Pirallahı rayon İcra hakimiyyətində növbəti qəbul keçirildi
26 dekabr 2013 | 11:00
2013-cü il dekabr ayının 25-də Pirallahı rayonu İcra hakimiyyəti Başçısı Aparatında vətəndaşların növbəti və ilin son qəbulu keçirildi. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin Başçısı Vasif İmanov aparırdı. Qəbula gələnləri salamlayan İcra Başçısı Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans barədə məlumat verdi, vurğuladı ki, Prezident İlham Əliyevin yürütdüyü əsas strateji xətt dövlətimizin inkişafı və xalqımızın rifah halının yüksəldilməsidir. Bir daha Pirallahı rayonunda gedən abadlıq-quruculuq işlərini qeyd edən, Pirallahı rayonunun yaradılmasının bütün dövlət strukturlarının əhaliyə mümkün qədər yaxın olması məqsədi daşıdığını deyən İcra Başçısı hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirdi. Pirallahı sakinləri Ləman Muradova, Bənövşə Paşayeva, Gülnarə Mileşkina, Bünyad Qasımov, Sergey Perşukov, Elməddin Vəliyev, Ülkər Şahmuradova, Elçin Həsənov, Şəfaət Eminova, Sahibə İsmayılova, Ağca Tağıyeva və başqaları, ümumilikdə 15 nəfərdən çox vətəndaş onları maraqlandıran suallarla müraciət etdilər. Suallar əsasən tikinti, işlə təminat, qaz çəkilişi, mənzil və digər məsələləri əhatə etmişdir. Hər bir sakini diqqətlə dinləyən İcra Başçısı rayonda böyük abadlıq işlərinin aparılacağını, yeni binaların tikiləcəyini, yeni iş yerlərinin açılacağını, sənədsiz və yöndəmsiz tikililərin aradan qaldırılacağını söylədi. Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran İcra başçısı nəzərdə tutulan layihələrin icrasına başlandıqdan, rayonda yeni təşkilatlar açılandan sonra işlə təminatda böyük irəliləyiş olacağını dedi. Eyni zamanda İcra başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin Pirallahı rayon Yaşıllıqların İstismarı Sahəsində, Su-kanal Departamentində və MKTB-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verdi və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər