Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq
09 oktyabr 2020 | 11:00
Az qala 30 illik həsrətdən sonra nəhayət bu günlərdə Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Heç bir şübhə yoxdur ki, şanlı Azərbaycan Ordusu bütün torpaqları öz əzəli sahiblərinə-Azərbaycan xalqına qaytaracaqdır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi Azərbaycanın başqasının torpağında gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir.
Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb.
Təbii ki, Azərbaycan hər zaman sülh yolu ilə münaqişənin həllinə tərəfdar olub. Amma reallıq da göz qabağındadır. İllərdir davam edən sülh danışıqları nəticəsizdir. Bundan sonra bu danışıqların davam etməsinin bizə heç bir xeyri yoxdur. Çünki Ermənistan tərəfi üst-üstə təxribatlar törədərək bu danışıqların əbəs olduğunu sübut etdi. Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” kimi cəfəng bəyanatı bütün danışıqları və əldə olunan nəticələri sıfıra endirdi. Bundan əlavə Ermənistanın baş naziri Nikol Paşinyan danışıqların formatını dəyişməyə, Dağlıq Qarabağı tərəf kimi danışıqlara cəlb etməyə çalışdı. Bu qəbul olunmazdır. Xatırladaq ki, Ermənistan buna çalışsa da Azərbaycan tərəfinin sərt münasibəti ilə üzləşdi. İşğalçı dövlət illərdir Dağlıq Qarabağı gah Ermənistanın ərazisi, gah da müstəqil qurum kimi dünyaya tanıtmağa cəhd göstərir.
Xatırladaq ki, dövlətimizin başçısı İlham Əliyev BMT-nin yubiley tədbirində, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən, 27 sentyabrda xalqa müraciətində, sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı təxribatlarını bir-bir sadalamış və xüsusi vurğulamışdır ki, Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Ölkə başçısı böyük qətiyyətlə bildirmişdir ki, bu qəbul olunmazdır. Və əlavə etmişdir, bu bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər. O da qeyd olundu ki, “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu. Bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Cənab Prezident xalqa müraciətində qeyd etdi ki, biz istəyirdik bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi.
Ali Baş Komandan cənab İlham Əliyev bildirdi ki işğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların təzahürüdür. Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdidir. Bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər.Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir.Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir.
Azərbaycan Ordusu bu gün tariximizə qələbə səhifələrini yazır. Bu, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nümayişidir. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində atılan davamlı addımlar öz uğurlu nəticəsini verir. 2016-cı ilin Aprel döyüşlərinin, 2018-ci ilin Naxçıvan qələbələrinin sırasına 27 sentyabrdan başlanan uğurlarımız da yazılır. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaq: “Otuz ilə yaxın davam edən işğala son qoyacaq! Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündə olduğunu qələbələri ilə təsdiqləyir. Bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq”.
Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü