Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsinin istiklik təchizatı yaxşılaşdırılır

25 dekabr 2013 | 11:00
   "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq 2011-2013-cü illər ərzində yalnız "Azəristiliktəchizat" ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı 664 layihə icra edilmişdir.
  Pirallahı rayonunda da artıq bir müddət əvvəl rayonun qəsəbələrin istilik təchizatının yaxşılaşdırılması istiqamətində işlərə başlanmışdır. Pirallahı qəsəbəsində 2 qazanxananın – 28-ci məhəllədə və S.Bağırov küçəsində yerləşən köhnə, istismar müddəti başa çatmış qazanxanalar sökülərək yerində yeni qazanxanalar tikilmiş və artıq istismara hazır vəziyyətə gətirilmişdir. 40-cı məhəllədə və K.Rzayev küçəsində yerləşən qazanxanalar isə əsaslı təmir olunmuşlar . K.Rzayev küçəsində yerləşən qazanxanada hazırda son tamamlama işləri aparılır və yaxın günlərdə istismara veriləcəkdir. 40-cı məhəllədə təmir edilmiş qazanxana isə artıq istismardadır.
  Hazırda Pirallahı qəsəbəsinin məhəllələrində su, kanalizasiya xətləri ilə yanaşı istilik xəttlərinin çəkilişi aparılır. Yaxın vaxtlarda həmin məhəllələrin də istiliklə təmin olunması tam başa çatdırılacaqdır.
Keçidlər