyat və əks-hücum tədbirləri görür. Ordumuz bu dəfə düşmənlə amansız mübarizə aparacaq və ona sarsıdıcı zərbələr vuracaq. Biz torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik. Düşmən öz yerini bilməli, sərhədini tanımalı, Azərbaycan torpaqlarından birdəfəlik çıxmalıdır! Cəbhədəki əsgərlərimizlə yanaşı, sayca ermənilərdən dəfələrlə çox olan Azərbaycan xalqı hər an döyüşə getməyə hazırdır. Şanlı ordumuz zəfərdən-zəfərə doğru inamla irəliləyir. Hazırda hər kəs Ordumuzun yanındadır, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının ürəyi ordu ilə döyünür, hamı bir nəfər kimi Azərbaycan əsgərinə dəstək olmağı özünə müqəddəs amal bilir. Tezliklə bütün xalqımız qələbəni bayram edəcək!
Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü