Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar atəşkəs Ermənistana verilən sonuncu şans idi...

12 oktyabr 2020 | 11:00
Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatı faktiki bölgədə və münaqişə ətrafında yeni mənzərənin yaranmasına səbəb olub: “İki həftəyə yaxın müddətdə Azərbaycan Ordusu işğalçı ölkənin ordusunu darmadağın etdi, bir sıra strateji əraziləri və yüksəklikləri düşməndən azad etdi, münaqişə bölgəsində təmas xətti anlayışını qeyri-şərtləndirdi. Oktyabrın 12-də Ermənistan növbəti dəfə sülhə məcbur edilərək, yeni siyasi müstəvidə danışıqlar masasına oturacaq və təbii ki, hadisələrin gedişi Ermənistanın danışıqlar masasında özünü necə aparmasından asılı olacaq. Hərbi əməliyyatlar fonunda status-kvonun süni şəkildə uzadılmasının mümkün olmadığını Ermənistan da, bütün dünya ictimaiyyəti də gördü. Bu baxımdan ermənilərin bu gün mülki insanları və obyektləri hədəf seçməsi növbəti acizlikdir, hərbi və diplomatik məğlubiyyətdən doğan qisas hissidir”.Azərbaycan Silahlı qüvvələri öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir: “Hərbi sahədə əldə edilən uğurlar diplomatik müstəvidə Azərbaycanın mövqeyini daha da gücləndirir. Bu baxımdan, biz münaqişənin həlli istiqamətində diplomatik fəalliyyətimizi uğurla davam etdiririk. Rəsmi Bakının mövqeyi dəyişməzdir – işğal altındakı ərazilər azad edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan hər zaman münaqişənin siyasi yolla həlinin tərəfdarı olub və bu vaxta qədər Ermənistanla aparılan sülh danışıqları işğalçı ölkə üçün ən böyük kompromis idi: “Azərbaycan bu gün də humanitar atəşkəsin bərqərar olunmasına, eyni zamanda danışıqlar masasına əyləşməyə razılıq verdi, lakin Ermənistanın siyasi rəhbərliyi - istər Paşinyan hökuməti, istərsə də Paşinyana qədərki rəhbərlərin heç biri siyasi iradə ortaya qoya bilmədi. Ermənilərin davamlı təxribatları, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması münaqişənin həlli istiqamətində pozitiv dinamika əldə etməyə ən böyük əngəl olan dekonstruktiv qüvvədir. Bu gün baş verənlər buna bariz sübutdur”.11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü. Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır. Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi. Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. Status-kvo dəyişdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diqtə edir. Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geosiyasi mənzərəsini dəyişir. ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.  Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.
        Humanitar atəşkəs Ermənistanın son şansı idi. İşğalçı ölkə vəziyyəti düzgün təhlil etməli və destruktiv fəaliyyətdən əl çəkməli idi. Əfsus ki, razılaşdırılmış humanitar atəşkəsin bərqərar olunmasından dərhal sonra erməni hərbi birləşmələri Azərbaycanın münaqişədən kənarda yerləşən bir sıra şəhərlərini, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl və Mingəçeviri atəşə tutdu. Oktyabrın 11-i gecə 02:00 radələrində isə ermənilər geniş miqyasda təxribata əl ataraq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni intensiv atəşə tutdu. 4-ü qadın olmaqla 9 günahsız vətəndaşımızı itirdik, 34 nəfər yaralandı, külli miqdarda mülki obyektlərə və infrastruktura ziyan dəydi. Ermənilər həmişə olduğu kimi yenə də dinc və günahsız əhalini hədəf aldılar, onların arasında azyaşlı və qadınlar da var”.
    Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən brifinqdə bildirib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. Bizim məqsədimiz ərazi bütövlüyümüzü təmin etməkdir. Əgər Ermənistan humanitar əsaslarla olan bu atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan özünümüdafiə hüququndan istifadə etməklə cavab vermək məcburiyyətindədir.      
     Ermənistan tərəfinin xahişi ilə elan edilmiş humanitar atəşkəs yenə onun özü tərəfindən özünə layiq şəkildə pozuldu. Düşmən bir daha öz mənfur təcavüzkar mahiyyətini Gəncə şəhərində endirdiyi raket zərbəsi ilə göstərmiş oldu. Moskvada ermənilərin yalvarışı əsasında qəbul edilən humanitar atəşkəsi ermənilər terrorla məhv etdilər. İşğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini birmənalı olaraq tanımır və hər dəfəsində bunu açıq-aydın şəkildə göstərir. Humanitar atəşkəs elan edilsə də, Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərində terror aktı həyata keçirdi. Gəncə və digər ərazilərin bombalanması bütün dünya tərəfindən birmənalı şəkildə qınanmalıdır. Məsələ ondadır ki, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə cəbhə zonasından kənarda yerləşir. Hücum nəticəsində çoxmənzilli yaşayış binası dağıdılıb, nəticədə. İşğalçı Ermənistan müharibə bölgəsindən uzaqdan yerləşən Gəncə şəhərini, xüsusilə də dinc əhalinin yaşadığı ərazini özünə hədəf seçərək faktiki olaraq beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə Protokollarını kobudcasına pozmuş oldu.  Onsuz da əvvəldən gözlənilirdi ki, ermənilər Moskva danışıqlarına, qəbul edilən humanitar atəşkəsə riayət etmək niyyətində deyillər. 30 ildə bir dəfə də verdiyi sözə, imzasına, qəbul etdiyi prinsiplərə əməl etməyən bir ölkənin “humanitar atəşkəs” istəyi də yalnız hiylə və oyun idi" Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması bir daha onu göstərdi ki Ermənistan terorçu bir dövlətdir. Tarix boyu etdiyi qeyri-insani hərəkətləri bu gün də azərbaycanlılara qarşı davam etdirir. Dinc mülki əhalinin ağır artireliya zərbələri ilə gecə saatlarında özü də hmanitar atəşkəs elan olunduğu zaman atəşə tutulması erməni xislətinə xas olan bir xarakterdir. Azğınlaşmış erməni vandallarının layiqli cavabını yenilməz Azərbaycan əsgəri layiqincə vermişdir. Ermənilərin etdiyi təxribatalara dünya birliyi laqeyd biganə mövqe tutmaqla susurlar. Şanlı Ordumuz üçrəngli bayrağı Şuşaya sancan gün bu öcün qisası alınmış olacaq İnşallah! Allah müzəffər ordumuza yar olsun!

Anar Babayev
YAP Pirallahı Rayon Təşkilatının könüllüsü.

Keçidlər