Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. “Biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq”
14 oktyabr 2020 | 11:00
İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirlər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur. 1988-ci ildən bəri torpaqlarımızın 20 %-nin işğalı, Ermənistanda xalqımıza qarşı etnik təmizləmə siyasətinin yürüdülməsi, işğal edilmiş ərazilərimizdə kütləvi qətliamların həyata keçirilməsi - 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımların, erməni faşizminin, vəhşiliyinin davamıdır.
Müstəqilliyimizin ilk illərində təbii sərvətlərə malik olan Azərbaycanın dilbər guşəsi olan Qarabağ erməni xislətinin qurbanına çevrildi. Hazırda az qala 30 ilə yaxın bir müddətdir ki, işğal altında olan ata-baba yurdumuzun düşmən işğalından azad olunmasının dinc yolla həllinə ümid bəsləyən Azərbaycan daim atəşkəs rejiminin şərtlərinə əməl edərək öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Beynəlxalq təşkilatların qərar və çağırışlarına məhəl qoymayan Ermənistan isə havadarlarının köməyilə bu müddət ərzində təcavüzkar işğalçılıq siyasətini davam etdirmiş, beynəlxalq hüquq normalarını pozmuşdur.
Ermənistanın Azərbaycana qarşı son geniş miqyaslı təxribatı sentyabr ayının 27-də səhər saatlarında baş vermişdir. Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Erməni təxribatlarının qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən əks-hücum əməliyyatları həyata keçirildi və uğurlu nəticələr əldə olundu. Hazirda işğaldan azad olunduğu rəsmən təsdiq edilmiş və geniş ictimaiyyətə təqdim olunmuş onlarla kənd, bir şəhər və bir neçə strateji yüksəkliklər mövcuddur.
Cəbhədə əldə olunmuş aşkar üstünlüyə baxmayaraq Azərbaycan tərəfi yenə də humanizm göstərərək Rusiyanın dəvəti ilə Moskvada, Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə üç tərəfli görüşə razılıq verdi. Erməni tərəfinin yalvarışları və xahişi ilə Moskvada baş tutan görüş nəticəsində humanitar atəşkəs barədə razılığa gəlindi. Və atəşkəs əldə olunduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlanılsın. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır ki, mənfur düşmən atəşkəs elan olunduqdan sonra yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etdi. Gəncə və cəbhə zonasına aid olmayan digər yaşayış məskənlərimizə, dinc əhalimizə qarşı atılan artilleriya zərbələri bir daha erməni xislətini dünyaya nümayiş etdirdi. Baş verənlər Ermənistanın faşist, terror dövləti olduğunu bir daha təsdiq etdi.
Qısa müddət ərzində ağır məğlubiyyətlə üzləşən düşmənin itirdiyi çoxlu sayda yaralı və meyidlərinin döyüş zonasından çıxarılması üçün əldə olunan humanitar atəşkəs rejimi haqqında razılaşmaya əməl etməməsi Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyinin davamıdır. Və bütün bunlar dünyanın gözü qarşısında baş verir. Son günlərdə dünya mətbuatı atəşkəs rejimi dövründə ermənilərin cəbhə zonasına aid olmayan Gəncə şəhərinə qadağan olunmuş "Toçka - U" raketinin atılmasından danışır. Gəncə hadisələri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində demişdir: “Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq”. Bəli, öz torpaqları uğrunda haqq savaşına çıxan Azərbaycan xalqı düşmənlə yalnız döyüş meydanında mübarizə aparır və heç bir mülki vətəndaşı müharibənin qurbanına çevirməyə çalışmır. Bu gün Ermənistan təkcə döyüş meydanında deyil, hər bir sahədə, həmçinin diplomatik sahədə Azərbaycana uduzmasının əvəzini yalnız dünya liderlərinə yalvarışlarla, təxribat xarakterli yalan və böhtanlarla və dinc yaşayış məskənlərimizi artilleriya atəşınə tutmaqla çıxır. Ölkə başçısı bildirmişdir ki, Gəncə təxribatının səbəbkarı birbaşa Ermənistanın baş naziri Paşinyandır. “Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir”. Beləliklə, heç bir şübhə yoxdur ki, Ermənistan terror dövlətidir.
Düşməndən fərqli olaraq Azərbaycan yalnız xilaskarlıq missiyası həyata keçirərək döyüş meydanında əli silahlı düşmənə qarşı vuruşur. Ermənistan isə dinc yaşayış məskənlərimizi artilleriya atəşinə tutmaqla və hətta bunu əldə olunmuş razılaşmaya əsasən humanitar atəşkəs rejimi dövründə həyata keçirməklə bir daha öz acizliklərini sübuta yetirdi. Cəbhə zonasına aid olmayan yaşayış məskənlərimizə, dinc əhalimizə qarşı törədilən təxribatlar 30 il müddətində erməni diasporunun beynəlxalq ictimaiyyətə söylədiklərinin qara propaqanda olduğunu da göstərdi. Yalnız tarixi yurd və torpaqlarını işğaldan azad edib, sülh şəraitində yaşayaraq başqasının torpağında gözü olmayan Azərbaycanın məqsədi Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasıdır. Prezident İlham Əliyev müsahibəsində - Ermənistan xarici dəstək axtarır. Bu ölkə öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Lakin müasir internet düzü olduğu kimi təqdim etmək və yalanı təkzib etmək imkanı verir. Bundan əlavə, biz həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundayıq - deyə vurğulamışdır.
Bugün dünyanın ən güclü orduları sırasında yer almış Azərbaycan Silahlı Qüvvələri öz missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Biz torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Bəli, biz sözümüzə sadiqik. Humanitar atəşkəsin şərtlərinə uyğun davranırıq. Amma heç kim unutmamalıdır ki, humanitar atəşkəs sülh demək deyil. Bu sadəcə humanitar məqsədli müvəqqəti atəşkəsdir. Bu məqamda ölkə başçımızın da bununla bağlı fikirlərini çatdırmaq istərdim: Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək.
Müsahibəsində münaqişədə qardaş Türkiyənin rolundan da bəhs edən ölkə başçısı bildirmişdir ki, Türkiyənin rolu əvəzolunmazdır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etmişdir: "Mütləq Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır". Daha sonra Minsk qrupunun nəticəsiz fəaliyyətindən və hər üç Minsk Qrupunun həmsədr ölkələrində erməni diasporunun rolundan danışan ölkə başçısı Türkiyənin həmsədr olması haqqında da fikir bildirmişdir. Ölkə başçısı demişdir:“Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür”.
Cənab Prezidentin müsahibədə vurğuladığı bir digər məqam strateji yüksəkliklərin əldə olunması ilə bağlı oldu. Strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktiki üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır. Ələ keçirilən strateji yüksəksiklər işğal altında olan yaşayış məskənlərimizə nəzarəti Azərbaycanın xeyrinə dəyişib.
Status-kvo ilə bağlı sualı cavablandırarkən ölkə başçısı demişdir: “Status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur”. Beləliklə, son günlərdə döyüş meydanında əldə etdiyimiz üstünlük status-kvonun dəyişməsi üçün faktdır. Artıq danışıqlar prosesində Azərbayan öz şərtlərini diktə edən tərəfə çevrilmişdir.
Sonda bir daha vurğulamaq istərdim ki, 30 ildən artıqdır ki, oyuna salınmış, qurtulmağa gücü çatmayan bir bataqlıqda olub-qalan hər şeyini itirməkdə olan erməni xalqı nicat gözləyir. Qərbpərəst Paşinyan isə sərsəm fikirləri və qərarları ilə təkcə özünü, cəbhə xəttində əsgərlərlə birlikdə sürünən həyat yoldaşını deyil, bütün erməni xalqını biabır edərək iflic vəziyyətə salır. Ordumuzun cəbhə xəttindəki qələbələri, diplomatik sahədə əldə etdiyimiz uğurlar, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın döyüş ruhu qarşısında tab gətirməyən erməni faşistləri artıq məğlubiyyətlərini etiraf etməkdədirlər. Bir müddət əvvəl Şuşada sərxoş halda rəqs edən Paşinyanın tezliklə xalqımız qarşısında təlxək kimi rəqs etməyinə az vaxt qalıb. Hadruta, Suqovuşana, Cəbrayıla və digər işğaldan azad olunan yaşayış məskənlərimizə son günlər həsrətlə baxan düşmənin Qarabağımıza, Şuşamıza tezliklə həsrət qalacaqları günə də çox az qalıb.
Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü