Şriftin ölçüsü :

Saytın rəngi :

Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir

11 oktyabr 2020 | 11:00
27 Sentyabr səhər saatlarından etibarən Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qoyuldu. Artilleriya qurğularından, minaatanlardan və bir çox iri çaplı silahlardan istifadə olunaraq mülki əhali hədəf alındı. Bu təxribata cavab olaraq ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Əməliyyatlar günlərdir davam etməkdə və cəbhədən xoş xəbərlər gəlməkdədir. İlkin mərhələdə hadisələrin gedişatı onu göstərdi ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa hazırdır. Ölkə başçısının bütün dünyaya bəyan etdiyi kimi bu, bizim haqq işimizdir, biz öz torpaqlarımızı azad etmək üçün mübarizə aparırıq.  Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir şəhərimizi, 20-dən çox kəndimizi və bir neçə strateji yüksəklikləri işğaldan azad edib.
Qarabağın işğaldan azad edilməsi uğrunda gedən mübarizələrə bir çox dünya ölkələri öz münasibətini bildirdi. İlk andan Azərbaycanı dəstəklədiklərini bildirən ölkələr  Türkiyə və Pakistan oldu. Ölkə başçısı cənab İlham Əliyevin də söylədiyi kimi “Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan”.  Sonradan Azərbaycanı dəstəklədiklərini bildirən ölkə sayları artdı. Onu da bildirək ki, beynəlxalq təşkilatlar da ölkəmizə dəstəyini ifadə etdi.
  Bu münaqişədə ermənipərəst ölkələr də öz mövqelərini bəyan etdilər. Fransa prezidenti Makron öz bəyanatında bildirmişdir ki, “Ermənilərə deyirəm ki, Fransa da öz rolunu oynayacaq”. Bu ifadədən də aydın olur ki, Fransa bu münaqişədə Ermənistan tərəfindədir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən belə  bəyanat verməsi isə bizim tərəfimizdən əsla qəbul edilə bilməz. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bu məsələnin sülh yolu ilə həllinə çalışmalı, tərəfsiz mövqe göstərməlidir. Amma aydın görünürki, Fransa öz tərəfsizliyini qoruya bilmir. Sentyabrın 30-da Fransa prezidenti E.Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir”. Bu isə daha böyük skandaldır və Fransanın ədalətli vasitəçi və münaqişənin tarixi haqqında xəbərdar olmadığını bildirir. ictimaiyyətin narazılığına səbəb olan bu bəyanat Fransanın açıq tərəfkeşlik etdiyinin əyani sübutudur. Makronun Ermənistanı açıq müdafiə edən bəyanatları müharibəyə, humanitar böhrana, Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinə, təxribatlarına, tarixi abidələrimizin, maddi mədəniyyətimizin ermənilər tərəfindən məhvinə dəstək vermiş oldu.
Fransa hakimiyyəti hər zaman ermənipərəst mövqe nümayiş etdirmişdir. Fransa təkcə Azərbaycanla bağlı məsələdə deyil, ümumiyyətlə türk dünyasına qarşı hər zaman bitərəf yanaşma sərgiləməkdə çətinlik çəkib. Ləkəli keçmişi olan Fransanın müstəmləkəçilik tarixində çoxsaylı soyqırımları, yüzlərlə şəhərlərin, kəndlərin və digər yaşayış məskənlərinin viran edilməsi bəşər tarixində bir qara ləkəyə “bəzəyir”. Fransa dövlətinin vaxtilə Əlcəzairdə, Ruandada və digər Afrika dövlətlərində həyata keçirdiyi soyqırımlarını, qətliamları xatırlamamaq olmur. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir. Bu ölkələrin xalqları məhz Fransa dövlətinin istilaçılıq və müstəmləkəçilik siyasətinə görə məruz qaldıqları mənəvi və maddi əzabların əziyyətini bu gün də çəkməkdə davam edirlər.  Tarixi vərəqlədikdə Fransada həmişə islamofobiyanın mövcud olduğunu görürük. Məhz bu səbəbdən də Fransa kimi ərazicə böyük və qədim bir dövlətin Avropanın mərkəzində demokratik dəyərlər haqqında bağırması, əslində isə həqiqətdə irqi və dini ayrı-seçkilik prinsiplərinə önəm verməsi onun demokratiyadan bir illüziya kimi istifadəsini ortaya qoyur. Onlar dəfələrlə paralamenti güllələnən, əsrin Xocalı soyqırımını törədən, hər seçkilərdən sonra seçki saxtakarlığına etiraz edən xalqı gülləbaran edən, hazırda zindanlarında yüzə yaxın siyasi məhbusu olan, terroru dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanı, multikultural dəyərlərin məskəni olan, sivilizasiyaların qovuşduğu Azərbaycandan üstün tuturlar. Bu, yalnız bəşəri dəyərlərə deyil, həm də bütövlükdə beynəlxalq hüquqa ziddir.


Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər