Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik”
12 oktyabr 2020 | 11:00
Oktyabrın 9-da Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Moskvada görüş keçiriblər, görüşün nəticəsində tərəflər arasında humanitar atəşkəs barədə razılığa gəlinib. Görüşlər gərgin şəraitdə düz 11 saat davam edib. Bu, son 20 il ərzində Qarabağa dair ən uzun müddətli danışıqlardır. Danışıqların sonunda qəbul olunan bəyanata əsasən, 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub. Bir daha vurğulamaq istərdim ki, Rusiyanın vasitəçiliyi ilə elan olunmuş atəşkəs humanitar xarakter daşıyır. Bu birinci mərhələdir, hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır.
Əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:
1. 2020-ci ilin 10 oktyabr tarixi saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında, münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.

Bu humanitar atəşkəsə razılıq verməklə Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirmiş oldu. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan bu razılaşma ilə etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürə bilməz, ona diqtə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.
Xüsusilə vurğulanmalıdır ki, 27 sentyabr tarixindən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
İndiki şəraitdə diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. İndi Azərbaycan xalqı həmişəki kimi öz Prezidentinə və onun verdiyi qərarlara qeyd-şərtsiz inanmalı və bir yumruq kimi öz rəhbərinin ətrafında birləşməlidir. Çünki, Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirir, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.
Qeyd edək ki, Rusiya və Ermənistan mətbuatı bu razılığı “Humanitar Atəşkəs” deyil, məhz ATƏŞKƏS kimi təqdim edir. Ancaq bu yalandır, indiki şəraitdə müharibənin dayanmasından söhbət belə gedə bilməz. Humanitar atəşkəs qərarı döyüş xəttində yaranmış humanitar problemlərin həlli üçündür və əsasən bir neçə səbəbdən elan olunur: Birincisi, mülki şəxslərin münaqişənin getdiyi ərazilərdən çıxarılması. İkincisi, əsir və itkin düşmüşlərin yerinin müəyyənləşib tərəflərə təhvil verilməsi. Üçüncüsü, həlak olan şəxslərin meyitlərinin ərazilərdən yığışdırılmasıdır. Bu prossosin dəqiq müddəti olmur. Bu, 3 gün də çəkə bilər, 3 saat da. Burada tərəflər öz təşəbüssləri ilə vaxt təyin edə, o müddət ərzində də qeyd olunanları edə bilərlər.
Əminliklə deyə bilərik ki, Qarabağ münaqişəsi həll olunub bitməyənə qədər, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmayana qədər bu münaqişə bitməyəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında davamlı olaraq bildirir. Moskvada əldə olunan razılaşma sadəcə müddətlidir və bu, müharibədə baş verən bir prossesdir. Humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər.
Bir şeyi də vurğulayaq ki, Moskvada Xarici İşlər nazirləri 11 saat davam edən üçtərəfli görüş keçirərkən cəbhədə döyüşlər dayanmayıb. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu əməliyyatlar müxtəlif intensivliklə davam edib. Nazirlik, o cümlədən bəyan edib ki, Ermənistan Silahlı Qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini atəşə tutub.
Ermənistan tərəfinin xahişi ilə elan edilmiş humanitar atəşkəs yenə onun özü tərəfindən özünə layiq şəkildə pozuldu. Düşmən bir daha öz mənfur təcavüzkar mahiyyətini Gəncə şəhərində endirdiyi raket zərbəsi ilə göstərmiş oldu. Nəticədə doqquz nəfər həlak oldu, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. Bu, müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının hərbi əməliyyatlar zamanı mülki şəxslərin həyatını təhlükəyə atan hər hansı bir hücum və ya fəaliyyətini qadağan edən müddəalarının pozuntusudur. Bu Xocalı Soyqırımının təkrar olunma cəhdidir. Azərbaycanın bunu qəbul etməsi, Dünya birliyinin buna susması qəbul edilməzdir. Gəncə və digər ərazilərin bombalanması bütün dünya tərəfindən birmənalı şəkildə qınanmalıdır. Məsələ ondadır ki, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə cəbhə zonasından kənarda yerləşir. İşğalçı Ermənistan müharibə bölgəsindən uzaqdan yerləşən Gəncə şəhərini, xüsusilə də dinc əhalinin yaşadığı ərazini özünə hədəf seçərək faktiki olaraq beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə Protokollarını kobudcasına pozmuş oldu. Onsuz da əvvəldən gözlənilirdi ki, ermənilər Moskva danışıqlarına, qəbul edilən humanitar atəşkəsə riayət etmək niyyətində deyillər. 30 ildə bir dəfə də verdiyi sözə, imzasına, qəbul etdiyi prinsiplərə əməl etməyən bir ölkənin “humanitar atəşkəs” istəyi də yalnız hiylə və oyun idi.
Gəncəyə olunan hücumla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazaraq bildirib: “Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır”.
H.Hacıyev 11 oktyabr tarixində 15 ölkənin hərbi attaşesi, həmçinin, BMT, ATƏT kimi qurumların nümayəndələrinin iştirakı ilə keçirilən konfransda da bir sıra fikirlər səsləndirmişdir: “Biz Ermənistanla humanitar atəşkəs bağlasaq da, Ermənistan dünən və bu gün mülki şəxslərimizə qarşı hərbi əməliyyatlar aparmaqla bu anlaşmanı pozdu. Mülki şəxslərə qarşı hücum Cenevrə Konvensiyasının pozulması deməkdir. Onların ölkənin ən böyük enerji obyekti olan Mingəçevirdəki “Azərbaycan” İES-i hədəfə alması bağışlanmazdır. Qarşı tərəf hələ də mülki şəxsləri nişan almaqda davam edir. Əsgərlər hərbçilərlə hərb meydanında üz-üzə gəlmək üçündür, mülki şəxsləri, uşaq və qadınları nişan almaq üçün deyil. İnsanlarımıza qarşı edilən bu cür aktlar yerli əhalinin hisslərinə təsir edir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu addımını görməzdən gəlməməli və lazımi addımları atmalıdır”.
Daha bir fikir isə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov tərəfindən Gəncədə baş verən erməni təxribatı ilə bağlı keçirilən brifinqdə bildirilib: “Humanitar atəşkəs haqqında razılığın əldə edilməsi göstərdi ki, biz yalnız müharibə yolunu nəzərdən keçirmirik. Əgər, beynəlxalq aləm bizdən xahiş edir ki, sülhə şans verək, biz bu şansı verməyə hazır idik. Biz Ermənistana sonuncu dəfə şans vemişik, lakin, Ermənistanın sonuncu təxribatları göstərdi ki, onlar bu şansdan bəhrələnmək fikrində deyil”.

Samir Hüseynov
YAP Pirallahı rayon təşkilatının könüllüsü