Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda bayram tədbirlərinə start verildi

29 dekabr 2013 | 11:00
  Pirallahı rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2014-cü  il münasibətilə keçiriləcək tədbirlərlə bağlı artıq bir müddətdir ki geniş hazırlıq işləri görülür. Bu münasibətlə işçi qrupu yaradılmış, tədbirlər planı hazırlanmış və hər iki sənəd Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq edilmişdir. Tədbirlər planının icra edilməsi məqsədilə rayonun idarə və müəssisələrində hərtərəfli hazırlıq işləri reallaşdırılmış, RİH tərəfindən bayram ərəfəsində körpələr evi-uşaq bağçalarının yetirmələrinə, həmçinin orta məktəblərin ibtidai sinif şagirdlərinə paylanması nəzərdə tutulan ümumilikdə 1800 ədəd Yeni il hədiyyəsi hazırlanmışdır. Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin ərazisində əsas küçələr və parklar bayramsayağı bəzədilmiş, Pirallahının “Uşaq əyləncə parkı”nda rayonun baş yolkası qurulmuşdur.
 Dekabrın 26-da ilk olaraq Yeni il şənliklərinə körpələr evi-uşaq bağçalarında start verildi. “Çobanyastığı”, “Cırtdan”, “Bulaq”, eləcə də Çilov qəsəbəsindəki körpələr evi-uşaq bağçasının kiçik yaş qruplarında bayram tədbirləri keçirildi. Tədbirlərdə iştirak edən Pirallahı RİH Aparatının məsul əməkdaşları körpə fidanlara rayon rəhbərliyinin bayram təbriklərini yetirdilər və Yeni il hədiyyələrini təqdim etdilər. Sonrakı gün bayram tədbirləri körpələr evi-uşaq bağçalarının orta və yuxarı yaş qruplarında və Çilovdakı 131 №-li orta məktəbdə keçirildi. Dekabrın 28-də Yeni il şənlikləri 168, 186, 235 və 243 №-li tam orta məktəblərdə və 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, digər idarə və müəssisələrdə davam etdirildi. Dekabrın 29-da isə ümumrayon bayram şənliyi “Uşaq əyləncə parkı”nda təşkil olunacaqdır.
Keçidlər