Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır
13 oktyabr 2020 | 11:00
Mənfur qonşumuz Ermənistan hər zaman ölkəmizə qarşı təxribatları və terror aktları ilə yadda qalıb. Son belə geniş miqyaslı təxribat bu ilin sentyabr ayının 27-dən etibarən başladı. Həmin tarixdə, səhər saatlarında Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Artıq iki həftədən çoxdur ki, davam edən əməliyyatlar Ordumuzun tam üstünlüyü şəraitində keçirilir. Qeyd edək ki, bu günə kimi şanlı Ordumuz tərəfindən Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd və bəzi strateji yüksəkliklər işğaldan azad edilib. Burada daha bir məqama diqqət çəkmək istərdim ki, Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum əməliyyatları Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməzliyini tam anlayır və bu, Ermənistana diplomatik təzyiqlərin artmasını qaçılmaz edir.
Hazırkı şəraitdə Azərbaycan cəbhədə aşkar üstünlüyünün olmasına baxmayaraq, Rusiyanın dəvəti ilə Ermənistanla masaya oturmağı qəbul etdi və humanitar atəşkəsə razılıq verdi. Bunun əlbəttə ki bir neçə səbəbi var idi. İlk olaraq qəbul olunan bəyanat Azərbaycanın maraqlarına tam cavab verirdi. Bununla bağlı ölkə başçısı oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində fikirlərini bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan etmişdir ki, Moskvada əldə edilmiş razılaşma, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Baza prinsipləri isə Azərbaycanın maraqlarına cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, illərdir torpaqlarından didərgin düşmüş məcburi köçkünlər Şuşaya da, Xankəndiyə də qayıdacaqlar. Digər məsələ, müzakirələrin formatının dəyişməz olaraq qalmasıdır. Ermənistan rəhbərliyi hər zaman deyirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Azərbaycan isə buna etiraz edirdi. Beləliklə, bəyannaməyə danışıqlar formatının dəyişilməzliyinin təsdiq edilməsi barədə bəndin salınması da yenə bizim maraqlarımıza cavab verir. Bununla, danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Qısaca, Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır. Bu bəyannamə ilə Azərbaycan hərbi sahədə əldə etdiyi uğuru diplomatik müstəviyə keçirdi.
Ancaq təəssüf ki, atəşkəs real həyatda baş tutmadı və Ermənistan onun sözünə və imzasına heç bir şəraitdə güvən olmayacağını bir daha təsdiq etdi.
Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərara aldı ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlanılsın. Lakin, görünən odur ki, cəbhə xəttində Azərbaycan tərəfinin uğurlu əks-hücum əməliyyatları və qısa müddət ərzində Ermənistanın düşdüyü acınacaqlı vəziyyət hələ də qarşı tərəfə dərs olmayıb. Mənfur düşmən 11 oktyabr tarixində saat 02:00 radələrində yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gəncə şəhəri “Toçka-U” raketi ilə atəşə tutulmuşdur. Ermənistan birmənalı şəkildə Moskva danışıqlarına zidd hərəkət edərək münaqişə ocağından kənar olan, mülki şəxslərin yaşadığı Gəncəni hədəf almışdır. Nəticədə doqquz nəfər həlak olmuş, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Bu, ən adi ifadə ilə müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının hərbi əməliyyatlar zamanı mülki şəxslərin həyatını təhlükəyə atan hər hansı bir hücum və ya fəaliyyətini qadağan edən müddəalarının pozuntusudur. Dünya ictimaiyyəti isə hələ də buna layiqli reaksiya verməkdən acizdir. Həqiqətən də başa düşmək mümkün deyil ki, özlərini diplomatiyanın beşiyi, insan hüquqlarının qarantı olaraq dünyaya təqdim edən ölkələr hansı səbəblə Ermənistanın törətdiyi bu terrora, vandalizmə göz yumurlar. Hansı siyasi çıxarlar və ya şəxsi mənfəətlər insanlığa qarşı yönəlmiş bu vəhşiliyə göz yummağa səbəb olabilər? Gec-tez dünya Ermənistanın faşist əməllərini görməlidir. Beləliklə, Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut etdi.
Bundan əlavə, atəşkəsin qüvvəyə minməsindən heç 24 saat belə keçməmiş düşmən cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb və düşmən yenidən süquta uğradılıb. Ermənistan tərəfinin yalvar-yaxarışı nəticəsində Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəs bəyannaməsindən sonra belə davam edən bu təxribatlar erməni xislətini açıq şəkildə dünyaya göstərir. Artıq dünya bu dəhşətə gözünü yummamalıdır.
Gəncə terroru ilə bağlı danışan cənab İlham Əliyev vurğulamışdır ki, bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi. Bununla yanaşı müsahibədə ölkə başçımız mətbuat savaşında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda xüsusi rol oynayan Türkiyənin mətbuat nümayəndələrinə təşəkkürünü də bildirdi.
Münaqişədə Türkiyənin rolundan da bəhs edən ölkə başçımız bildirdi ki, münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir.
Azərbaycan Prezidenti, jurnalistin, Ermənistanın çağırışları ilə və xüsusilə Rusiyaya edilən telefon zənglərindən sonra əldə olunan atəşkəsdən sonra hansı məntiqlə və nə üçün bu hücum törədilir sualına cavab verərkən bildirmişdir ki, bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər-deyə bildirmişdir. Bununla yanaşı ölkə başçısı bildirmişdir ki, Gəncəni bombalamaq əmri şəxsən Paşinyan tərəfindən verilib və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir.
Daha sonra Gəncə hadisələrindən sonra Azərbaycanın səbir göstərməsi və dayanıqlı atəşkəslə bağlı fikirlərini səsləndirən ölkə başçısı demişdir: “Biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsin təmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz”.
Dövlət başçımız, müsahibədə status-kvo məsləsinə də toxunmuş və bu məsələdə də vacib açıqalmalar vermişdir. Ölkə başçısı bildirmişdir ki, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Beləliklə, status-kvonun dəyişilməsi artıq bir faktdır və bu, münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Status-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır.
Daha sonra Azərbaycanın sona qədər gedəcəyini bildirən ölkə başçısı, Azərbaycanın qan tökülməsini istəmədiyini də vurğuladı : “Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək”.
Sonda, işğaldan azad olunan torpaqlarımızda dağılmış yerləri bərpa edəcəyimizi bildirən ölkə başçısı, bütün o torpaqları cənnətə çevirməli olduğumuzu vurğuladı. Bununla yanaşı, ölkə başçısı bildirdi ki, onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü