Müdrik və cəsur siyasətiniz... – Pirallahıdan Yelena İqnatkina Prezidentə yazdı...
14 oktyabr 2020 | 11:00
“Sizin qətiyyətli, müdrik və cəsur siyasətiniz Azərbaycan xalqını xoş gələcəyə, parlaq qələbəyə aparır.
Xalqımızın yeni tarixinin əsasını ulu öndər Heydər Əliyev qoyub, amma torpaqların işğaldan azad edilməsi, onların əsl sahibinə qaytarılması işində böyük və qəti nöqtəni Siz qoydunuz, bizim əziz Prezidentimiz.
Biz Sizi və ordumuzu tam dəstəkləyirik. Qarabağ Azərbaycan torpağıdır!”
Bu sözləri Bakının Pirallahı rayonundan Yelena İqnatkina Prezident İlham Əliyevə müraciətində qeyd edib.