Gəncədə mülki əhalinin hədəfə alınması erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür...
15 oktyabr 2020 | 11:00
Prezident İlham Əliyev oktyabr ayının 12-də Türkiyənin “Haber Global” kanalına müsahibəsi zamanı belə demişdir: Biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq, çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq, təəssüf ki, biz bunu görmədik. Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Ondan sonra gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri “Toçka-U” raketləri ilə atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniləri, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcək. Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürünü bildirən cənab Prezident hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırmasından böyük məmnunluq hissini ifadə etmişdir.Atəşkəs əldə olunduqduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir.
Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır. Bu, onların taktikasıdır. Çünki onlar öyrəşiblər ki, dünya meydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiə edirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilərErmənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi özündən razı və beynəlxalq hüquqa zidd olan bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsi ilə atdığı yanlış addımlar bu strateji məqamın xəbərçisinə çevrildi. Azərbaycan tərəfi isə hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında apardığını, bu davada haqlı tərəf olduğunu ortaya qoyaraq, heç bir güzəştə getməyəcəyini, Vətən müharibəsində geri çəkilməyəcəyini böyük bir əzm və cəsarətlə göstərməkdədir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır. Müharibədə Rusiya və Qərb dövlətlərinin, beynəlxalq təşkilatların müharibənin dayandırılması və dərhal müzakirələrə başlanmasının vacib olduğunun bildirilməsinə baxmayaraq, Türkiyə və Pakistan hər zaman Azərbaycanın yanında olduqlarını göstərdilər. Müharibədə Rusiya və Qərb dövlətlərinin, beynəlxalq təşkilatların müharibənin dayandırılması və dərhal müzakirələrə başlanmasının vacib olduğunun bildirilməsinə baxmayaraq, Türkiyə və Pakistan hər zaman Azərbaycanın yanında olduqlarını göstərdilər. Bütün bunlarla yanaşı, olduqca vacib bir məqama da diqqət çəkməyi məqsədəuyğun hesab edirik ki, bu da atəşkəslə bağlı məsələdir. Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi. Bu qələbə, eyni zamanda, Vətən torpaqları uğrunda bütün şəhidlərimizin nigaran ruhlarının da azad edilməsidir. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar qətiyyətli mövqeyi ilə Azərbaycanın sözünü imzası qədər əhəmiyyətli edən Prezidenti və müzəffər ordusu ilə fəxr edir. Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər.Azərbaycan ordusu hec bir halda əsla geri cəkilən deyil. Prezidentinin dövlət maraqlarını hər şeydən üstün tutmasının vətəndaşlarda necə böyük ruh yüksəkliyi yaratdığını nümayiş etdirir. Cəbhə bölgələrindən çəkilən kadrlardan da göründüyü kimi, Ermənistan silahlı qüvvələrinin mülki əhalini, yaşayış məntəqələrini hədəfə almasının yaratdığı stresə, çaşqınlığa baxmayaraq, sakinlərin heç biri həmin əraziləri tərk etmir, dövlətimizin başçısı İlham Əliyevə və güclü, qüdrətli Ordumuza güvəndiklərini bildirirlər. Prezident-xalq birliyi bu gün də əldə olunan uğurların əsasında dayanır. Qarabağ Azərbaycandır!”.
Bütün bu qeyd etdiklərimiz fonunda belə bir əminliyi də böyük inamla bildiririk ki, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün çox uzaqda deyil.
Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü