Ermənistanın törətdiyi cinayət əməllərinin cəzasız qalması yeni müharibə cinayətlərinə yol açır
13 oktyabr 2020 | 11:00
Bu günlərdə təxminən otuz illik məcburi fasilədən sonra Azərbaycan dövləti və ordusu beynəlxalq hüququn və Azərbaycan xalqının verdiyi səlahiyyətlə öz ərazilərində anti-terror və sülhə məcburetmə əməliyyatlarına başlayıb. Azərbaycan ordusu terrorçu Ermənistan yaraqlılarından fərqli olaraq bütün yazılmış və yazılmamış müharibə qanunlarına qeyd-şərtsiz əməl edərək, bir çox sferada uğurla prossesləri idarə etməkdədir. Bunun qarşılığında siyasi və hərbi meydanda uduzan Ermənistan çıxış yolu kimi mülki əhaliyə hücum edərək öz məğlubiyyətini ört-basdır etməyə çalışsa da, istər mətbuat nümayəndələri, istər sosial şəbəkə istifadəçiləri, istərsə də diplomatik yollar vasitəsilə haqlı mövqeyimiz dünya ictimaiyyətinə çatdırılır.
İlk gündən etibarən döyüş meydanında üstünlüyə malik olduğu halda Azərbaycan humanitar atəşkəsə razılıq verməklə Ermənistana sonuncu dəfə şans verdi. Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin iştirakı ilə 11 saat davam edən görüş son 20 il ərzində Qarabağa dair ən uzun müddətli danışıqlar idi. 11 saat ərzində davamlı olaraq danışıqların aparılması həm də prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir.
Humanitar atəşkəs hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmasıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Heç kəs unutmamalıdır ki, ölkəmizin apardığı əks-hücum əməliyyatları artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli, vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır.
Hər kəs bilməlidir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər an baş verə bilər. İndi mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır.
Humanitar atəşkəs Ermənistana verilən son şans idi. Amma işğalçı dövlət bu şansdan beynəlxalq hüquq normalarına uyğun bəhrələnmək əvəzinə əldə olunan razılığı pozmaqla sülh tərəfdarı olmadığını nümayiş etdirdi. Humanitar atəşkəsin ilk anından Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları davam etdirmələri, itirilmiş mövqeləri yenidən geri qaytarmaq üçün cəhdlər göstərmələri, yaşayış məntəqələrini, mülki əhalini atəşə tutmaları işğalçı dövlətin sülh danışıqlarına çağırışlarda riyakarlığını nümayiş etdirdi. Daha da dəhşətlisi atəşkəsin başlamasından heç 24 saat belə keçməmiş mənfur düşmənin gecə saatlarında Gəncəyə ballistik raketlə hücum etməsi oldu. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncəyə raket hücumu Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Erməni vəhşiliyi nəticəsində aralarında azyaşlı uşaqlar da olmaqla 9 mülki şəxs həlak oldu, 34 nəfər isə yaralandı. İşğalçı dövlət bu cinayət əməli ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir. Mülki əhaliyə atəş açmaq insanlığa qarşı cinayətdir. Ermənistanın törətdiyi cinayət əməllərinin bugünədək cəzasız qalması yeni müharibə cinayətlərinə yol açır. Dünya baş verənləri görməzdən gəlib, heç nəyi eşitmək istəməsə də, ədalət deyilən məfhumun mövcudluğu bu seyrçi mövqelərə işıq salmaqla Ermənistana “dur” deməyə hər zaman çağırış edir. Gəncədə baş verən terrorla bağlı Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində danışan ölkə başçısı demişdir: “Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Ondan sonra gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri “Toçka-U” raketləri ilə atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniləri, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcək”.
Ermənistanın humanitar atəşkəs rejimini kobud şəkildə pozması dünyaya, ən əsası bu razılığın əldə olunmasında vasitəçiliyi yerinə yetirən Rusiyaya hörmətsizlik kimi dəyərləndirilməlidir. İşğalçı dövlət bir tərəfdən dünya dövlətləri, nüfuzlu təşkilatlar qarşısında diz çöküb danışıqların bərpası ilə bağlı yalvarışlar edir, digər tərəfdən isə bu razılaşmanı pozur. Ermənistan hakimiyyəti bu kimi cinayət əməllərini davam etdirməklə beynəlxalq hüququn mövcudluğunu qəbul etmədiyini bir daha nümayiş etdirir. Təbii ki, bu kimi yanlış düşüncələr bu günədək işğalçıya hansı əməlləri törətməsindən asılı olmayaraq “gözün üstə qaşın var” deyilməməsinə əsaslanır.
Dağlıq Qarabağ müharibəsindən az qala 30 il keçməsinə baxmayaraq hələ də beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalıb. İndiki şəraitdə də dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrləri yalnız danışıqların aparılmasına çağırışlar etməklə missiyalarını bitmiş hesab edirlər. Dünya ikili siyasətin yaratdığı problemlərdən nəticə çıxarmaq istəmir. ATƏT-in Minsk qrupunun baş verən soyqırımı aktı ilə bağlı mövqe bildirməməsi birmənalı qarşılana bilməz.
Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. Bu amalda bütöv Azərbaycan xalqı da bir nəfər kimi birləşərək ölkə başçısına dəstək göstərir. Siyasi baxışından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ərazi bütövlüyümüzün bərpası naminə Ali Baş Komandanın ətrafında sıx birləşib.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü